Tapılan ümumi test sayı : 40

Aşağıdakılardan hansı qaçışın üçüncü fazasına aiddir?
A) Finişetmə
B) Məsafə boyunca qaçış
C) Startdan çıxma
D) Təkan etmək
E) Uçuş fazası
Aləti uzağa atmaq üçün hansı qabiliyyəti inkişaf etdirmək lazımdır?
A) Çevikliyi
B) Qəhrəmanlığı
C) Elastikliyi
D) Sürət-güc
E) Qüvvəni
Dözümlülük qabiliyyətini hansı hərəkətlər inkişaf etdirir?
A) 200 m məsafəyə qaçış və şahmat oynamaq
B) Turnikdə çoxsaylı dartınmalar və uzaq məsafəyə at çapmaq
C) Uzaq məsafələrə qaçış və idman oyunları
D) 400 m məsafəyə qaçış və bədii gimnastika
E) 200 m təkrar qaçışlar və gimnastika
Qaçaraq uzunluğa tullanma fazaları hansı sıralamada doğrudur?
A) Qaçış, uçuş, enmə, sürüşmə
B) Yeriş, qaçış, uçuş, enmə
C) Qaçış, təkan, uçuş, enmə
D) Təkan, uçuş, enmə, ayağa durma
E) Qaçış, təkan, enmə, yıxılma
Qaçış neçə hissədən ibarətdir?
A) 3
B) 4
C) 6
D) 2
E) 5
Qısa məsafəyə qaçış zamanı verilən komandaların sayı neçədir?
A) 5
B) 1
C) 2
D) 3
E) 4
“Məkik qaçış” hansı fiziki qabiliyyəti inkişaf etdirir?
A) Elastikliyi
B) Qüvvəni
C) Dözümlülüyü
D) Sürəti
E) Çevikliyi
Aşağıdakılardan hansı hərəki (fiziki) qabiliyyətə daxil deyil?
A) Dözümlülük
B) Qüvvə
C) Sürət-güc
D) Çeviklik
E) Qəhrəmanlıq
Sağa dönmə bucağı neçə dərəcədir?
A) 90
B) 120
C) 60
D) 45
E) 30
Sıranın önündə dayanan necə adlanır?
A) İstiqamətçi
B) İdmançı
C) Ucaboy
D) Kapitan
E) Əlaçı
Məsafə nə vaxt saxlanılır?
A) Dəyişiklik zamanı
B) Fasilə zamanı
C) Cərgə düzülüşü zamanı
D) Tullanma zamanı
E) Sıra düzülüşü zamanı
İnterval hansı düzülüşdə istifadə olunur?
A) Əllər çiyində “tək sıra”
B) Əllər baş arxasında “tək sıra”
C) Əllər beldə “ tək sıra”
D) Qollar yanda “tək cərgə”
E) Qollar yanda “tək sıra”
Sağa dönmə zamanı ağırlıq ayaqların hansı hissələri üzərinə düşür?
A) Hər iki dabanlara
B) Hər iki pəncəyə
C) Sol daban və sağ pəncəyə
D) Sol pəncə və sol dabana
E) Sağ daban və sol pəncəyə
Ən çox vaxt dərsin hansı hissəsinə sərf olunur?
A) Giriş və tamamlayıcı hissəyə
B) Tamamlayıcı hissəyə
C) Əsas hissəyə
D) Giriş hissəsinə
E) Hazırlıq hissəsinə
Dərsin giriş hissəsində hansı düzülüşdən istifadə olunur?
A) Əl-ələ düzülüş
B) Şahmatvari düzülüş
C) Tək cərgə düzülüş
D) Üç sıralı düzülüş
E) Dairəvi düzülüş
Fiziki gərginliyi azaltmaq və tənəffüsü bərpa etmək dərsin hansı hissəsində yerinə yetirilir?
A) Tamamlayıcı hissəsində
B) Əsas hissənin ortasında
C) Hazırlıq hissəsinin sonunda
D) Hazırlıq hissəsində
E) Əsas hissənin əvvəlində
Şagirdlərin fiziki tərbiyəni sevməsinə təsir edən müsbət amillər:
A) İdman geyimi və əşyalar almaq
B) Həkim nəzarətini artırmaq
C) Müəllimin maarifləndirmə bacarığı və şəxsi nümunəsi
D) Dostlarla səyahətə çıxmaq
E) Valideyin nəzarətini artırmaq
Fiziki tərbiyə və idmanın gənclərin həyatında sosial rolu:
A) Gigiyenik biliklər qazanmaq
B) Həyati biliklər qazanmaq
C) Zərərli vərdişlərdən uzaq olmaq
D) Yaxşı istirahət etmək
E) Əzələ gücünə malik olmaq
Fiziki tərbiyənin həyata keçirilməsi üçün vacib olan amil:
A) Kollektivin düzgün formalaşması
B) Peşəkar kadrların olması
C) Fənn kabinetlərinin çoxluğu
D) İdman ləvazimatlarının çoxluğu
E) Yarışların sayının artırılması
Fiziki tərbiyə fənninin məqsədi nədir?
A) Olimpiya oyunlarına idmançılar hazırlamaq
B) Şagirdlərin sağlamlığını qorumaq
C) Kütləvi tədbirlər təşkil etmək
D) Şagirdlərin fiziki inkişafına nail olmaq
E) Turist yürüşləri təşkil etmək
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top