Tapılan ümumi test sayı : 80

Azimut nəyə deyilir?
A) Maqnit meridianının şimal istiqaməti ilə verilən istiqamət arsında qalan vəsaat əqrəbinin hərəkəti üzrə ölçülən bucağa azimut deyilir
B) Həqiqi meridianla maqnit meridianı arasında qalan bucağa azimut deyilir
C) Kilometrik şəbəkənin şaquli xətti ilə verilən istiqamət arsında qalan və saat əqrəbinin hərəkəti üzrə ölçülən bucağa azimut deyilir
D) Həqiqi meridianın şimal istiqaməti ilə verilən istiqamət arasında qalan və saat əqrəbinin hərəkəti üzrə ölçülən bucağa azimut deyilir
E) Direksion bucağı ilə maqnit azimutu arasında qalan bucağa azimut deyilir
1: 50 000 miqyaslı topoqrafik xəritə üzrə ölçülmüş 1mm-lik parçanın uzunluğu ərazidə neçə metr təşkil edir
A) 50 m
B) 500 m
C) 250 m
D) 25 m
E) 100 m
1: 25 000 miqyaslı topoqrafik xəritə üzrə ölçülmüş 1mm-lik parçanın uzunluğu ərazidə neçə metr təşkil edir?
A) 250 m
B) 25m
C) 50 m
D) 75 m
E) 100 m
Sıra nədir?
A) Döyüş maşınlarında təlim mərkəzlərində birgə hərəkət üçün atış kursu ilə müəyyən edilmiş düzülüşdür
B) Hərbi qulluqçuların, bölmələrin və hissələrin piyada və maşınlarda birgə hərəkəti üçün Nizamnamə ilə müəyyən edilmiş düzülüşdür
C) Döyüş maşınlarında hərbi paradda birgə hərəkət üçün qarnizonun rəisinin müəyyən edilmiş düzülüşdür
D) Hərbi qulluqçuların piyada və maşınlarda təlim mərkəzlərinə getmək üçün təlimatlarla müəyyən edilmiş düzülüşdür
E) Döyüş maşınlarının və artilleriya qurğularının təlim mərkəzlərində birgə hərəkət üçün atış kursu ilə müəyyən edilmiş düzülüşdür
Sıranın eni nədir?
A) Manqalar arasındakı məsafə sıranın eni adlanır
B) Cinahlar arasındakı məsafə sıranın eni adlanır
C) Tağımlar arasındakı məsafə sıranın eni adlanır
D) Bölüklər arasındakı məsafə sıranın eni adlanır
E) Taborlar arasındakı məsafə sıranın eni adlanır
Cinah nədir?
A) Cinah-sıranın hərbi qulluqçularının üzləri baxan tərəfdir. Sıra döndükdə cinahın adı dəyişməz.
B) Cinah-sıra düzülüşünün həyata keçirildiyi yerdir. Sıra döndükdə cinahların adları dəyişməz.
C) Cinah- hərbi hissənin qərargahının sağ (sol) tərəfidir. Sıranın harada düzülməsindən asılı olaraq cinahların adları dəyişər.
D) Cinah-sıranın sağ (sol) kənarıdır. Sıra döndükdə cinahların adları dəyişməz
E) Cinah-sıranın ön (arxa) tərəfidir. Sıra döndükdə cinahların adları dəyişməz.
Masqalanma nə məqsədlə həyata keçirilir? (Yanlış olanı qeyd edin)
A) bölmələrinin dəqiq yerini düşməndən gizlətmək
B) bölmələrinin dəqiq vəziyyətini düşməndən gizlətmək
C) bölmələrin döyüş qabiliyyətini saxlamaq
D) bölmələri mühəndis sursatları ilə təmin etmək
E) bölmələrin qəfildən fəaliyyətini təmin etmək
Aşağıdakılardan hansı döyüş təminatına aid deyil?
A) Əşya və ərzaq təminatı
B) Mühafizə
C) Maskalanma
D) Mühəndis və kimyəvi təminat
E) Kəşfiyyat
Yürüş nizamına olan tələblər. (Yanlış olanı qeyd edin)
A) yürüş nizamı manqanın yüksək hərəkət sürətini
B) döyüş nizamına tez düzülməsini
C) manqanın yüksək manevrliyini
D) Manqanın sıra hazırlığının səviyyəsinin yüksək olmasını
E) şəxsi heyyətin qüvvələrinin saxlanmasını təmin etməlidir
Ümumqoşun döyüşünün neçə əsas növü var və hansılardır?
A) 3 - Yandan ötmə, dövrələmə və geri çəkilmə
B) 3 - hücum, müdafiə və təqib
C) 2 - hücum və müdafiə
D) 4 - Hücum, müdafiə, təqib və qarşılaşma döyüşü
E) 2 - təqib və qarşılaşma döyüşü
Müasir ümumqoşun döyüşünün səciyyəvi xüsusiyyətlərinə aid olmayanı qeyd edin.
A) Yüksək manevrili
B) Qətiyyətli
C) Yüksək sürət
D) Tərəflərin manevr üçün bir-birinə imkan verməsi
E) Vəziyyətin tez və kəskin dəyişməsi
Döyüş nədir?
A) Bölmə və hissələrinin mütəşəkkil şəkildə su maneələrini keçərək uzun məsafəni qət etməsidir
B) Müharibə aparan tərəflərin bölmə və hissələrinin mütəşəkkil silahlı toqquşmasıdır
C) Bölmə və hissələrinin mütəşəkkil şəkildə bir yerdən başqa yerə yerdəyişməsidir
D) Müharibə aparan tərəflərin atəş vasitələrinin mütəşəkkil atəş açmasıdır
E) Müharibə aparan tərəflərin bölmə və hissələrinin manevrələr etmələridir
Yerişdə geriyə dönmələr hansı komanda ilə yerinə yetirilir?
A) “Geriyə - Gəl”
B) “Geriyə - Yönəl”
C) “Geriyə - Dön”
D) “Geriyə - Marş”
E) “Geriyə - Qayıt”
Sıra addımı ilə yeriyərkən ayağı yerdən hansı hündürlüyə qaldırmalı?
A) 10-15 sm
B) 20-25 sm
C) 25-30 sm
D) 20-30 sm
E) 15-20 sm
Sıra addımı nə vaxt tətbiq edilmir?
A) Bölmələr təntənəli marşla keçdikdə
B) Sıradan çıxdıqda və sıraya qayıtdıqda
C) Yerişdə əsgəri salam verdikdə
D) Hərbi qulluqçular rəisə yanaşdıqda və ondan aralandıqda
E) Yemək masasına yaxınlaşdıqda və ondan aralandıqda
Addımlar neçə cür olur?
A) 5
B) 2
C) 3
D) 4
E) 1
Addımla yerişin normal tempi və addımın ölçüsü hansıdır?
A) Addımla yerişin normal tempi dəqiqədə 120-130 addım, addımın ölçüsü 75-85 sm olmalıdır
B) Addımla yerişin normal tempi dəqiqədə 130-140 addım, addımın ölçüsü 80-85 sm olmalıdır
C) Addımla yerişin normal tempi dəqiqədə 100-110 addım, addımın ölçüsü 65-70sm olmalıdır
D) Addımla yerişin normal tempi dəqiqədə 110-120 addım, addımın ölçüsü 70-80sm olmalıdır
E) Addımla yerişin normal tempi dəqiqədə 165-180 addım, addımın ölçüsü 85-90sm olmalıdır
Yerində neçə dönmə var?
A) 5
B) 4
C) 3
D) 6
E) 2
Yerində “farağat” vəziyyəti komandasız qəbul edilir: (yanlış olanı qeyd edin:
A) Əmr verərkən və alarkən
B) Raport verərkən
C) Təsərrüfat işləri ilə məşğul olarkən
D) Komandalar verərkən
E) Azərbaycan Respublikasının Dövlət Himni ifa edilərkən
AR Silahlı Qüvvələrinin Nizamnamələri hansı tarixdə təsdiq olunmuşdur?
A) 20 sentyabr 1993-cü ildə
B) 9 oktyabr 1992-ci ildə
C) 26 iyun 1993-cü ildə
D) 23 sentyabr 1994-cü ildə
E) 12 noyabr 1995-ci ildə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top