Tapılan ümumi test sayı : 56

"Qaranlıq gecədə səni gözləyib,                                 Durmaqdan yoruldum ey dan ulduzu                                          Uzaq üfüqlərə göz gəzdirməkdən                                         Az qala kor oldum ey dan ulduzu"                                         Şeirdə buraxılmış durğu işarələrini müəyyənləşdirin.
A) 2 vergül, 2 nida
B) 2 vergül, 2 nöqtə
C) 2 vergül, 1 nöqtə, 1 nida
D) 1 vergül, 2 nöqtə
Hansı cümlədə xitab işlənməmişdir?
A) Sənə soyuqdurmu, a nurlu Ayım?
B) Heydərbaba, ildırımlar çaxanda
C) Nə gözəl yaraşır Muğana ceyran
D) Təbiət gələcək cana, bənövşə!
Özgədən heç zaman gözləmə kömək,                              Quru budaq kölgə salmaz, ey ürək. (N.Gəncəvi)                  Xitab nə ilə ifadə olunub?
A) Burada xitab yoxdur
B) Digər canlı varlıqla
C) Cansız varlıqla
D) İnsan adı bildirən isimlə
Cümlələrin hansında vurğu Ramin sözünün ilk hecasına düşür?
A) Ramin, gəl
B) Ramin gəldi.
C) Ramin məktəbdən gələcək.
D) Ay Ramin, niyə gəlmədin?
Vasitəsiz nitq nə vaxt dırnaq işarəsi olmadan yazılır:
A) Müəllifin sözlərindən sonra gəldikdə
B) Müəllifin sözlərindən əvvəl gəldikdə
C) Müəllif nitqi ilə vasitəsiz nitq ardıcıl növbələşdikdə
D) Dialoqun tərkib hissəsi olduqda
Başqasının nitqi olduğu kimi, dəyişiklik edilmədən verilərsə, bu adlanır:
A) söz – cümlələr
B) vasitəsiz nitq
C) əlavə
D) ara söz
“ Qızım, nə oxuyursan? ” - deyə ana soruşdu - cümləsinin sxemini göstərin:
A) “ V ? ” – m
B) “ V ”? – m
C) “ V ” – m
D) M: “ V? ”.
Vasitəsiz nitq vasitəlinin sintaktik qəlibində hansı bağlayıcı ilə ifadə olunur?
A) Ki
B) Çünki
C) İlə
D)
Başqasının fikrinin ümumi məzmunu saxlanır, ancaq onun sözlərindən sərbəst şəkildə istifadə olunursa, bu nə adlanır?
A) Vasitəli nitq
B) Vasitəsiz nitq
C) ara söz
D) Söz – cümlə
Başqasının nitqi hansı üsullarla verilir?
A) tabeli, tabesiz
B) vasitəli, vasitəsiz
C) sadə, mürəkkəb
D) sintaktik, fonetik
E) leksik, fonetik
Hansı sxem vasitəsiz nitqə uyğun deyil?
A) M:"V", -m
B) M:"v"
C) "V", -m
D) M:"v"?
E) M:m:"v"
Hansı cümlə vasitəsiz nitqə aid nümunədir?
A) Sən dedin, biz də eşitdik
B) Mən bilirdim ki, siz gələcəksiniz
C) Oğlan ona görə soruşdu ki, məlumatsız idi
D) "Saat neçədir?"- deyə soruşdum
Vasitəsiz nitq vasitəli nitqə çevriləndə hansı durğu işarələri atılır?
A) tire və qoşa nöqtə
B) yalnız tire
C) sual və qoşa nöqtə
D) bütün durğu işarələri
E) qoşa nöqtə, tire və dırnaqlar
Hansı sxem vasitəsiz nitqə uyğundur?
A) "v"m
B) M:"V!"-m
C) m, -V
D) "V: m"e
E) M:V:m
Verilən cümlələrin birində mübtəda məsdərlə ifadə olunmuşdur:
A) Yarışanlar mükafat aldılar
B) Qocalar kövrəldilər
C) Yolçular yola düzəldilər
D) Yaşamaq gözəldir
İsmi xəbərli cümlə hansıdır?
A) Dost dar gündə tanınar
B) Qorxudan dizləri əsirdi
C) Fuad bütün gecəni oyaq qalmışdı
D) Bu idmançılar yarışda birincilik qazananlardır
Feli sifətlə ifadə olunan tamamlığı göstərin:
A) Konfransda iştirak edənlərdən müsahibə aldım
B) Yaşamağı bacarmaq lazımdır
C) Oxuyan haqqında məqalə yazdılar
D) Vüqarı çox istəyirəm
“ Aşağı yol çox narahat idi ” nümunəsində hansı cümlə üzvü işlənmişdir?
A) Xəbər
B) Təyin
C) Tamamlıq
D) Mübtəda
Aşağıdakı zərfliklərdən biri zərflərlə ifadə oluna bilmir:
A) Zaman zərfliyi
B) Məqsəd zərfliyi
C) Yer zərfliyi
D) Kəmiyyət zərfliyi
Biri tamamlığın sualı deyil:
A) nə ilə?
B) kimin?
C) nəyə?
D) kimdən?
E) nə?
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top