Tapılan ümumi test sayı : 304

Fikri tamamlayın: İtburnu və ya.......
A) Qaytarma
B) Gavalı
C) Yabanı qızılgül
D) Quşarmudu
Aşağıdakı bitkilərdən hansı bəzək bitkisidir?
A) Çiyələk
B) Dovşan alması
C) Dikduran qaytarma
D) Moruq
Meyvələri narıncı və qırmızı rəngdə olur,C vitamini ilə zəngindir, həmçinin payızda yetişir. Söhbət hansı fəsilənin nümayəndəsindən gedir?
A) Taxıllar
B) Zanbaqkimilər
C) Mürəkkəbçiçəklilər
D) Gülçiçəklilər
Gülçiçəklilər fəsiləsinə mənsub olan bitkilərin meyvələrinin növləri hansılardır?
A) Yabanı
B) Giləmeyvə, çəyirdəkmeyvə, tumlumeyvə
C) Çəyirdəkmeyvə, dənmeyvə
D) Yabanı və mədəni
Qızılgülün yarpağı necədir?
A) Sadə
B) Mürəkkəb və torvari
C) Mürəkkəb
D) Torvari
Yabanı qızılgül harada bitmir?
A) Antarktidada
B) Türkiyədə
C) Orta Asiyada
D) Azərbaycanda
Amöbdə həzm vakuolu harada yerləşir?
A) Nüvədə
B) Heç birində
C) Sitoplazmada
D) Qlafda
E) Plazmatik membranda
Amöbün bütün ibtidailərdə olduğu kimi nəyi yoxdur?
A) Sitoplazması
B) Sporları
C) Tənəffüs orqanı
D) Heç biri
E) Nüvəsi
Üzərində 70 ədəd yarpaqcığı olan itburnu bitkisinin mürəkkəb yarpaqlarının sayı nə qədərdir?
A) 6-7
B) 3-6
C) 9-13
D) 5-7
E) 10-14
Şəfalı bitkini göstərin
A) lalə
B) at alası
C) itburnu
D) ilan çiçəyi
Noxudun 2 bitişmiş ləçək yarpaqları necə adlanır?
A) avarlar
B) bayraq
C) qayıqcıq
D) gəmi
E) yelkən
Birhüceyrəlilər yarımaləmi neçə tipə bölünür?
A) 5 tipə
B) 1 tipə
C) 3 tipə
D) Heç biri
E) 23 tipə
Aşağıdakı sıranın hansında yalnız gülçiçəklilər fəsiləsindən olan bitkilər göstərilmişdir?
A) Qızılgül, böyürtkən, topulqa, quşqonmaz
B) İtburnu, moruq, böyürtkən, topulqa
C) Çiyələk, qızılgül, topulqa, moruq
D) Böyürtkən, moruq, itburnu, qızılgül
İtburnunun həqiqi meyvəsi hansı qrup meyvəyə daxildir?
A) Şirəli giləmeyvəyə
B) Quru toxumca meyvəyə
C) Quru fındıqca meyvəyə
D) Quru dən meyvəyə
Hansı sırada yalnız birdişicikli gülçiçəklilər fəsiləsinin nümayəndələri verilmişdir?
A) Albalı, ərik, şaftalı itburnu
B) Armud, alma, şaftalı, çiyələk
C) Gavalı, ərik, şaftalı, albalı
D) Heyva, armud, çiyələk, itburnu
Gülçiçəklilərin hansı nümayəndəsindən tibbdə dərman kimi istifadə olunur?
A) Gilasdan
B) Yemişandan
C) Albalıdan
D) Qızılgüldən
Fikri tamamlayın: Gülçiçəklilər fəsiləsinə...... növ daxildir.
A) 1000
B) 3000-dən çox
C) 4000
D) 8000
Gülçiçəklilər fəsiləsinə daxil olan bitkilərin çoxunda çiçəklər neçə üzvlüdür?
A) Üç üzvlüdür
B) Bir üzvlüdür
C) Dörd üzvlüdür
D) Beş üzvlüdür
Gülçiçəklilər fəsiləsinə aid olanları seçin:
1.Vəzərək
2.Yemiş
3.İtburnu
4.Turp
5.Qızılgül
6.Gavalı
A) 1,3,4
B) 3,5,6
C) 1,4,6
D) Heç biri
Gülçiçəklilər fəsiləsinə daxil olan bitkilərin kök sistemi necədir?
A) Mil
B) Həm mil həm də saçaqlı
C) Saçaqlı
D) Sadə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top