Tapılan ümumi test sayı : 56

“ Nənəm olmuş bir əhvalatı xatırlayıb danışır, biz isə diqqətlə onu dinləyirdik .” - cümləsində tabesiz mürəkkəb cümlənin hansı məna əlaqəsi var?
A) Aydınlaşdırma
B) Bölüşdürmə
C) Qarşılaşdırma
D) Zaman
Tabesiz mürəkkəb cümlənin hansı məna əlaqəsində sadə cümlədəki iş, hal, hərəkət bir – birinin ardınca baş verir?
A) Zaman
B) Səbəb və nəticə
C) Ardıcıllıq
D) Bölüşdürmə
Biri tabesiz mürəkkəb cümlə deyil:
A) Bahar gəldimi, təbiət yaşıl dona bürünür
B) Qapı döyüldü, mən qapını açmağa getdim
C) Yağış yağdı, camaat dağılışdı
D) Gah gün çıxdı, gah da yağış yağdı
“ Harada birlik var, orada dirilik var ” tabeli mürəkkəb cümləsində budaq cümlənin növünü tapın:
A) Xəbər budaq cümləsi
B) Yer budaq cümləsi
C) Təyin budaq cümləsi
D) Şərt budaq cümləsi
Biri tabeli mürəkkəb cümlə deyil:
A) Mənə dedilər ki, toplantı olmayacaq
B) Xörək dadlı deyildi, duzu az idi
C) Məqsədim odur ki, hadisələrin belə cərəyanına yol verilməsin
D) Anası gəlsə, mənə xəbər verin
Bu budaq cümlələrin hansında budaq cümlə həmişə baş cümlədən əvvəl gəlir?
A) Məqsəd budaq cümləsi
B) Kəmiyyət budaq cümləsi
C) Səbəb budaq cümləsi
D) Təyin budaq cümləsi
"Aydın oldu ki, qrupun yarıdan çoxu əlaçıdır". Bu cümlə nə budaq cümləsidir?
A) təyin budaq cümləsi
B) xəbər budaq cümləsi
C) tamamlıq budaq cümləsi
D) zərflik budaq cümləsi
E) mübtəda budaq cümləsi
Madam ki; bir halda ki; əgər; -sa, -sə hansı budaq cümlənin tərkibində işlənir?
A) Yer budaq cümləsinin
B) Təyin budaq cümləsinin
C) Mübtəda budaq cümləsinin
D) Şərt budaq cümləsinin
E) Qarşılaşdırma budaq cümləsinin
Cümlənin növünü tapın. "Hərçənd hamı gəlmişdi, amma iclas başlamırdı".
A) Tabesiz, qarşılaşdırma əlaqəsi
B) Qarşılaşdırma budaq cümləsi
C) Tərzi-hərəkət budaq cümləsi
D) Xəbər budaq cümləsi
Tamamlıq budaq cümləsini göstərin.
A) Dərsi kim öyrənibsə, o danışsın
B) O zaman ki qarlı dağlar örtünərdi dumana
C) Dost o adamdır ki, pis gündə dostun əlindən tuta
D) Dədəm deyər ki, paltarı tər çürüdər, ürəyi söz
"Fit çalındı, hamı vaqonlara doluşdu". Bu cümlə aşağıdakı məna əlaqələrindən hansına aiddir?
A) zaman
B) ardıcıllıq
C) səbəb-nəticə
D) aydınlaşdırma
"Hər şey dəyişdi, lakin ana ürəyinin bir arzusu dəyişmədi" tabesiz mürəkkəb cümləsi hansı məna əlaqəsinə aiddir?
A) zaman
B) aydınlaşdırma
C) səbəb-nəticə
D) qarşılaşdırma
E) ardıcıllıq
Xitab haqqındakı fikirlərdən biri səhvdir:
A) Cümlədə müraciət olunanı bildirən sözlərə deyilir
B) Çox vaxt xəbərlə uzlaşma əlaqəsinə girir
C) Həm sözlərlə, həm də söz birləşmələri ilə ifadə olunur
D) Mübtəda kimi ismin adlıq halında olur
Cümlədə müraciət olunanı bildirən sözlərə deyilir:
A) əlavə
B) söz – cümlə
C) xitab
D) ara sözlər
Qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözləri seçin:
1)ara sözlər
2) əlavələr
3) həmcins üzvlər
4) xitab
A) 2,3
B) 3,4
C) 1,3
D) 1,4
“ Gözəl qız, hara yollanırsan? ” nümunəsində işlənmişdir:
A) əlavə
B) zərf
C) ara söz
D) xitab
Cümlələrdən birində xitab işlənməmişdir:
A) Oxu, bülbülüm, oxu!
B) Cəmilə, ali məktəbə qəbul oldunmu?
C) Şübhəsiz, nə vaxtsa mən onunla qarşılaşacağam
D) Vətən, sənin çiçəyinə, daşına qurban!
Xitab haqqında deyilənlərdən biri səhvdir:
A) Xitab xüsusi intonasiya ilə cümlə üzvlərindən ayrılır
B) Xitablar həm adlıq, həm də qeyri – müəyyənlik bildirən hallarda da ola bilər
C) Müraciət olunan şəxsi bildirir
D) Xitablar sadə və mürəkkəb olur
Xitablara aid fikirlərdən yalnız biri doğrudur:
A) Xitablar quruluşca yalnız sadə olur
B) İsimləşmiş sifətlər xitab ola bilməz
C) I növ təyini söz birləşmələrindən ibarət olan xitablar mürəkkəb xitablardır
D) Xitablar xəbərlə uzlaşma əlaqəsində olur
“ Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!” cümləsindəki xitab nə ilə ifadə olunub?
A) Feli sifət tərkibi ilə
B) II növ təyini söz birləşməsi
C) III növ təyini söz birləşməsi
D) I növ təyini söz birləşməsi
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top