Tapılan ümumi test sayı : 25

Felin qrammatik məna növləri haqqında fikirlərdən biri səhvdir:
A) Təsirsiz fellər bu növlər üzrə dəyişilə bilmir
B) Felin növləri təsirli fellərdən düzəlir
C) Təsirli fellərin hamısı felin qrammatik məna növləri üzrə dəyişə bilir
D) Felin qrammatik cəhətdən beş məna növü var
Felin məlum növü ilə əlaqədar fikirlərdən biri səhvdir:
A) Məlum növdə olan fellər təklikdə xəbər olanda mübtəda və vasitəsiz tamamlıq asanlıqla müəyyən edilmir
B) Bu fellər cümlənin xəbəri olanda mübtəda da həmin felin tələb etdiyi vasitəsiz tamamlıq da öz yerində olur
C) Felin məlum növünün növ şəkilçisi olmur
D) İlkin vəziyyətdə təsirli fellərin hamısı məlum növdə olur
Felin məchul növü haqqındakı fikirlərdən hansı düzdür:
A) Məchul növdə iş görən birbaşa meydana çıxır
B) Cümlənin xəbəri felin məchul növü ilə ifadə olunanda, iş görən şəxslə üzərində iş icra olunan əşya öz qrammatik vəzifələrini dəyişmir
C) Məchul növdə üzərində iş görüləni bildirən söz mübtəda olur
D) Məchul növdə fel təsirli olur
Felin qayıdış növü haqqındakı fikirlərdən hansı səhvdir?
A) Qayıdış növlə məchul növ mənaca fərqlənmir
B) Qayıdış növlə məchul növ formaca eyni olur
C) Felin qayıdış növü də məchul növdə olduğu kimi ıl4, ın4 şəkilçiləri vasitəsilə düzəlir
D) Məchul növdən fərqli olaraq, qayıdış növdə hərəkət iş görənin öz üzərinə qayıdır
Felin qarşılıq növü haqqındakı fikirlərdən biri səhvdir:
A) Qarşılıq növdə hərəkətin icrasında azı iki şəxs, iki tərəf iştirak edir
B) Qarşılıq növdə iş subyektin öz üzərində görülür
C) Felin qarşılıq növü hərəkətin qarşılıqlı olaraq icra edildiyini bildirir
D) Felin qarşılıq növü ış4 şəkilçisi ilə düzəlir
Hansı cümlədəki fel birgəlik növdədir?
A) Dostlar bir yerdə işlədilər
B) Zaldakı bütün tamaşaçılar gülüşdü
C) Çeynədilər, didişdilər, diddilər
Bir – birini al qana qərq etdilər
D) Qoşunlar şəhərdən çıxan kimi hər kəs bir – birinə qarışdı
Hansı cümlədəki fel qarşılıq növdədir?
A) Qoşunlar şəhərdən çıxan kimi hər kəs bir – birinə qarışdı
B) Çox şükür var, yenə gəldux, görüşdux,
Ötənlərdən, keçənlərdən soruşdux
C) Zaldakı bütün tamaşaçılar gülüşdü
D) Çox çalışdılar, ancaq heç nə alınmadı
“ yazdırdı, döyündü, deyildi, getdim, yazışmaq ” nümunələrində felin hansı qrammatik məna növü yoxdur?
A) Məlum
B) icbar
C) Məchul
D) Birgəlik
Felin neçə qrammatik növü var?
A) yoxdur.
B) 6.
C) 2.
D) 9.
E) 5.
Düzəltmək və düzmək felləri hansı qrammatik məna növünə aiddir?
A) məlum
B) qeyri müəyyən şəxsli
C) şəxssiz
D) məchul
Felin icbar növünün şəkilçisi hansıdır?
A) -ış -ş
B) -çı, -çi, -çu, -çü
C) -ıl -ın
D) -dır -t
Hansı köməkçi nitq hissəsi sözlərə qoşularaq müxtəlif məna çalarlıqları əmələ gətirir?
A) nida
B) qoşma
C) ədat
D) bağlayıcı
E) modal sözlər
Hansı feli cümlədə işlətsəniz həmin cümlənin mübtədası olmayacaq?
A) kömək edildi
B) yazışdı
C) yuyuldu
D) gorundu
E) bildirildi
Elə bir alınma mənşəli fel deyin ki, o sadə olsun
A) Bütün sadə fellər milli sözlərimizdir
B) Düzəltmədir
C) Mürəkkəbdir
D) Ərəb-fars mənşəlidir
Yazdırdım felin hansı qrammatik məna növündədir
A) Qarşılıq növdə
B) Birgəlik növdədir
C) Məlum növdə
D) İcbar növdə
E) Şəxssiz növdə
Ağlaşmaq hansı növ feldir?
A) qayıdış
B) məlum
C) qarşılıq-birgəlik
D) məchul
E) şəxssiz
Gülüşmək hansı növ feldir?
A) şəxssiz
B) qarşılıq-birgəlik
C) məchul
D) məlum
E) qayıdış
Qarışmaq hansı növ feldir?
A) şəxssiz
B) məchul
C) məlum
D) qayıdış
E) qarşılıq-birgəlik
İcbar növ fellər cərgəsini göstərin :
A) sağalt(maq), inandır(maq)
B) tikdir(mək), xəstələndir(mək)
C) yandır(maq), süpürtdür(mək)
D) bitişdir(mək), qızartdır(maq)
E) güldür(mək), sondur(mək)
Güldür feli hansı növdə işlənib?
A) icbar
B) məlum
C) qayıdış
D) şəxssiz
E) məchul
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top