Tapılan ümumi test sayı : 56

Mübtəda ismin hansı halında olur?
A) yiyəlik
B) yerlik
C) təsirlik
D) adlıq
E) yönlük
Biri zərfliyin sualı deyil:
A) harada?
B) nə qədər?
C) nə məqsədlə?
D) nə üçündür?
E) necə?
Biri təyini söz birləşməsi deyil:
A) Gülün ətri
B) Gözəl səhər
C) Gözlərdə kədər
D) Paltar astarı
Biri ismi birləşmə deyil:
A) Onun oxuması
B) Müəllimin dedikləri
C) Çoxluğun səsi
D) Beyni dumanlı
Biri söz birləşməsi deyil:
A) Kömək edəndə
B) Başqa adamlar
C) Sudan yüngül
D) Sənət əsəri
İsmi birləşmələrdən biri təyini söz birləşmələrinə aid deyil:
A) Daş kitabə
B) Corab sapı
C) Səndən xəbərsiz
D) Oxucu rəyi
Cümlələrdən birində yalnız uzlaşma və idarə əlaqəsi var:
A) Şəhərimiz çox qədimdir
B) Məktəb müqəddəs elm ocağıdır
C) Bu gün onu görməlisən
D) Evin damına çıxmışdıq
Hansı II növ təyini söz birləşməsidir?
A) mehriban müəllimimiz
B) mənim anam
C) bizim sinif
D) birincilər birincisi
I növ təyini söz birləşmələrindən hansı quruluşca sadədir?
A) dünəndən yatmış körpə
B) dərs oxuyan uşaq
C) təzə açılmış gül
D) maraqlı bir həyat
Birinci növ təyini söz birləşmələrindən hansılar sintaktik təhlil zamanı birlikdə bir cümlə üzvü olur?
A) maraqlı kitab, yeni il
B) qədim dövr, gözəl bir qız
C) dəmir qapı, xeyli insan
D) bu saat, hər gün
Hansı say (-cı, -ci, -cu, -cü)şəkilçisi qəbul etmədən də sıra bildirir?
A) 20-30
B) 50-60
C) 4, 5
D) 15
E) x
Bunlardan hansı feli birləşmədir: mənim oxumağım, tələbənin oxuyanı, mənim oxuduğum
A) mənim oxuduğum
B) tələbənin oxuyanı
C) hamısı
D) mənim oxumağım
"İçəri daxil olmuş tələbə sözə başladı"-cümləsində feli birləşmə tərkiblərindən hansı işlənib və hansı cümlə üzvü rolunda çıxış edib?
A) feli bağlama tərkibi, xəbər
B) məsdər tərkibi, tamamlıq
C) feli sifət tərkibi, mübtəda
D) feli sifət tərkibi, təyin
Qocaya hörmət bizim borcumuzdur-cümləsindəki qeyri-təyini ismi birləşmə hansı cümlə üzvüdür?
A) mübtəda
B) zərflik
C) təyin
D) tamamlıq
E) xəbər
Bu birləşmələrdən hansı "isim+ isim" sxeminə uyğundur?
A) uca dağ
B) həmin adam
C) beş kitab
D) yun parça
E) gələcək gün
"Şəhərin hündür mərtəbəli binaları göz oxşayırdı"-cümləsindəki III növ təyini söz birləşməsinin sintaktik funksiyası nədir?
A) zərflik
B) təyin
C) xəbər
D) tamamlıq
E) mübtəda
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top