Tapılan ümumi test sayı : 65

Neçə? Nə qədər? Neçənci? sualları hansı nitq hissəsinin suallarıdır?
A) Zərfin
B) Sayın
C) İsmin
D) Sifətin
Verilənlərdən biri əsas nitq hissələrinə aid deyil:
A) Fel
B) Ədat
C) Sifət
D) İsim
Nitq hissələri haqqında verilmiş fikirlərdən hansı səhvdir?
A) Nitq hissələri iki hissəyə bölünür
B) Bütün nitq hissələri suala cavab verir
C) Sözlər danışıqları qrammatik xüsusiyyətlərinə görə nitq hissələrini əmələ gətirir
D) Nitq hissələrini dilçiliyin morfologiya şöbəsində öyrənirlər
Nitq hissələri diliçiliyin hansı şöbəsində öyrənilir?
A) Leksikologiya
B) Fonetika
C) Morfologiya
D) Sintaksis
Nitq hissələri və onların dəyişilməsi qaydalarını öyrənən dilçilik şöbəsi adlanır:
A) Sintaksis
B) Morfologiya
C) Orfoqrafiya
D) Leksikologiya
Verilənlərdən biri köməkçi nitq hissəsinə aid deyil:
A) Ədat
B) Qoşma
C) Bağlayıcı
D) Fel
Hansı nitq hissəsi deyil?
A) Qoşma
B) Leksika
C) Ədat
D) Sifət
E) İsim
Köməkçi nitq hissəsi hansılardır?
A) Modal sözlər
B) Qoşma, bağlayıcı, ədat, modal sözlər, nida
C) Nida
D) Bağlayıcı
E) Ədat
Aşağıdakı sözlərdən biri isim deyil:
A) qara
B) bal
C) dəmir
D) qızıl
E) bürünc
Aşağıdakılardan hansılar ismin sualı deyil?
A) kim? nə?
B) kim? hara?
C) kim? nə? necə?
D) nə? hara?
E) kim? nə? hara?
Bunlardan hansı köməkçi nitq hissəsidir?
A) nida
B) fel
C) zərf
D) zərflik
E) isim
Aşağıdakılardan hansı həm sifət həm də zərf kimi işlənə bilmir?
A) güclə
B) asta
C) cəld
D) sakit
E) düz
Hansı isimdir?
A) göygöz
B) qaçmaq
C) şirin
D) Pərviz
E) çirkli
Aşağıdakılardan hansı fel deyil?
A) öyrəndi
B) gördü
C) yavaşca
D) danışır
E) gələcək
Aşağıdakılardan hansı əvəzlik deyil?
A) biz
B) onlar
C) hara
D) siz
E) mənlik
Hansı mürəkkəb söz deyil?
A) Daşkəsən
B) Qarabağ
C) Ağ daş
D) İtburnu
E) Kürdəmir
neçə əsas nitq hissəsi var?
A) yeddi
B) altı
C) iki
D) bir
E) beş
Aşağıdakılardan hansı isim deyil?
A) Aydan
B) şamdan
C) güldan
D) qaçmadan
E) cırtdan
Abreviatura nəyə deyilir?
A) Ümumişlək sözlərə
B) Mürəkkəb adın ixtisarına
C) Əsl Azərbaycan sözlərinə
D) Alınma sözlərə
E) Dialekt sözlərə
Hansı nitq hissəsi əsas deyil?
A) Fel
B) İsim
C) Qoşma
D) Sifət
E) Say
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top