Tapılan ümumi test sayı : 155

Hansılar ikiillik bitkilərdir?
A) Ağ turp, kələm və buğda
B) Kələm, ağ turp və çuğundur
C) Qırmızı turp, çuğundur və kartof
D) Çuğundur, kələm və qarğıdalı
Kol gövdəli bitkilər hansı sırada düzgün göstərilmişdir?
A) Nar, fındıq, ağcaqayın
B) Yemişan, çaytikanı, dəmirovotu
C) Fındıq, küknar, yonca
D) Çaytikanı, yemişan, fındıq
Çoxillik bitkilər olan cərgəni göstərin:
A) Cökə, fındıq, zəncirotu
B) Qarğıdalı, zəncirotu, cökə
C) Qırmızı turp, kələm, fındıq
D) Noxud, itburnu, lobya
Erkəkcik nədən ibarətdir?
A) Erkəkcik ağızcığından və kasacıqdan
B) Yumurtalıq və yumurtacıqdan
C) Erkəkcik sapından və tozluqdan
D) Kasa və tac
Niyə çiçəklərin rəngləri fərqlidir?
A) Zövq oxşamaq üçün
B) Cücüləri özlərinə cəlb etmək üçün
C) Çiçəklərin bütün rəngləri eynidir
D) Həmin çiçəyə baxsınlar deyə
Aşağıdakılardan hansı çiçəkli bitkilərin orqanlarıdır?
A) Ləçək, erkəkciklər və dişiciklər
B) Erkəkciklər və dişiciklər
C) Kök, gövdə, yarpaq, çiçək, toxum, meyvələr
D) Kök, çiçək yatağı, kasacıq
Bitkinin hansı orqanı vasitəsilə qida maddələri hərəkət edir?
A) Çiçək
B) Gövdə
C) Kök
D) Yarpaq
Otlar neçə illik olur?
A) Birillik, ikiillik, çoxillik
B) Beşillik, onillik, on beşillik
C) Birillik
D) On ikiillik
Aşağıdakılardan hansı kol bitkiləridir?
A) Qoz, fındıq, fıstıq, günəbaxan, zirinc
B) Nar, fındıq, böyürtkən, çaytikanı, zirinc
C) Gəndalaş, günəbaxan, nar,
D) Böyürtkən, zirinc, gicitkən, qara gəndalaş
Hansı bitkinin gövdəsində su ehtiyatı olur?
A) Zəfəranın
B) Üçrəng bənövşənin
C) Kaktusun
D) Badımcanın
Çiçəkli bitkilərdə hansı orqanlar qidalanma orqanıdır?
A) Meyvə, tumurcuq
B) Kök, yarpaq
C) Tumurcuq, yarpaq
D) Çiçək, meyvə
Gövdələrin formasına görə bitkilər neçə qrupa ayrılır?
A) 8 qrupa
B) 5 qrupa
C) 4 qrupa
D) 3 qrupa
Aşağıdakılardan hansı ot bitkiləridir?
A) Nar, fındıq, çaytikanı, zirinc
B) Gicitkən, günəbaxan, qarğıdalı
C) Çinar, qoz, palıd, armud
D) Qoz, fındıq, zirinc
Dişicik nədən ibarətdir?
A) Kasacıqdan və tacdan
B) Yumurtalıqdan, ensiz sütuncuqdan və dişicik ağızcığından
C) Saplaqdan
D) Nazik dişicik sapından və tozluqdan
Bitki orqanı nəyə deyilir?
A) Yarpaqlarda fotosintez prosesini yaradan maddəyə orqan deyilir
B) Fotosintez prosesinin başqa bir adı orqandır
C) Orqan müstəqil yaşaya bilən canlı varlıqdır
D) Bitki orqanizminin müəyyən funksiyasını yerinə yetirən hissəsinə orqan deyilir.
Hansı bitkilərin kökləri şaxələnən uzun mil formasındadır?
A) Cəfəri, qarpız, zəfəran
B) Yemiş, qarpız, kaktus
C) Zəncirotu, paxla, cəfəri
D) Zəfəran, qarğıdalı, günəbaxan
Otlar, ağac və kollardan nə ilə fərqlənir?
A) Hündürlüyü və gövdəsi ilə
B) Budaqlarının formasına görə
C) Köklərinin olmaması ilə
D) Yarpağı ilə
Aşağıdakılardan hansı ağac bitkiləridir?
A) Çinar, qoz, palıd, armud
B) Çinar, gicitkən
C) Gicitkən, günəbaxan, qarğıdalı
D) Nar, fındıq, qara gəndalaş
Çiçəyin əsas hissələri hansılardır?
A) Çiçək saplağı və yumurtalıq
B) Gülün tacı və kasacıq
C) Çiçək yatağı və kasacıq
D) Dişicik və erkəkcik
Çiçək saplağı üzərində nələr yerləşir?
A) Çiçək yatağı və kasacıq
B) Yumurtalıq və gülün tacı
C) Dişicik və erkəkcik
D) Yumurtacıq və kasacıq
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top