Tapılan ümumi test sayı : 1487

Zərəçəkmiş şəxsi həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduğuna və ona kömək göstərmək imkanı olduğu halda bunu etmədiyinə görə sürücü hansı məsuliyyətə cəlb oluna bilər?
A) Ancaq inzibati.
B) İnzibati və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə.
C) Cərimə və beş balla qiymətləndirmə.
İnsan həyatı üçün ən təhlükəli qanaxma hansıdır?
A) Kapilyar.
B) Venoz.
C) Arterial.

Hansı nəqliyyat vasitəsinin sürücüsünə göstərilmiş istiqamətdə hərəkəti davam etdirməyə icazə verilir?

A) Heç birinə icazə verilmir.
B) Ancaq yük avtomobilinin sürücüsünə.
C) Ancaq minik avtomobilinin sürücüsünə.
D) Hər ikisinə icazə verilir.
Karbüratorlu mühərrikin üzərində onun başqa növ yanacaqla işləməsi üçün dəyişiklik işlərinin görülməsinə icazə verilir?
A) İcazə verilir, əgər bu beynəlxalq normalara və standartlara uyğundursa.
B) Qadağandır.
C) İcazə verilir, ancaq istehsalçı zavodun razılığı ilə.
Hansı halda qoşqu yedəyə alan traktorda "Avtoqatar" tanınma nişanı quraşdırılır?
A) 1,4 ton və daha artıq yük götürən halda.
B) Sutkanın qaranlıq vaxtında və məhdud görünmə şəraitində.
C) Bütün halda.
Körpülərdə və estakadalarda dayanmağa icazə verilir?
A) Qadağandır.
B) İcazə verilir, əgər həmin istiqamətdə üç və daha artıq hərəkət zolağı vardırsa.
C) İcazə verilir.

Kim ötmə zamanı Qaydaları pozur?

A) Hər iki sürücü.
B) Ancaq minik avtomobilinin sürücüsü.
C) Ancaq motosikletçi.

Kim ötmə zamanı Qaydaları pozur?

A) Ancaq motosikletçi.
B) Ancaq minik avtomobilinin sürücüsü.
C) Hər iki sürücü.

Avtoqatarın tərkibindəki avtomobilin icazə verilən maksimum və faktiki kütləsi 6 t-a, qoşqununku isə 2 t-a bərabər olduğu halda, bu nişanlardan hansı onun hərəkətini qadağan edir?

A) A və B.
B) Ancaq Б.
C) Ancaq A.
Nəqliyyat vasitəsini idarə edən şəxs nəqliyyat vasitəsinin istismar qaydalarını və ya yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətdiyi yerdən qaçdığına görə hansı məsuliyyətə cəlb oluna bilər?
A) İnzibati və ya cinayət.
B) Ancaq inzibati.
C) Ancaq cinayət.
İki yolayrıcısı arasında tramvay xətti olan yolda hərəkət edən avtomobilin sürücüsü hansı halda Qaydaları pozmur?
A) Eyni istiqamətdə bir hərəkət zolağı olduğu halda yandankeçmə zamanı tramvay yoluna çıxarsa.
B) Eyni istiqamətdə iki hərəkət zolağı olduğu halda yandankeçmə zamanı tramvay yoluna çıxarsa.
C) Eyni istiqamətdə iki hərəkət zolağı olduğu halda əks istiqamətli tramvay yoluna çıxarsa.

Bu şəraitdə yük avtomobilinin hərəkətinə icazə verilir?

A) Ancaq DYP ilə razılaşdırıldıqdan sonra icazə verilir.
B) İcazə verilir.
C) İcazə verilmir.

Hansı nişanlar ancaq velosiped və mopedlərin hərəkətinə icazə verir?

A) Ancaq A.
B) Hamısı.
C) Ancaq A və B.

Hansı nişanlar ayın cüt günlərində durmanı qadağan edir?

A) Ancaq 1-ci.
B) Ancaq 1-ci və 2-ci.
C) Ancaq 1-ci və 3-cü.
D) Acnaq 2-ci.
E) Hamısı.

Geriyə dönməkdə olan yük avtomobili hansı hallarda Qaydalara əməl etmiş hesab edilir?

A) Əgər avtomobilin icazə verilən maksimum kütləsi 3,5 t-dan azdırsa.
B) Bütün hallarda Qaydalar pozulur.
C) Əgər avtomobil yolun sol tərəfində yerləşən müəssisəyə xidmət edirsə.

Hansı nişanlar ayın tək günlərində durmanı qadağan edir?

A) Ancaq 1-ci və 2-ci.
B) Ancaq 2-ci.
C) Ancaq 1-ci və 3-cü.
D) Ancaq 1-ci.
E) Hamısı.

Eninə kəsiyi göstərilmiş hansı yol avtomobilin döngədə hərəkəti zamanı onun dayanıqlığını daha çox təmin edir?

A) Sağdakı.
B) Soldakı.

Hansı nişanlar icazə verilən maksimum kütləsi 3,5 t-dan artıq olmayan yük avtomobilinin sürücüsünü sağa dönməyə məcbur edir?

A) Ancaq A.
B) Б və B.
C) A və Б.
D) Ancaq Б.
Döngələrdə mərkəzdən qaçma qüvvəsinin artmasının səbəbi nədir?
A) Hər ikisi.
B) Dönmənin radiusunun kiçikliyi.
C) Hərəkət sürətinin artırılması.

İcazə verilən maksimum kütləsi 12 t olan yük avtomobilində hərəkəti hansı istiqamətlərdə davam etdirməyə icazə verilir?

A) Ancaq düzünə.
B) Ancaq sola.
C) Düzünə, sola və ya geriyə.
D) Ancaq sola və sağa.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top