Tapılan ümumi test sayı : 25

Danışmaq hansı növ feldir?
A) şəxssiz
B) qayıdış
C) qarşılıq-birgəlik
D) məlum
E) məchul
İcbar növdə olan fellərin sırasını göstərin
A) ütülət, mişarlat, möhürlət
B) qanadlandır, varlandır, dərdlədi
C) tumarladı, baxdır, əyləndir
D) gileyləndir, hirsləndi, həyəcanladı
E) sıxlaşdır, vidalaşdır, çoxlaşdır
Felin hansı növü təsirlidən düzəlir, təsirli olur?
A) məlum
B) qarşılıq
C) icbar
D) qayıdış
E) məchul
"Döyündü" və "döyüldü" fellərinin morfoloji təhlilindəki səhv haradadır?
A) hər ikisində bir leksik bir qrammatik şəkilçi var
B) şühudi keçmiş zaman felləridir
C) "Döymək" felindən yaranmış bu fellərin hər ikisi məchul növdədir
D) hər ikisi təsdiqdədir quruluşca düzəltmədir
E) hər ikisi felin təsriflənən formasında xəbər şəklindədir
Bunlardan hansı məlum növdədir?
A) Cinayətkar yaxalandı
B) Torpaq şumlandı
C) Kiçik nöqsanlar böyük səhvlərə aparır
D) Toğrul özünə yeni kitab aldı
E) Tərəflər səhərə qədər atışdılar
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top