Tapılan ümumi test sayı : 161

Fənn kurikulumuna aid deyil:
A) Məzmun xətləri
B) Fənn üzrə ümumi təlim nəticələri
C) Ümumi təhsilin məzmunu
D) Məzmun standartlarına verilən şərhlər
E) Şagird nailiyyətlərinin qiymətləndirilməsi
N.Əliverdibəyovun “Bayatı-Şiraz” akapella əsərinin xarakteri necədir?
A) Şən
B) Lirik
C) Qəmli
D) Təntənəli
E) Rəqsvari
Azərbaycanın milli qəhrəmanı Çingiz Mustafayevin xatirəsinə həsr olunmuş “Çingiz” simfoniyarekviyemini hansı bəstəkar bəstələmişdir?
A) R.Mustafayev
B) A.Məlikov
C) O.Rəcəbov
D) R.Mirişli
E) M.Mirzəyev
Xalq musiqisi necə yaranıb? 1. Xalq şeiri   a. Bəstəkar melodiyası 2. Aşıq şeiri   b. Xalq melodiyası 3. Şair şeiri    c. Aşıq melodiyası
A) 2-a
B) 3-c
C) 1-b
D) 3-b
E) 1-a
“Muğam” təsviri incəsənət əsərinin müəllifi hansı rəssamdr?
A) Tahir Salahov
B) Alim Qasımov
C) Səttar Bəhlulzadə
D) Əzim Əzimzadə
E) Toğrul Nərimanbəyov
Vokal muğamları kim ifa edir?
A) Xanəndə
B) Vokalçı
C) Bəstəkar
D) Müğənni
E) Aşıq
Modernizm janrı neçənci əsrdə yaranıb ?
A) 16-17
B) 15-16
C) 18-19
D) 17-18
E) 19-20
“Qar qız” operasını kim bəstələyib?
A) N.Rimski-Korsakov
B) D.Şostakoviç
C) A.S.Puşkin
D) P.İ.Çaykovski
E) M.İ.Qlinka
F.Əmirov hansı kinofilmə musiqi bəstələyib ?
A) «Sehrli xalat»
B) «Ulduz»
C) «Görüş»
D) «Qaynana»
E) «İnsan məskən salır»
Q.Qarayev hansı illər arasında yaşayıb ?
A) 1922-1984
B) 1885-1937
C) 1907-1983
D) 1918-1982
E) 1885-1948
Amerikan neqrlərinin xalq mahnısı necə adlanır?
A) Spiriçuels
B) Süita
C) Blyuz
D) Reqtaym
E) Opera
“Sevil” operasından Sevilin ariyasında hansı azərbaycan xalq mahnısından istifadə olunub ?
A) “Qalanın dibində bir quş olaydım”
B) “Onu demə zalım yar”
C) “Bülbüllər oxur”
D) “Səndən mənə yar olmaz”
E) “Sarı gəlin”
İtalyan bəstəkarı Cüzeppe Verdinin Riqoletto operasındakı əsas obrazları seç : 1. Manriko 2. Kerubino 3. Riqoletto 4. Aida 5. Cilda 6. Hersoq Mantuanski
A) 1, 2, 3
B) 2, 3, 4
C) 3, 5, 6
D) 3, 4, 5
E) 1, 3, 6
Üçlükdə oxunulan musiqi :
A) Duet
B) Kvartet
C) Kvintet
D) Solo
E) Trio
Frederik Şopenin sevimli aləti :
A) Skripka
B) Fortepiano
C) Alt
D) Tuba
E) Qusli
İnstrumental musiqi janrını seçin :
A) Simfoniya, sonata, konsert
B) Romans, mahnı, kantata
C) Oratoriya, kantata, motet
D) Vokaliz, kanon, xor
E) Opera, balet, kantata
Bu bəstəkarlardan hansını “Valslar kralı” adlandırmışlar ?
A) Qara Qarayev
B) N.Rimski-Korsakov
C) M.İ.Qlinka
D) İohann Ştraus
E) Ferens List
Leqato nə deməkdir ?
A) Musiqili səhnə əsəridir.
B) Notların əlaqəli ifası
C) Səslərin qırıq-qırıq ifası
D) Notları birləşdirən qövs şəkilli işarə
E) Kollektiv yürüşü müşayiət etmək üçün musiqi əsəri
Hansı dünya bəstəkarının yaradıcılığında azərbaycan xalq musiqisindən istifadə edilib?
A) C.Verdi
B) İ.S.Bax
C) V.A.Motsart
D) C.Rossini
E) L.V.Bethoven
Kantata nədir ?
A) Çoxhissəli təntənə xarakterli vokal simfonik əsər
B) Böyük musiqi-vokal əsərinin yazılı mətni
C) Vokal instrumental musiqili dram əsəri
D) Simfonik orkestrin müşayiəti ilə ifa edilən vokal rəqs səhnələrindən və danışıq epizodlarından ibarət komediya məzmunlu musiqili səhnə əsəri
E) Musiqili xoreoqrafik tamaşa
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top