Tapılan ümumi test sayı : 21

Felin təsriflənməsi nə deməkdir?
A) Təsirli və təsirsiz olması
B) Zamanlara görə dəyişməsi
C) Şəxsə və kəmiyyətə görə dəyişməsi
D) Təsdiq və inkarda olması
Şəxsə, kəmiyyətə və zamana görə dəyişə bilib – bilməmək cəhətdən fellər neçə formada olur?
A) 3
B) 4
C) 2
D) 5
Felin təsriflənən formaları üçün verilmiş fikirlərdən hansı səhvdir?
A) Şəxsə görə dəyişməsi
B) Şəxsə və kəmiyyətə görə dəyişmir
C) Kəmiyyətə görə dəyişməsi
D) Zamana görə dəyişməsi
Felin təsriflənməyən formaları haqqında fikirlərdən biri səhvdir:
A) Şəxsə görə dəyişmir
B) Məsdər, feli sifət, feli bağlama felin təsriflənməyən formalarıdır
C) Zamana görə dəyişir
D) Kəmiyyətə görə dəyişmir
Hansı sırada felin təsriflənməyən formalarının hamısına aid nümunə var?
A) Oxumağım, gülə - gülə, dinləməyən
B) Qaça – qaça, gülməyən, qaçdı
C) Başlamaq, oxuyan, yazanda
D) Çağırmaq, danışır, güldü
Məsdər, feli sifət, feli bağlama üçün ortaq əlaməti göstərin:
A) Şəxsə və kəmiyyətə görə dəyişməmək
B) İsimləşə bilmək
C) Mənsubiyyətə görə dəyişmək
D) Zamana görə dəyişmək
Felin təsriflənməyən formaları üçün fikirlərdən hansı düzgündür?
A) Şəxsə görə dəyişməsi
B) Şəxsə və kəmiyyətə görə dəyişməsi
C) Kəmiyyətə görə dəyişməsi
D) Zamana görə dəyişməsi
Aşağıdakı fikirlərdən biri səhvdir:
A) Təsriflənən fellərdə işin aid olduğu şəxsi bildirən sözü dəyişəndə felin də şəxsi dəyişir
B) Təsriflənməyən fellər şəxsə, kəmiyyətə görə dəyişmir
C) Təsriflənən fellər predikativ formada olur və şəxsə, kəmiyyətə görə dəyişir
D) Şəxsə, kəmiyyətə və zamana görə dəyişə bilib – bilməmək cəhətdən fellər 3 formada olur
Verilənlərdən biri felin təsriflənməyən formasıdır:
A) Eşitdiyim
B) Küsəyən
C) Oxuyası
D) İşləyəsidir
Məsdər, feli sifət, feli bağlama üçün ortaq əlamət sayıla bilməz:
A) Şəxsə görə dəyişməmək
B) Kəmiyyətə görə dəyişməmək
C) Hər üçünün də fellə yanaşı, ikinci bir nitq hissəsinin də xüsusiyyətlərini daşıması
D) İsimləşə bilmək
Məsdər haqqında fikirlərdən biri düzgündür:
A) Hallanmır
B) Mənsubiyyətə görə dəyişmir
C) Zamana görə dəyişmir
D) Felin qrammatik məna növləri üzrə dəyişə bilmir
Məsdər ilə bağlı fikirlərdən biri səhvdir:
A) Məsdər şəxsə, kəmiyyətə, zamana görə dəyişmir
B) Məsdər şəxs şəkilçisi qəbul edərək cümlədə ismi xəbər olur
C) Fellər lüğətlərdə feli bağlama formasında olur
D) Məsdər cümlənin mübtədası, tamamlığı ola bilir
Məsdər feldən başqa hansı nitq hissəsinin xüsusiyyətlərini daşıyır?
A) ismin
B) əvəzliyin
C) sayın
D) zərfin
E) sifətin
Məsdər hansı cümlə üzvü vəzifəsində çıxış edə bilmir?
A) tamamlıq
B) zərflik
C) xəbər
D) mübtəda
E) təyin
Sözlərdən biri felin təsriflənməyən formasıdır?
A) deməkdir
B) gələsidir
C) söyləmədi
D) görülsə
E) sarıma
Sözlərdən biri felin təsriflənməyən formasıdır
A) deməkdir
B) görülsə
C) gələsidir
D) sarıma
E) söyləməli
Sözlərdən biri həm məsdər, həm de başqa nitq hissəsidir
A) qarmaq
B) qarlamaq
C) barmaq
D) istək
E) axmaq
Məsdər haqqındakı fərziyyə yanlışdır?
A) hərəkət bildirir
B) təsdiqdə olur
C) təsirli və təsirsiz olmur
D) isim kimi hallanır
E) qoşmalarla işlənə bilir
Məsdərin felə aid xüsusiyyətlərindən biri səhvdir.
A) Təsirli və təsirsiz olur.
B) Felin təsriflənən formaları ilə eyni leksik mənanı bildirir.
C) Mənsubiyyətə görə dəyişir.
D) Təsdiq və inkarda olur.
E) Felin müxtəlif qrammatik məna növlərində olur.
-maq, -meq şəkilçisinin ixtisarı bunlardan hansıdır?
A) Mali
B) Ma, me
C) Maq, mae
D) Ası
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top