Tapılan ümumi test sayı : 155

Hansı giləmeyvədir?
A) Kələm
B) Zoğal
C) Gavalı
D) Feyxoa
Aşağıdakılardan hansı dən meyvədir?
A) Qarğıdalı
B) Tütün
C) Noxud
D) Lobya
Hansı çəyirdəkli meyvədir?
A) Üzüm
B) Günəbaxan
C) Zoğal
D) Heyva
Noxud hansı quru meyvəyə aiddir?
A) Giləmeyvə
B) Paxlameyvə
C) Buynuz meyvə
D) Çəyirdəklimeyvə
Aşağıdakı hansı meyvələr külək vasitəsi ilə yayılır?
A) Xaş – xaş, yonca, ağcaqayın
B) Ağcaqayın, cökə, göyrüş
C) Palıd, göyrüş, xaş – xaş
D) Cökə, atpıtrağı, cır alma
Şirəli meyvələrdə lətli hissə meyvədə harada yerləşir?
A) Meyvənin yarpağı ilə toxumu arasında
B) Meyvənin qabığı ilə toxumu arasında
C) Meyvənin meyvəyanlığı ilə taycıq arasında
D) Meyvədələtli hissə olmur
Çəyirdəkli meyvələr hansılardır?
A) Paxlameyvə, günəbaxan, pomidor, xiyar
B) Günəbaxan, akasiya, palıd, buğda
C) Şaftalı, gavalı, ərik, zeytun, zoğal
D) Akasiya, noxud, lobya, üçyarpaq yonca
Giləmeyvələr hansılardır?
A) Qarağat, qarağac, fındıq, fıstıq
B) Şaftalı, pomidor, qarpız, günəbaxan
C) Palıd, portağal, buğda, noxud
D) Pomidor, qarağat, üzüm, feyxua
Dənmeyvə nəyə deyilir?
A) Dəmmeyvə toxumlar qınşəkilli iki taycıqdan ibarətdir
B) Meyvənin qabığı ilə toxumu arasında olan lətli hissəyə dənmeyvə deyilir
C) Meyvəyanlığı toxumla bitişikdir, bir-birindən ayrılmır və bunlara dənmeyvə deyilir
D) Meyvə və toxumların yayılmağa uyğunlaşması dənmeyvə adlanır
Quru meyvələr hansılardır?
A) Portağal, paxla, palıd, şaftalı
B) Qarağat, qarağac, fındıq, fıstıq
C) Şaftalı, üçyarpaq yonca, noxud, fındıq
D) Paxla, palıd qozası, günəbaxan, fındıq
Paxlameyvələr hansılardır?
A) Noxud, pomidor, qarağat
B) Pomidor, qarağat, qarağac
C) Akasiya, palıd, buğda, günəbaxan
D) Lobya, noxud, Üçyarpaq yonca, akasiya
Toxumcameyvələrdə meyvəyanlığı necə olur?
A) Meyvəyanlığı nazik arakəsmənin üzərində yerləşir
B) Meyvəyanlığı toxumun içərisində yerləşir
C) Meyvəyanlığı dərici formasında olur və toxumla birləşmir
D) Meyvəyanlığı nazik arakəsmənin üzərində və toxumun içərisində yerləşir
Buynuzmeyvələrə hansılar daxildir?
A) Pambıq, xaş-xaş
B) Yemiş, xiyar, pomidor
C) Kələm, vəzəri, quşəppəyi, ağ turp
D) Quşəppəyi, pambıq
Qutucuqmeyvələrə hansılar daxildir?
A) Pomidor, xiyar
B) Yemiş, qarpız
C) Xaş-xaş, pambıq
D) Xiyar, pambıq
Meyvə nədən əmələ gəlir?
A) Yarpaqdan
B) Saplaqdan
C) Yumurtalıqdan
D) Yumurtacıqdan
Bitkilər necə yayılırlar?
A) quşlar vasitəsilə
B) heyvanlar vasitəsilə
C) insanlar və heyvanlar çaylar vasitəsilə və öz-özünə
D) özü vasitəsilə
E) insanlar vasitəsilə
Şaftalı çiçəyinin yumurtalığında neçə yumurtacıq olar?
A) 2
B) 3
C) 4
D) 1
E) çox
Paxlameyvə hansıdır?
A) noxud
B) zirinc
C) qanqal
D) lalə
E) zəncirotu
Aşağıdakılardan hansı dən meyvədir?
A) Zoğal
B) Noxud
C) Qarğıdalı
D) Lobya
E) Tütün
Hansı meyvə tipində meyvəyanlığı dəricik formasında olur və toxumla birləşmir?
A) paxlameyvədə
B) toxumcameyvədə
C) giləmeyvədə
D) buynuzmeyvədə
E) dənmeyvədə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top