Tapılan ümumi test sayı : 56

“ Nənəm olmuş bir əhvalatı xatırlayıb danışır, biz isə diqqətlə onu dinləyirdik .” - cümləsində tabesiz mürəkkəb cümlənin hansı məna əlaqəsi var?
A) Bölüşdürmə
B) Aydınlaşdırma
C) Zaman
D) Qarşılaşdırma
Tabesiz mürəkkəb cümlənin hansı məna əlaqəsində sadə cümlədəki iş, hal, hərəkət bir – birinin ardınca baş verir?
A) Səbəb və nəticə
B) Ardıcıllıq
C) Zaman
D) Bölüşdürmə
Biri tabesiz mürəkkəb cümlə deyil:
A) Bahar gəldimi, təbiət yaşıl dona bürünür
B) Qapı döyüldü, mən qapını açmağa getdim
C) Gah gün çıxdı, gah da yağış yağdı
D) Yağış yağdı, camaat dağılışdı
“ Harada birlik var, orada dirilik var ” tabeli mürəkkəb cümləsində budaq cümlənin növünü tapın:
A) Şərt budaq cümləsi
B) Xəbər budaq cümləsi
C) Yer budaq cümləsi
D) Təyin budaq cümləsi
Biri tabeli mürəkkəb cümlə deyil:
A) Xörək dadlı deyildi, duzu az idi
B) Anası gəlsə, mənə xəbər verin
C) Mənə dedilər ki, toplantı olmayacaq
D) Məqsədim odur ki, hadisələrin belə cərəyanına yol verilməsin
Bu budaq cümlələrin hansında budaq cümlə həmişə baş cümlədən əvvəl gəlir?
A) Təyin budaq cümləsi
B) Kəmiyyət budaq cümləsi
C) Səbəb budaq cümləsi
D) Məqsəd budaq cümləsi
"Aydın oldu ki, qrupun yarıdan çoxu əlaçıdır". Bu cümlə nə budaq cümləsidir?
A) mübtəda budaq cümləsi
B) tamamlıq budaq cümləsi
C) xəbər budaq cümləsi
D) zərflik budaq cümləsi
E) təyin budaq cümləsi
Madam ki; bir halda ki; əgər; -sa, -sə hansı budaq cümlənin tərkibində işlənir?
A) Təyin budaq cümləsinin
B) Yer budaq cümləsinin
C) Şərt budaq cümləsinin
D) Mübtəda budaq cümləsinin
E) Qarşılaşdırma budaq cümləsinin
Cümlənin növünü tapın. "Hərçənd hamı gəlmişdi, amma iclas başlamırdı".
A) Qarşılaşdırma budaq cümləsi
B) Xəbər budaq cümləsi
C) Tərzi-hərəkət budaq cümləsi
D) Tabesiz, qarşılaşdırma əlaqəsi
Tamamlıq budaq cümləsini göstərin.
A) Dost o adamdır ki, pis gündə dostun əlindən tuta
B) Dədəm deyər ki, paltarı tər çürüdər, ürəyi söz
C) Dərsi kim öyrənibsə, o danışsın
D) O zaman ki qarlı dağlar örtünərdi dumana
"Fit çalındı, hamı vaqonlara doluşdu". Bu cümlə aşağıdakı məna əlaqələrindən hansına aiddir?
A) səbəb-nəticə
B) aydınlaşdırma
C) ardıcıllıq
D) zaman
"Hər şey dəyişdi, lakin ana ürəyinin bir arzusu dəyişmədi" tabesiz mürəkkəb cümləsi hansı məna əlaqəsinə aiddir?
A) ardıcıllıq
B) zaman
C) səbəb-nəticə
D) qarşılaşdırma
E) aydınlaşdırma
Xitab haqqındakı fikirlərdən biri səhvdir:
A) Cümlədə müraciət olunanı bildirən sözlərə deyilir
B) Çox vaxt xəbərlə uzlaşma əlaqəsinə girir
C) Mübtəda kimi ismin adlıq halında olur
D) Həm sözlərlə, həm də söz birləşmələri ilə ifadə olunur
Cümlədə müraciət olunanı bildirən sözlərə deyilir:
A) ara sözlər
B) əlavə
C) söz – cümlə
D) xitab
Qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözləri seçin:
1)ara sözlər
2) əlavələr
3) həmcins üzvlər
4) xitab
A) 2,3
B) 1,3
C) 3,4
D) 1,4
“ Gözəl qız, hara yollanırsan? ” nümunəsində işlənmişdir:
A) xitab
B) zərf
C) əlavə
D) ara söz
Cümlələrdən birində xitab işlənməmişdir:
A) Cəmilə, ali məktəbə qəbul oldunmu?
B) Oxu, bülbülüm, oxu!
C) Şübhəsiz, nə vaxtsa mən onunla qarşılaşacağam
D) Vətən, sənin çiçəyinə, daşına qurban!
Xitab haqqında deyilənlərdən biri səhvdir:
A) Xitablar sadə və mürəkkəb olur
B) Xitablar həm adlıq, həm də qeyri – müəyyənlik bildirən hallarda da ola bilər
C) Müraciət olunan şəxsi bildirir
D) Xitab xüsusi intonasiya ilə cümlə üzvlərindən ayrılır
Xitablara aid fikirlərdən yalnız biri doğrudur:
A) Xitablar quruluşca yalnız sadə olur
B) İsimləşmiş sifətlər xitab ola bilməz
C) Xitablar xəbərlə uzlaşma əlaqəsində olur
D) I növ təyini söz birləşmələrindən ibarət olan xitablar mürəkkəb xitablardır
“ Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!” cümləsindəki xitab nə ilə ifadə olunub?
A) II növ təyini söz birləşməsi
B) Feli sifət tərkibi ilə
C) III növ təyini söz birləşməsi
D) I növ təyini söz birləşməsi
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top