Tapılan ümumi test sayı : 161

Ritm nəyə deyilir?
A) Müəyyən zaman daxilində müxtəlif uzunluqlu səslərin ardıcıl olaraq əvəzlənməsi
B) Səs diapazonunun eyni tembrdə olan bir hissəsidir.
C) Səsin rəngi
D) Musiqi əsərinin ifa sürəti
E) Musiqidə səsin gücünü tədricən artırma
Nağıl mövzusunda ən çox əsər yazan rus bəstəkarı kimdir?
A) P.İ.Çaykovski
B) M.İ.Qlinka
C) N.Rimski-Korsakov
D) D.D.Şostakoviç
E) S.S.Prokofyev
“Yallı” rəqsini hansı bayramda ifa edirik?
A) Qurban bayramında
B) Ramazan bayramında
C) Novruz bayramında
D) Yeni il bayramında
E) 8 mart
Müşaiyətsiz oxuma zamanı müəllim nə etməlidir?
A) nəfəsalmaya diqqət yetirməlidir
B) ritmə nəzarət etməlidir
C) ölçüyə uyğun drijorluq etməlidir
D) xorla birgə oxumalıdır
E) ritmə görə oxumamalıdır
Azərbaycanda caz-muğamın banisi kimdir?
A) Tofiq Quliyev
B) Asəf Zeynallı
C) Rafiq Babayev
D) Cavan Zeynallı
E) Vaqif Mustafazadə
Oktavalardan orta registirə aiddir:
A) böyük, ikinci, kontroktava
B) kiçik, birinci, ikinci
C) birinci, ikinci, üçüncü
D) kontroktava, böyük, kiçik
E) böyük, kiçik, birinci
Hansı Cuzeppe Verdinin əsəri deyil?
A) “Yevgeniy Onegin”
B) “Aida”
C) “Traviata”
D) “Trubadur”
E) “Riqoletto”
Sadə intervallara aiddir:
A) prima, desma, nona
B) oktava, prima, duodesima
C) prima, desima, kvinta
D) nona, kvarta, septima
E) tersiya, sekunda, septima
Ən kiçik interval necə adlanır?
A) trio
B) prima
C) kvаrta
D) orkestr
E) septima
“Sürəyya” mahnısının müəllifi kimdir?
A) Əfsər Cavanşirov
B) Süleyman Ələsgərov
C) Ramiz Mirişli
D) Səid Rüstəmov
E) Tofiq Quliyev
Simfonik orkestrdə hansı alətlər qrupu əsas aparıcı rol oynayır?
A) Simli-kamanlı
B) Dirijor
C) Zərb
D) Nəfəs
E) Pilləli
İlk azərbaycan qadın opera ifaçısı kim olub?
A) Zeynəb Xanlarova
B) Nəzakət Teymurova
C) Rübabə Muradova
D) Şövkət Ələkbərova
E) Şövkət Məmmədova
T.Quliyev hansı kinofilmə musiqi bəstələyib?
A) “Görüş”
B) “Sehrli xalat”
C) “Ulduz”
D) “Qaynana”
E) “Bir qalanın sirri”
Caz musiqisində ən populyar musiqi alətlərini seçin: 1. Saksafon 2.Royal 3. Skripka 4. Trombon 5. Gitara 6.Fleyta 7.Tar 8. Arfa
A) 1, 3, 5, 7
B) 1, 2, 4, 5
C) 3, 6, 7, 8
D) 2, 4, 6, 8
E) 1, 4, 7, 8
“Arazbarı” instrumental əsərini hansı bəstəkar işləmişdir?
A) Hacı Xanməmmədov
B) Üzeyir Hacıbəyov
C) Süleyman Ələsgərov
D) Qurban Pirimov
E) Səid Rüstəmov
Kimlərə ustad aşıqlar deyirlər?
A) Ancaq muğamları oxuyana
B) Mahnı yaradan, oxuyan, çalan, rəqs edən
C) Saz çalan, oxuyan və rəqs edən aşığa
D) Şeir qoşmağı bacaran aşığa
E) Ən böyük saz və söz bilicisinə, şeir, dastan qoşan, oxuyan və rəqs edən aşığa
“Operetta” nədir ?
A) Vokal instrumental musiqili dram əsəri
B) Böyük musiqi-vokal əsərinin yazılı mətni
C) Musiqili –xoreoqrafik tamaşa
D) Çox hissəli, təntənə xarakterli vokal simfonik əsər
E) Simfonik orkestrin müşayiəti ilə ifa edilən vokal rəqs səhnələrindən və danışıq epizodlarından ibarət komediya məzmunlu musiqili səhnə əsəri
İlk rus operasını kim bəstələyib və bu hansı operadır?
A) M.İ.Qlinka “ Ruslan və Lyudmila”
B) P.İ.Çaykovski “ Qu quşu gölü”
C) M.İ.Qlinka “İvan Susanin”
D) R.M. Qliyer “Şah Sənəm”
E) P.İ.Çaykovski “Yevgeniy Onegin”
Səslə müşaiyət olunan musiqi adlanır :
A) Vokal
B) Rəqs
C) Marş
D) Instrumental
E) Musiqi obrazı
Dahi dünyaşöhrətli müğənnilər :
A) İ.Susanin, A.Nejdanova, B.Rudenko
B) A.Qasımov, E.Karuzo, İ. Stravinski
C) A.Varlamov, M.Qlinka, S.Raxmaninov
D) J.Biçevskaya, V.A.Mosart, P.İ Çaykovski
E) F.Şalyapin, E.Karuzo, L.Pavarotti
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top