Tapılan ümumi test sayı : 65

Əhsən,nəhayət,və, .... sıralanmaya uyğun gəlməyən söz hansıdır?
A) Həqiqətən
B) Ancaq
C) Bəlkə
D) Lap
E) Gün
Aşağıdakılardan hansısı zərfdir?
A) Deyir.
B) Lakin.
C) Arabir.
D) Gözəl.
Hansı əsas nitq hissələrinə aid xüsusiyyətdir
A) heç bir suala cavab vermir
B) cümlə üzvü kimi işlən bilmir
C) yalnız qrammatik mənası olur
D) cümlə üzvü kimi işlənə bilir
Aşağıdakılardan hansı əsas nitq hissəsidir?
A) Zərf.
B) Ədat.
C) Qoşma.
D) Nida.
Əsas nitq hissələri hansı mənanı daşıyır?
A) Əsas mənanı.
B) Köməkçi mənanı.
C) Qrammatik mənanı.
D) Leksik mənanı.
Morfologiya nədən bəhs edir
A) paronim
B) antonim
C) sinonim
D) omonim
E) nitq hissələri
İsim hansı nitq hissəsinə aiddir?
A) Saya aiddir
B) Sifətə aiddir
C) Köməkçi nitq hissəsinə
D) Əsas nitq hissəsinə
Aşağıdakılardan hansının leksik mənası yoxdur?
A) Əmr
B) Sifət
C) İsim
D) Arzu
E) Nida
Sözlərdən biri həm isim, həm də sifət kimi işlənə bilər
A) kədər
B) mürəkkəb
C) göl
D) tənlik
E) ağlağan
“Bir neçə dəqiqədən sonra” cümləsində “bir neçə” hansı nitq hissəsidir?
A) əvəzlik
B) say
C) sifət
D) qoşma
E) ədat
Bunlarda hansı köməkçi nitq hissəsi deyil?
A) Əvəzlik
B) Ədat
C) Bağlayıcı
D) Qoşma
E) Nida
O hansı nitq hissəsidir ki, bütün nitq hissələrini əvəz edir?
A) Say
B) İsim
C) Əvəzlik
D) Fel
E) Sifət
Nümunədə neçə nitq hissəsi var?"Qatar vağzaldan çıxanacan dostunla vidalaş"
A) 3
B) 5
C) 7
D) 6
E) 8
Bir cur yazılan şəkilçilər hansılardır?
A) -xana
B) -ki
C) -dan
D) -lar
E) -ıcı
Dilimizdə neçə əsas, neçə köməkçi nitq hissəsi vardır?
A) 5 əsas, 5 köməkçi
B) 5 əsas, 6 köməkçi
C) 6 əsas, 6 köməkçi
D) 6 əsas, 5 köməkçi
E) Düzgün cavab yoxdur
Bostanda tağım ağlar,                                              Basma yarpağım ağlar.                                            Sağ qaldıqca  mən özüm,                                      Ölsəm torpağım ağlar.                                   Şeirdəki mənsubiyyət şəkilçili sözləri seçin.
A) tağım, özüm
B) bostanda basma
C) bu misralarda mənsubiyyət şəkilçili sözlər yoxdur
D) ağlar, yarpağım, sağ qaldıqca
E) tağım, yarpağım, özüm, torpağım
Əsas nitq hissələri ilə köməkçi nitq hissələri bir-birindən nə ilə fərqlənir?
A) ən çox istifadə edilməsi ilə
B) morfologiyada birinci olmalarına görə
C) əsas nitq hissəsi olmaqla
D) leksik mənasının olması ilə
E) qrammatik mənası olması ilə
1.Bax gör nə edirəm.2.Sən bir o tərəfə bax. Hansında bax ədatdır
A) hər ikisində
B) bax həmişə feldir
C) 1-ci də
D) heç birində
E) 2-ci də
Şəxs əvəzliyi hansı nitq hissəsini əvəz edir və hansı suallara cavab verir?
A) Əvəz etmir heç bir suala cavab vermir
B) İsmi əvəz edir və kim? sualına cavab verir
C) Nitq hissəsi deyil
D) İsimi əvəz edir və kim? nə? suallarına cavab verir
Sifətin adi dərəcəsinin şəkilçisi  hansıdır?
A) -ımtıraq
B) şəkilçisi yoxdur
C) -lar, -lər
D) leksik şəkilçilər
E) az, təhər
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top