Tapılan ümumi test sayı : 40

Basketbol yarışında iştirak edən 5 komandadan biri maksimum neçə xal toplaya bilər?
A) 8 xal
B) 15 xal
C) 5 xal
D) 12 xal
E) 10 xal
Basketbol oyununda , komandalar arasında xallar necə bölüşdürülür?
A) Qalib komanda 3 xal, məğlub komanda1xal
B) Qalib 1 xal, məğlub 0 xal
C) Qalib 2 xal, məğlub 1 xal
D) Qalib 3 xal, məğlub 0 xal
E) Qalib 2 xal, məğlub 0 xal
Hansı idman yarışında heç-heçə olmur?
A) Şahmatda
B) Futbolda
C) Xokeydə
D) Damada
E) Basketbolda
Qaçaraq hündürlüyə tullanmaq hansı idman növünə aiddir?
A) Atletikaya
B) Üzgüçülüyə
C) İdman oyunlarına
D) Ağır atletikaya
E) Gimnastikaya
Uzaq məsafəyə qaçış hansı fiziki qabiliyyəti inkişaf etdirir?
A) Qüvvəni
B) Çevikliyi
C) Sürət-gücü
D) Dözümlülüyü
E) Sürəti
Akrobatika hansı idman növünə daxildir?
A) İdman oyunlarına
B) Üzgüçülüyə
C) Gimnastikaya
D) Ağır atletikaya
E) Yüngül atletikaya
Məktəblilərin idman yarışları necə adlanır?
A) Spartakiada
B) Olimpiya
C) Universiada
D) Olimpiada
E) Müsabiqə
Skaliozun yaranmasına təsir edən amillər hansılardır?
A) Çox oxuyub az qidalanmaq
B) Aşağı ətraf əzələsinin zəif inkişafı
C) Çox gidalanmaq
D) Əzələ qüvvəsinin zəifliyi, fiziki hərəkətlərdən imtina
E) Yuxarı ətraf əzələsinin zəif inkişafı
Fərdi yanaşma metodunu hansı şagirdə tətbiq etmək lazımdır?
A) Əla fiziki hazırlıqlı
B) Zəif fiziki hazırlıqlı
C) Şagirdlərin hamısına
D) İdmanla məşğul olmayan şagirdə
E) Yaxşı fiziki hazırlıqlı
Planlaşdırma neçədir və hansılardır?
A) 2------gündəlik, perspektiv
B) 5------gündəlik, həftəlik, aylıq, illik, çoxillik
C) 3------gündəlik, həftəlik, aylıq
D) 4------gündəlik, həftəlik, aylıq, illik
E) 1------gündəlik
2015-ci ildə Avropa Olimpiya oyunları hansı şəhərdə keçiriləcək?
A) Afinada
B) Parisdə
C) Bakıda
D) Berlində
E) Ankarada
Azərbaycan müstəqil ölkə kimi neçənci ildən Müasir Olimpiya oyunlarında iştirak edir?
A) 2000-ci ildən
B) 1896-cı ildən
C) 1980-ci ildən
D) 1888-ci ildən
E) 1996-cı ildən
İlk Avropa Olimpiya oyunları hansı ölkədə keçirilib?
A) Azərbaycanda
B) Yunanıstanda
C) Türkiyədə
D) Fransada
E) Almaniyada
Müasir Olimpiya oyunları nə vaxtdan keçirilməyə başlanmışdır?
A) 1875-ci ildən
B) 1996-cı ildən
C) 1856-cı ildən
D) 1896-cı ildən
E) 1320-ci ildən
Qədim Olimpiya oyunları nə vaxtdan keçirilməyə başlanmışdır?
A) B.eranın 1730-cu ilindən
B) B.e.ə 826-cı ildən
C) B.e.ə 346-cı ildən
D) B. eranın 1475-ci ilindən
E) B.e.ə 776-cı ildən
Bunlardan hansı idman oyunlarına aiddir?
A) Olimpiya oyunları
B) Basketbol oyunları
C) Xalq oyunları
D) Asiya oyunları
E) Avropa olimpiya oyunları
Bunlardan hansı idman yerişinin tələblərinə uyğundur?
A) Şosselərdə keçirilə bilər
B) Vaxt və maneə nəzərə alınır
C) Maneəli yerlərdə nəzərdə tutulur
D) Stadionlarda keçirilməsi
E) Vaxt və texnika nəzərə alınır
Fiziki tərbiyə müəllimi “güzgü qaydası”ndan nə vaxt istifadə edir?
A) Şagird turnikdə dartınarkən
B) Şagirdləri sıraya düzərkən
C) Şagirdlərin önündə ümuminkişaf hərəkətləri göstərərkən
D) İnformasiya verərkən
E) Oyun qaydalarını öyrədərkən
Tennis topunu daha uzağa atmaq üçün onu hansı bucaq altında atmaq lazımdır?
A) 90
B) 60
C) 30
D) 45
E) 110
Bunlardan hansı boy artımına müsbət təsir göstərir?
A) Voleybol və futbol oynamaq
B) Qaçışlar və turnikdə dartınmalar
C) Hamısı
D) Basketbol və turnikdə sallanmalar
E) Üzgüçülük və hündürlüyə tullanmaq
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top