Tapılan ümumi test sayı : 161

Vokal musiqi – …. ifa olunan musiqi
A) Səs və alətlə
B) Səslə
C) Dinlənilir
D) Səssiz
E) Alətlə
Liqa nə deməkdir ?
A) Kollektiv yürüşü müşayiət etmək üçün musiqi əsəri
B) Notları birləşdirən qövs şəkilli işarə
C) Səslərin qırıq-qırıq ifası
D) Musiqili səhnə əsəridir.
E) Notların əlaqəli ifası
“Eqmont” bədii əsərini hansı şair yazıb ?
A) Sviridov
B) Şekspir
C) Çaykovski
D) Höte
E) Bethoven
Bunlardan hansı xalq mahnısı deyil ?
A) “Şuşanın dağları”
B) “Güləbatın”
C) “Onu demə zalım yar”
D) “Küçələrə su səpmişəm”
E) “Laçın”
İtalyan bəstəkarı Cüzeppe Verdinin “Aida” operası ilk dəfə harada tamaşaya qoyulub?
A) Vyanada
B) Parisdə
C) Qahirədə
D) Milanda
E) Romada
Bu muğamların hansının əsasında Nazim Əliverdibəyov xor əsəri yazıb?
A) “Bayatı-Şiraz”
B) “Şüştər”
C) “Rast”
D) “Qarabağ şikəstəsi”
E) “Hümayun”
Hansı rus bəstəkarı “Qüdrətli dəstə”yə daxil deyildi?
A) U.A.Balakirev
B) N.A.Rimski-Korsakov
C) A.R.Borodin
D) P.İ.Çaykovskiy
E) M.P.Musorqskiy
“Kürd Ovşarı” simfonik muğamını hansı bəstəkar bəstələyib?
A) Hacı Xanməmmədov
B) Niyazi
C) Səid Rüstəmov
D) Fikrət Əmirov
E) Qara Qarayev
Niyazinin bəstələdiyi “Çitra” baleti kimin əsəri əsasında yazılıb?
A) Rabendranat Taqor
B) Vilyam Şekspir
C) Piter Abrahams
D) Nizami Gəncəvi
E) Molyer
Azərbaycanda ilk simfoniyanın müəllifi kimdir?
A) Fikrət Əmirov
B) Niyazi
C) Soltan Hacıbəyov
D) Nazim Əliverdibəyov
E) Qara Qarayev
F. Şubertin əsərini seçin:
A) “Per Günt”
B) “Fidelio”
C) “Aleksandr Nevski”
D) “Sehrli fleyta”
E) “Gözəl dəyirmançı qız”
Corc Qerşvinin əsəsrini seçin:
A) “Məhəbbət əfsanəsi”
B) “Kola Bryunyon”
C) “Porgi və Bess”
D) “İki ürəyin poeması”
E) “İldırımlı yollarla”
Muğamda rəng nəyə deyilir?
A) Dəsgah şöbələri arasında keçid üçün istifadə edilən mahnı
B) Muğamın mayesi
C) Muğamın girişi
D) Muğam şöbələri arasında ifa olunan instrumental pyes
E) Muğamın əvvəlində səslənən instrumental mahnı
Biri musiqi kollektivi deyil :
A) ansambl
B) opera
C) orkestr
D) kvartet
E) xor
Simfonik orkestrə daxil olan alətləri seçin:
A) baraban, nağara, tam-tam, dəf
B) skripka, alt, arta, faqot
C) üçbucaq, ksilofon, saksafon, tar
D) kamança, tar, saz, balaban, ud
E) klarnet, balalayka, qarmon, tuba
Oktava nə deməkdir ?
A) Yuxarı və aşağı istiqamətdə səslərin ardıcıl düzülüşü
B) Musiqi aləti
C) Mülayim ifa
D) Bir neçə səsin birlikdə səslənməsi
E) Musiqinin ifadə vasitəsi
Hansı nəfəs alətidir?
A) royal
B) qoboy
C) skripka
D) kantata
E) qusli
Hansı operettanın müəllifi S. Rüstəmovdur?
A) “Arşın mal alan”
B) “Ər və arvad”
C) “5 manatlıq gəlin”
D) “O olmasın, bu olsun”
E) “Çılğın qaskoniyalı”
Zınqırov səsini fortepianonun hansı oktavasında səsləndirmək olar? 1. Subkontr oktava    5. 2-ci oktava 2. Böyük oktava    6. 3-cü oktava 3. 1 –ci oktava    7. Kontr oktava 4. Kiçik oktava    8. 4-cü oktava
A) 1,6,7
B) 3,4,5
C) 6,5,8
D) 1,3,5
E) 5,6,7
P.İ.Çaykovskinin bəstələdiyi opera hansıdır?
A) “İvan Susanin”
B) “Aida”
C) “Çereviçki”
D) “İvan Qroznıy”
E) “Qar qız”
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top