Tapılan ümumi test sayı : 1487


Bu nişan nəyi bildirir?

A) Gömrükxana.
B) Tualet.
C) Polis.

Kim yol verməlidir?

A) Siz.
B) Yük avtomobilinin sürücüsü.
Sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmayan sahəsində dayanarkən əgər nəqliyyat vasitəsində qabarit işıqlar nasazdırsa nə etmək lazımdır?
A) Qəza dayanma nişanı ilə işarələməli.
B) Qəza dayanması işıq siqnalını yandırmalı.
C) Faraların yaxın işıqlarını yandırmalı.
Minik avtomobilinin duracaq tormoz sisteminin sınağı aparılarkən aşağıdakılardan hansı onun tərpənməz vəziyyətini təmin etməlidir?
A) Sadalananlardan hər ikisi.
B) Tam yüklü vəziyyətdə 16 dərəcədən az olmayan enişdə.
C) Təchiz olunmuş vəziyyətdə 23 dərəcədən az olmayan enişdə.
Hansı hallarda yol polisi əməkdaşı Sizin nəqliyyat vasitənizi cərimə meydançasına göndərə bilər?
A) Bütün sadalanan hallarda.
B) Əgər Siz toy kortejinin iştirakçısı olaraq dövlət qeydiyyat nişanının yerində "Dostum evlənir" lövhəciyi quraşdırmısız.
C) Əgər Siz toy kortejinin iştirakçısı olaraq öz nəqliyyat vasitənizlə qəsdən yolayrıcını bağlamısız.
D) Əgər Siz toy kortejinin iştirakçısı olaraq əks istiqamət zolağına çıxmısız.
E) Əgər Siz toy kortejinin iştirakçısı olaraq səs və işıq siqnallarını səbəbsiz olaraq istifadə etmisiz
Yolda müəyyən edilmiş hərəkət sürətinin 20-40 km/saat həddində aşılması ilə törədilən qayda pozuntusuna görə sürücülər neçə cərimə balı ilə qiymətləndirilirlər?
A) 2 bal.
B) 4 bal.
C) 3 bal.

Yedəyəalmanı hansı istiqamətdə və hansı maksimal sürətlə davam etdirmək olar?

A) Ancaq A istiqamətində saatda 20 km sürətlə.
B) Hər iki istiqamətdə saatda 50 km sürətlə.
C) Ancaq Б istiqamətində saatda 60 km sürətlə.
D) Б istiqamətində sattda 50 km, A istiqamətində isə saatda 20 km sürətlə.

Yolayrıcında hansı istiqamətlərdə hərəkəti davam etdirməyə icazə verilir?

A) B, C, D.
B) A, B, C.
C) C, D.
D) A, C.
Yol hərəkəti qaydasını pozmuş şəxs inzibati xəta hadisəsinin mövcudluğu və tətbiq edilən inzibati cərimə tənbeh növü ilə razılaşırsa, o, Yol Polisi əməkdaşının qəbul etdiyi qərara uyğun cəriməni necə ödəyə bilər?
A) Yol Polisi əməkdaşıda olan POS-terminaldan istifadə etməklə, plastik kart vasitəsilə.
B) Əgər plastik kart yoxdursa, protokol tərtib olunduqdan sonra Yol Polisi əməkdaşına yalnız nağd pul verməklə.
C) POS-terminal olduğu halda nağd pul verməklə.
D) POS-terminal olmadığı halda Yol Polisi əməkdaşına cərimənin məbləğində nağd pul verməklə.
Hərəkətdə olan minik avtomobilinin sürücüsünə nə qadağandır?
A) Mühərriki söndürülmüş avtomobili ətalətlə idarə etmək.
B) Siqaret çəkmək.
C) Şərnişinin diqqətini yayındıran söhbətdə iştirak etmək.
D) Mühərriki söndürməklə avtomobili yoxuşda dayandırmaq.
E) Telefonu əlində tutaraq ondan istifadə edən sərnişinlə danışmaq.
Aşağıda sadalanan hansı halda minik avtomobilinin istismarına icazə verilmir?
A) Şinlər ölçüsünə görə avtomobilin modelinə uyğun olmadıqda.
B) Təkəri dəyişmək üçün lazımi açar olmadıgda.
C) Sadalanan halların hər birinə görə istismar qadağandır.
D) Avtomobildə şinlərə hava doldurmaq üçün nasos olmadıqda.
E) Ehtiyat təkər olmadıqda.

Ümumi istifadə olan nəqliyyat vasitələri olmadığı halda dayanma Qaydalarını hansı sürücü pozur?

A) Ancaq Б sürücü.
B) Hamısı pozur.
C) Б və B sürücüləri.
D) Heç biri pozmur.

Hansı nizamlayıcının verdiyi siqnal konkret nəqliyyat vasitəsinin sürücüsünə və ya piyadaya aid edilir?

A) Ancaq sağdakı nizamlayıcının.
B) Ancaq soldakı nizamlayıcının.
C) Hər birinin.
D) Ortadakı və sağdakı nizamlayıcıların.
E) Ancaq ortadakı nizamlayıcının.
Nizamlayıcı jezl tutmuş sağ qolunu yuxarı qaldırarkən yolayrıcına daxil olmuş sürücüyə hərəkəti davam etdirməyə icazə verilir?
A) İcazə verilir.
B) Xeyr.
C) Əgər o sağa dönürsə, icazə verilir.
İnzibati cərimə olunması haqqında qərarın qüvvəyə mindiyi gündən hansı müddətdə cərimə qanuni əsaslar olmadan ödənilmədikdə, həmin qərarı qəbul etmiş məhkəmə inzibati xəta törətmiş sürücünün bu xətanı törədərkən idarə etdiyi avtomobilin saxlanılması barədə qərar qəbul edir?
A) 3 gün.
B) 2 ay.
C) 10 gün.
D) 1 ay.
Aşağıda sadalanan hansı çatışmazlıq nəqliyyat vasitəsinin istismarını qadağan etmir?
A) Arxa təkərlərin birində bir ədəd bərkitmə boltu olmadıqda.
B) Sadalanan çatışmazlıqlardan hər biri müvafiq nəqliyyat vasitəsinin istismarını qadağan edir.
C) Minik avtomobillərində dərman qutusu olmadıqda.
D) Qəza dayanma nişanı olduğu halda yanıb-sönən qırmızı fənər olmadıqda.
E) İcazə verilmiş maksimum kütləsi 3,5 t-dan az olan yük avtomobilində odsöndürən olmadıqda.
Siz "B" kateqoriya daxil olan yük avtomobilinin sahibi olduğunuz halda aşağıda sadalanan hansı göstəriciyə görə istismarı dayandırmalısınız?
A) Şinlərin naxışlarının qalmış hündürlüyü 0,9 mm olduqda.
B) Şinlərin naxışlarının qalmış hündürlüyü 1,5 mm olduqda.
C) Sadalanan göstəricilərin hər birinə görə.
D) Şinlərin naxışlarının qalmış hündürlüyü 1,0 mm olduqda.

Hansı nişan nəqliyyat vasitələrinin hərəkət sürətini ölçmək məqsədi ilə qarşıda quraşdırılmış mobil radarın mövcudluğu barədə məlumat verir?

A) 2.
B) Hər biri.
C) 1 və 4.
D) 3 və 5.

Yolayrıcında hansı istiqamətlərdə hərəkəti davam etdirməyə icazə verilir?

A) Ancaq D, E və F.
B) Ancaq D və F.
C) A və B-dən başqa bütün istiqamətlərdə.
D) A-dan başqa bütün istiqamətlərdə.
E) Bütün istiqamətlərdə.
Nizamlayıcı işıqsaçan (qırmızı diskdən) və ya işıq verən jezldən hansı məqsədilə istifadə edir?
A) Ancaq qaydaları pozan piyadaları saxlamaq üçün.
B) Yol hərəkəti iştirakçıları tərəfindən yaxşı görünməsi üçün.
C) Ancaq qaydaları pozan sürücüləri saxlamaq üçün.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top