Tapılan ümumi test sayı : 155

Hansılar ikiillik bitkilərdir?
A) Kələm, ağ turp və çuğundur
B) Ağ turp, kələm və buğda
C) Qırmızı turp, çuğundur və kartof
D) Çuğundur, kələm və qarğıdalı
Kol gövdəli bitkilər hansı sırada düzgün göstərilmişdir?
A) Fındıq, küknar, yonca
B) Çaytikanı, yemişan, fındıq
C) Yemişan, çaytikanı, dəmirovotu
D) Nar, fındıq, ağcaqayın
Çoxillik bitkilər olan cərgəni göstərin:
A) Qarğıdalı, zəncirotu, cökə
B) Cökə, fındıq, zəncirotu
C) Noxud, itburnu, lobya
D) Qırmızı turp, kələm, fındıq
Erkəkcik nədən ibarətdir?
A) Erkəkcik sapından və tozluqdan
B) Kasa və tac
C) Yumurtalıq və yumurtacıqdan
D) Erkəkcik ağızcığından və kasacıqdan
Niyə çiçəklərin rəngləri fərqlidir?
A) Zövq oxşamaq üçün
B) Çiçəklərin bütün rəngləri eynidir
C) Cücüləri özlərinə cəlb etmək üçün
D) Həmin çiçəyə baxsınlar deyə
Aşağıdakılardan hansı çiçəkli bitkilərin orqanlarıdır?
A) Kök, çiçək yatağı, kasacıq
B) Ləçək, erkəkciklər və dişiciklər
C) Erkəkciklər və dişiciklər
D) Kök, gövdə, yarpaq, çiçək, toxum, meyvələr
Bitkinin hansı orqanı vasitəsilə qida maddələri hərəkət edir?
A) Gövdə
B) Kök
C) Çiçək
D) Yarpaq
Otlar neçə illik olur?
A) Birillik
B) Beşillik, onillik, on beşillik
C) On ikiillik
D) Birillik, ikiillik, çoxillik
Aşağıdakılardan hansı kol bitkiləridir?
A) Nar, fındıq, böyürtkən, çaytikanı, zirinc
B) Gəndalaş, günəbaxan, nar,
C) Qoz, fındıq, fıstıq, günəbaxan, zirinc
D) Böyürtkən, zirinc, gicitkən, qara gəndalaş
Hansı bitkinin gövdəsində su ehtiyatı olur?
A) Zəfəranın
B) Üçrəng bənövşənin
C) Badımcanın
D) Kaktusun
Çiçəkli bitkilərdə hansı orqanlar qidalanma orqanıdır?
A) Tumurcuq, yarpaq
B) Kök, yarpaq
C) Çiçək, meyvə
D) Meyvə, tumurcuq
Gövdələrin formasına görə bitkilər neçə qrupa ayrılır?
A) 3 qrupa
B) 5 qrupa
C) 8 qrupa
D) 4 qrupa
Aşağıdakılardan hansı ot bitkiləridir?
A) Gicitkən, günəbaxan, qarğıdalı
B) Qoz, fındıq, zirinc
C) Nar, fındıq, çaytikanı, zirinc
D) Çinar, qoz, palıd, armud
Dişicik nədən ibarətdir?
A) Nazik dişicik sapından və tozluqdan
B) Kasacıqdan və tacdan
C) Yumurtalıqdan, ensiz sütuncuqdan və dişicik ağızcığından
D) Saplaqdan
Bitki orqanı nəyə deyilir?
A) Fotosintez prosesinin başqa bir adı orqandır
B) Orqan müstəqil yaşaya bilən canlı varlıqdır
C) Bitki orqanizminin müəyyən funksiyasını yerinə yetirən hissəsinə orqan deyilir.
D) Yarpaqlarda fotosintez prosesini yaradan maddəyə orqan deyilir
Hansı bitkilərin kökləri şaxələnən uzun mil formasındadır?
A) Zəfəran, qarğıdalı, günəbaxan
B) Yemiş, qarpız, kaktus
C) Cəfəri, qarpız, zəfəran
D) Zəncirotu, paxla, cəfəri
Otlar, ağac və kollardan nə ilə fərqlənir?
A) Budaqlarının formasına görə
B) Köklərinin olmaması ilə
C) Hündürlüyü və gövdəsi ilə
D) Yarpağı ilə
Aşağıdakılardan hansı ağac bitkiləridir?
A) Nar, fındıq, qara gəndalaş
B) Çinar, qoz, palıd, armud
C) Gicitkən, günəbaxan, qarğıdalı
D) Çinar, gicitkən
Çiçəyin əsas hissələri hansılardır?
A) Gülün tacı və kasacıq
B) Çiçək saplağı və yumurtalıq
C) Dişicik və erkəkcik
D) Çiçək yatağı və kasacıq
Çiçək saplağı üzərində nələr yerləşir?
A) Yumurtacıq və kasacıq
B) Yumurtalıq və gülün tacı
C) Dişicik və erkəkcik
D) Çiçək yatağı və kasacıq
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top