Tapılan ümumi test sayı : 40

Aşağıdakılardan hansı qaçışın üçüncü fazasına aiddir?
A) Startdan çıxma
B) Uçuş fazası
C) Məsafə boyunca qaçış
D) Təkan etmək
E) Finişetmə
Aləti uzağa atmaq üçün hansı qabiliyyəti inkişaf etdirmək lazımdır?
A) Qüvvəni
B) Çevikliyi
C) Elastikliyi
D) Sürət-güc
E) Qəhrəmanlığı
Dözümlülük qabiliyyətini hansı hərəkətlər inkişaf etdirir?
A) Uzaq məsafələrə qaçış və idman oyunları
B) 200 m məsafəyə qaçış və şahmat oynamaq
C) Turnikdə çoxsaylı dartınmalar və uzaq məsafəyə at çapmaq
D) 200 m təkrar qaçışlar və gimnastika
E) 400 m məsafəyə qaçış və bədii gimnastika
Qaçaraq uzunluğa tullanma fazaları hansı sıralamada doğrudur?
A) Qaçış, uçuş, enmə, sürüşmə
B) Qaçış, təkan, uçuş, enmə
C) Təkan, uçuş, enmə, ayağa durma
D) Qaçış, təkan, enmə, yıxılma
E) Yeriş, qaçış, uçuş, enmə
Qaçış neçə hissədən ibarətdir?
A) 6
B) 2
C) 5
D) 3
E) 4
Qısa məsafəyə qaçış zamanı verilən komandaların sayı neçədir?
A) 5
B) 1
C) 3
D) 4
E) 2
“Məkik qaçış” hansı fiziki qabiliyyəti inkişaf etdirir?
A) Çevikliyi
B) Qüvvəni
C) Sürəti
D) Elastikliyi
E) Dözümlülüyü
Aşağıdakılardan hansı hərəki (fiziki) qabiliyyətə daxil deyil?
A) Sürət-güc
B) Dözümlülük
C) Çeviklik
D) Qəhrəmanlıq
E) Qüvvə
Sağa dönmə bucağı neçə dərəcədir?
A) 90
B) 45
C) 60
D) 30
E) 120
Sıranın önündə dayanan necə adlanır?
A) Əlaçı
B) Ucaboy
C) Kapitan
D) İstiqamətçi
E) İdmançı
Məsafə nə vaxt saxlanılır?
A) Tullanma zamanı
B) Cərgə düzülüşü zamanı
C) Sıra düzülüşü zamanı
D) Fasilə zamanı
E) Dəyişiklik zamanı
İnterval hansı düzülüşdə istifadə olunur?
A) Əllər baş arxasında “tək sıra”
B) Əllər çiyində “tək sıra”
C) Qollar yanda “tək sıra”
D) Əllər beldə “ tək sıra”
E) Qollar yanda “tək cərgə”
Sağa dönmə zamanı ağırlıq ayaqların hansı hissələri üzərinə düşür?
A) Sol daban və sağ pəncəyə
B) Sol pəncə və sol dabana
C) Sağ daban və sol pəncəyə
D) Hər iki dabanlara
E) Hər iki pəncəyə
Ən çox vaxt dərsin hansı hissəsinə sərf olunur?
A) Hazırlıq hissəsinə
B) Giriş və tamamlayıcı hissəyə
C) Giriş hissəsinə
D) Tamamlayıcı hissəyə
E) Əsas hissəyə
Dərsin giriş hissəsində hansı düzülüşdən istifadə olunur?
A) Əl-ələ düzülüş
B) Şahmatvari düzülüş
C) Tək cərgə düzülüş
D) Dairəvi düzülüş
E) Üç sıralı düzülüş
Fiziki gərginliyi azaltmaq və tənəffüsü bərpa etmək dərsin hansı hissəsində yerinə yetirilir?
A) Tamamlayıcı hissəsində
B) Əsas hissənin ortasında
C) Əsas hissənin əvvəlində
D) Hazırlıq hissəsinin sonunda
E) Hazırlıq hissəsində
Şagirdlərin fiziki tərbiyəni sevməsinə təsir edən müsbət amillər:
A) İdman geyimi və əşyalar almaq
B) Həkim nəzarətini artırmaq
C) Müəllimin maarifləndirmə bacarığı və şəxsi nümunəsi
D) Dostlarla səyahətə çıxmaq
E) Valideyin nəzarətini artırmaq
Fiziki tərbiyə və idmanın gənclərin həyatında sosial rolu:
A) Gigiyenik biliklər qazanmaq
B) Yaxşı istirahət etmək
C) Həyati biliklər qazanmaq
D) Zərərli vərdişlərdən uzaq olmaq
E) Əzələ gücünə malik olmaq
Fiziki tərbiyənin həyata keçirilməsi üçün vacib olan amil:
A) Peşəkar kadrların olması
B) Yarışların sayının artırılması
C) İdman ləvazimatlarının çoxluğu
D) Kollektivin düzgün formalaşması
E) Fənn kabinetlərinin çoxluğu
Fiziki tərbiyə fənninin məqsədi nədir?
A) Olimpiya oyunlarına idmançılar hazırlamaq
B) Şagirdlərin sağlamlığını qorumaq
C) Kütləvi tədbirlər təşkil etmək
D) Şagirdlərin fiziki inkişafına nail olmaq
E) Turist yürüşləri təşkil etmək
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top