Tapılan ümumi test sayı : 56

Mübtəda ismin hansı halında olur?
A) adlıq
B) təsirlik
C) yiyəlik
D) yerlik
E) yönlük
Biri zərfliyin sualı deyil:
A) nə məqsədlə?
B) harada?
C) nə üçündür?
D) necə?
E) nə qədər?
Biri təyini söz birləşməsi deyil:
A) Paltar astarı
B) Gözlərdə kədər
C) Gözəl səhər
D) Gülün ətri
Biri ismi birləşmə deyil:
A) Onun oxuması
B) Müəllimin dedikləri
C) Çoxluğun səsi
D) Beyni dumanlı
Biri söz birləşməsi deyil:
A) Kömək edəndə
B) Başqa adamlar
C) Sudan yüngül
D) Sənət əsəri
İsmi birləşmələrdən biri təyini söz birləşmələrinə aid deyil:
A) Səndən xəbərsiz
B) Daş kitabə
C) Corab sapı
D) Oxucu rəyi
Cümlələrdən birində yalnız uzlaşma və idarə əlaqəsi var:
A) Bu gün onu görməlisən
B) Evin damına çıxmışdıq
C) Məktəb müqəddəs elm ocağıdır
D) Şəhərimiz çox qədimdir
Hansı II növ təyini söz birləşməsidir?
A) mənim anam
B) birincilər birincisi
C) mehriban müəllimimiz
D) bizim sinif
I növ təyini söz birləşmələrindən hansı quruluşca sadədir?
A) dərs oxuyan uşaq
B) dünəndən yatmış körpə
C) maraqlı bir həyat
D) təzə açılmış gül
Birinci növ təyini söz birləşmələrindən hansılar sintaktik təhlil zamanı birlikdə bir cümlə üzvü olur?
A) qədim dövr, gözəl bir qız
B) maraqlı kitab, yeni il
C) dəmir qapı, xeyli insan
D) bu saat, hər gün
Hansı say (-cı, -ci, -cu, -cü)şəkilçisi qəbul etmədən də sıra bildirir?
A) 4, 5
B) 20-30
C) 50-60
D) 15
E) x
Bunlardan hansı feli birləşmədir: mənim oxumağım, tələbənin oxuyanı, mənim oxuduğum
A) mənim oxumağım
B) mənim oxuduğum
C) hamısı
D) tələbənin oxuyanı
"İçəri daxil olmuş tələbə sözə başladı"-cümləsində feli birləşmə tərkiblərindən hansı işlənib və hansı cümlə üzvü rolunda çıxış edib?
A) feli sifət tərkibi, təyin
B) feli sifət tərkibi, mübtəda
C) feli bağlama tərkibi, xəbər
D) məsdər tərkibi, tamamlıq
Qocaya hörmət bizim borcumuzdur-cümləsindəki qeyri-təyini ismi birləşmə hansı cümlə üzvüdür?
A) zərflik
B) mübtəda
C) təyin
D) tamamlıq
E) xəbər
Bu birləşmələrdən hansı "isim+ isim" sxeminə uyğundur?
A) beş kitab
B) uca dağ
C) həmin adam
D) gələcək gün
E) yun parça
"Şəhərin hündür mərtəbəli binaları göz oxşayırdı"-cümləsindəki III növ təyini söz birləşməsinin sintaktik funksiyası nədir?
A) təyin
B) xəbər
C) mübtəda
D) zərflik
E) tamamlıq
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top