Tapılan ümumi test sayı : 21

Felin təsriflənməsi nə deməkdir?
A) Təsirli və təsirsiz olması
B) Zamanlara görə dəyişməsi
C) Təsdiq və inkarda olması
D) Şəxsə və kəmiyyətə görə dəyişməsi
Şəxsə, kəmiyyətə və zamana görə dəyişə bilib – bilməmək cəhətdən fellər neçə formada olur?
A) 3
B) 5
C) 4
D) 2
Felin təsriflənən formaları üçün verilmiş fikirlərdən hansı səhvdir?
A) Şəxsə görə dəyişməsi
B) Şəxsə və kəmiyyətə görə dəyişmir
C) Zamana görə dəyişməsi
D) Kəmiyyətə görə dəyişməsi
Felin təsriflənməyən formaları haqqında fikirlərdən biri səhvdir:
A) Kəmiyyətə görə dəyişmir
B) Məsdər, feli sifət, feli bağlama felin təsriflənməyən formalarıdır
C) Zamana görə dəyişir
D) Şəxsə görə dəyişmir
Hansı sırada felin təsriflənməyən formalarının hamısına aid nümunə var?
A) Çağırmaq, danışır, güldü
B) Başlamaq, oxuyan, yazanda
C) Oxumağım, gülə - gülə, dinləməyən
D) Qaça – qaça, gülməyən, qaçdı
Məsdər, feli sifət, feli bağlama üçün ortaq əlaməti göstərin:
A) İsimləşə bilmək
B) Zamana görə dəyişmək
C) Mənsubiyyətə görə dəyişmək
D) Şəxsə və kəmiyyətə görə dəyişməmək
Felin təsriflənməyən formaları üçün fikirlərdən hansı düzgündür?
A) Şəxsə görə dəyişməsi
B) Şəxsə və kəmiyyətə görə dəyişməsi
C) Zamana görə dəyişməsi
D) Kəmiyyətə görə dəyişməsi
Aşağıdakı fikirlərdən biri səhvdir:
A) Təsriflənməyən fellər şəxsə, kəmiyyətə görə dəyişmir
B) Şəxsə, kəmiyyətə və zamana görə dəyişə bilib – bilməmək cəhətdən fellər 3 formada olur
C) Təsriflənən fellər predikativ formada olur və şəxsə, kəmiyyətə görə dəyişir
D) Təsriflənən fellərdə işin aid olduğu şəxsi bildirən sözü dəyişəndə felin də şəxsi dəyişir
Verilənlərdən biri felin təsriflənməyən formasıdır:
A) Oxuyası
B) Eşitdiyim
C) İşləyəsidir
D) Küsəyən
Məsdər, feli sifət, feli bağlama üçün ortaq əlamət sayıla bilməz:
A) Şəxsə görə dəyişməmək
B) İsimləşə bilmək
C) Kəmiyyətə görə dəyişməmək
D) Hər üçünün də fellə yanaşı, ikinci bir nitq hissəsinin də xüsusiyyətlərini daşıması
Məsdər haqqında fikirlərdən biri düzgündür:
A) Felin qrammatik məna növləri üzrə dəyişə bilmir
B) Hallanmır
C) Zamana görə dəyişmir
D) Mənsubiyyətə görə dəyişmir
Məsdər ilə bağlı fikirlərdən biri səhvdir:
A) Məsdər şəxs şəkilçisi qəbul edərək cümlədə ismi xəbər olur
B) Məsdər cümlənin mübtədası, tamamlığı ola bilir
C) Məsdər şəxsə, kəmiyyətə, zamana görə dəyişmir
D) Fellər lüğətlərdə feli bağlama formasında olur
Məsdər feldən başqa hansı nitq hissəsinin xüsusiyyətlərini daşıyır?
A) ismin
B) sayın
C) zərfin
D) əvəzliyin
E) sifətin
Məsdər hansı cümlə üzvü vəzifəsində çıxış edə bilmir?
A) tamamlıq
B) xəbər
C) təyin
D) zərflik
E) mübtəda
Sözlərdən biri felin təsriflənməyən formasıdır?
A) deməkdir
B) söyləmədi
C) sarıma
D) görülsə
E) gələsidir
Sözlərdən biri felin təsriflənməyən formasıdır
A) gələsidir
B) sarıma
C) görülsə
D) deməkdir
E) söyləməli
Sözlərdən biri həm məsdər, həm de başqa nitq hissəsidir
A) qarlamaq
B) axmaq
C) barmaq
D) qarmaq
E) istək
Məsdər haqqındakı fərziyyə yanlışdır?
A) hərəkət bildirir
B) qoşmalarla işlənə bilir
C) isim kimi hallanır
D) təsdiqdə olur
E) təsirli və təsirsiz olmur
Məsdərin felə aid xüsusiyyətlərindən biri səhvdir.
A) Mənsubiyyətə görə dəyişir.
B) Felin təsriflənən formaları ilə eyni leksik mənanı bildirir.
C) Felin müxtəlif qrammatik məna növlərində olur.
D) Təsdiq və inkarda olur.
E) Təsirli və təsirsiz olur.
-maq, -meq şəkilçisinin ixtisarı bunlardan hansıdır?
A) Ma, me
B) Mali
C) Maq, mae
D) Ası
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top