Tapılan ümumi test sayı : 25

Felin qrammatik məna növləri haqqında fikirlərdən biri səhvdir:
A) Təsirsiz fellər bu növlər üzrə dəyişilə bilmir
B) Felin qrammatik cəhətdən beş məna növü var
C) Felin növləri təsirli fellərdən düzəlir
D) Təsirli fellərin hamısı felin qrammatik məna növləri üzrə dəyişə bilir
Felin məlum növü ilə əlaqədar fikirlərdən biri səhvdir:
A) Bu fellər cümlənin xəbəri olanda mübtəda da həmin felin tələb etdiyi vasitəsiz tamamlıq da öz yerində olur
B) Məlum növdə olan fellər təklikdə xəbər olanda mübtəda və vasitəsiz tamamlıq asanlıqla müəyyən edilmir
C) Felin məlum növünün növ şəkilçisi olmur
D) İlkin vəziyyətdə təsirli fellərin hamısı məlum növdə olur
Felin məchul növü haqqındakı fikirlərdən hansı düzdür:
A) Məchul növdə fel təsirli olur
B) Məchul növdə üzərində iş görüləni bildirən söz mübtəda olur
C) Məchul növdə iş görən birbaşa meydana çıxır
D) Cümlənin xəbəri felin məchul növü ilə ifadə olunanda, iş görən şəxslə üzərində iş icra olunan əşya öz qrammatik vəzifələrini dəyişmir
Felin qayıdış növü haqqındakı fikirlərdən hansı səhvdir?
A) Məchul növdən fərqli olaraq, qayıdış növdə hərəkət iş görənin öz üzərinə qayıdır
B) Qayıdış növlə məchul növ mənaca fərqlənmir
C) Felin qayıdış növü də məchul növdə olduğu kimi ıl4, ın4 şəkilçiləri vasitəsilə düzəlir
D) Qayıdış növlə məchul növ formaca eyni olur
Felin qarşılıq növü haqqındakı fikirlərdən biri səhvdir:
A) Qarşılıq növdə hərəkətin icrasında azı iki şəxs, iki tərəf iştirak edir
B) Qarşılıq növdə iş subyektin öz üzərində görülür
C) Felin qarşılıq növü hərəkətin qarşılıqlı olaraq icra edildiyini bildirir
D) Felin qarşılıq növü ış4 şəkilçisi ilə düzəlir
Hansı cümlədəki fel birgəlik növdədir?
A) Zaldakı bütün tamaşaçılar gülüşdü
B) Çeynədilər, didişdilər, diddilər
Bir – birini al qana qərq etdilər
C) Qoşunlar şəhərdən çıxan kimi hər kəs bir – birinə qarışdı
D) Dostlar bir yerdə işlədilər
Hansı cümlədəki fel qarşılıq növdədir?
A) Qoşunlar şəhərdən çıxan kimi hər kəs bir – birinə qarışdı
B) Zaldakı bütün tamaşaçılar gülüşdü
C) Çox şükür var, yenə gəldux, görüşdux,
Ötənlərdən, keçənlərdən soruşdux
D) Çox çalışdılar, ancaq heç nə alınmadı
“ yazdırdı, döyündü, deyildi, getdim, yazışmaq ” nümunələrində felin hansı qrammatik məna növü yoxdur?
A) Məchul
B) Məlum
C) icbar
D) Birgəlik
Felin neçə qrammatik növü var?
A) 6.
B) yoxdur.
C) 2.
D) 9.
E) 5.
Düzəltmək və düzmək felləri hansı qrammatik məna növünə aiddir?
A) qeyri müəyyən şəxsli
B) məlum
C) məchul
D) şəxssiz
Felin icbar növünün şəkilçisi hansıdır?
A) -çı, -çi, -çu, -çü
B) -dır -t
C) -ış -ş
D) -ıl -ın
Hansı köməkçi nitq hissəsi sözlərə qoşularaq müxtəlif məna çalarlıqları əmələ gətirir?
A) modal sözlər
B) qoşma
C) ədat
D) bağlayıcı
E) nida
Hansı feli cümlədə işlətsəniz həmin cümlənin mübtədası olmayacaq?
A) kömək edildi
B) yuyuldu
C) yazışdı
D) bildirildi
E) gorundu
Elə bir alınma mənşəli fel deyin ki, o sadə olsun
A) Düzəltmədir
B) Ərəb-fars mənşəlidir
C) Mürəkkəbdir
D) Bütün sadə fellər milli sözlərimizdir
Yazdırdım felin hansı qrammatik məna növündədir
A) Qarşılıq növdə
B) İcbar növdə
C) Şəxssiz növdə
D) Məlum növdə
E) Birgəlik növdədir
Ağlaşmaq hansı növ feldir?
A) şəxssiz
B) qayıdış
C) məlum
D) qarşılıq-birgəlik
E) məchul
Gülüşmək hansı növ feldir?
A) şəxssiz
B) məlum
C) qarşılıq-birgəlik
D) qayıdış
E) məchul
Qarışmaq hansı növ feldir?
A) məchul
B) qarşılıq-birgəlik
C) qayıdış
D) şəxssiz
E) məlum
İcbar növ fellər cərgəsini göstərin :
A) sağalt(maq), inandır(maq)
B) tikdir(mək), xəstələndir(mək)
C) güldür(mək), sondur(mək)
D) yandır(maq), süpürtdür(mək)
E) bitişdir(mək), qızartdır(maq)
Güldür feli hansı növdə işlənib?
A) məlum
B) icbar
C) şəxssiz
D) qayıdış
E) məchul
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top