Tapılan ümumi test sayı : 304

Daş dövründə yaşamış insanlar bu bitkini becərmişlər. Tərkibində həddən artıq zülal olan bu bitki hansıdır?
A) Mərci
B) Şirpəncəsi
C) Noxud
D) Soya
Noxudun hissələrini seçin:
1.Gəmi;
2.Yelkən;
3.Bayraq;
4.Avar;
5.Qayıqcıq.
A) 1,3,4
B) 1,2,5
C) 2,4,5
D) 1,2,3
Paxlalılar fəsiləsi nəyə görə belə adlanır?
A) Bu fəsiləyə daxil olan bitkilərin meyvələri paxla meyvə olduğu üçün
B) Bu fəsiləyə daxil olan bitkilərin çiçəkləri paxlaya bənzədiyi üçün
C) Bu fəsiləyə daxil olan bitkilərin çiçəkləri salxım çiçək qrupuna aid olduğu üçün
D) Bu fəsiləyə daxil olan bitkilərin çiçəklərinin dişicikləri olmadığı üçün
Toxumun tərkibində 45-60% yağ vardır. Söhbət hansı bitkidən gedir?
A) Noxud
B) Quşəppəyi
C) Xardal
D) Yerfındığı
Paxlalılar fəsiləsinə aid olan bitkiləri seçin:
1.Akasiya;
2.Badam;
3.Çınqılotu;
4.Xaşa;
5.Noxud.
A) 2,3,5
B) 1,2,5
C) 3,4,5
D) 1,4,5
Simbioz həyat nədir?
A) Paxlalılar fəsiləsinin ikinci adı
B) Birgə yaşayış
C) Noxud çiçəyinin ləçəyi
D) Paxlalı bitkilərin çoxalma dövrü
Noxud çiçəyinin tacının alt hissəsi necə adlanır?
A) Bayraq
B) Yelkən
C) Avar
D) Qayıqcıq
Paxlalılar fəsiləsinə neçə mindən çox növ daxildir ?
A) sonsuz sayda
B) 10 mindən çox
C) 12 mindən çox
D) 12 mindən az
E) 2 min
Paxlalılar fəsiləsinə aid olan bitkilərinin çiçəyinin düsturu necədir?
A) kasacıq:5 ləçək:5 erkəkcik:5 dişicik:2
B) kasacıq:6 ləçək:1 erkəkcik: sonsuz dişicik:4 2
C) kasacıq:5 ləçək:5 erkəkcik:10 dişicik:1
D) kasacıq:10 ləçək:10 erkəkcik:10 dişicik:1
Tərkibində təxminən ətdəki qədər zülal vardır. Söhbət hansı bitkidən gedir?
A) kələm
B) üzüm
C) quşəppəyi
D) noxud
E) buğda
Relikt nədir?
A) köhnə bitki
B) qədim bitki
C) qoca bitki
D) yeni bitki
E) cavan bitki
Tacın alt hissəsində iki kiçik ləçək birləşmişdir. Buna nə deyilir?
A) Kasa
B) Qayıqcıq
C) Erkəkcik
D) Avar
E) Yelkən
Lobyanın tək ləçəyi nə adlanır?
A) gəmi
B) avarlar
C) qayıqcıq
D) yelkən
E) bayraq
Paxla meyvəlilər fəsiləsində ot gövdəli bitkilərin sırasını göstərin:
A) ağakasya, filbahar
B) lərgə, yonca
C) sarıakasya, Lənkəran akasiyası
D) güləbirşin, noxud
Aşağıdakı sıraların hansında çəyirdəkli meyvələri olan bitkilər verilmişdir?
A) fındıq, qoz, ərik
B) ərik, şaftalı, gavalı
C) qoz, badam, püstə
D) əzgil, nar, şabalıd
Hansı bitkinin meyvəsi birtoxumludur?
A) Limonun
B) Zeytunun
C) Feyxoanın
D) Naringinin
Çobanyastığı və günəbaxanın meyvələri hansıdır?
A) Toxumcameyvə
B) Qutucuqmeyvə
C) Çəyirdəkmeyvə
D) Buynuzmeyvə
Hansı sırada ancaq quru birtoxumlu meyvəsi olan bitkilər verilmişdir?
A) Alma, fındıq
B) Qarğıdalı, buğda
C) Yemiş, palıd
D) Zeytun, badam
Hansı sırada ancaq quru çoxtoxumlu meyvəsi olan bitkilər göstərilib?
A) Balqabaq, noxud
B) Lobya, kələm
C) Limon, portağal
D) Xaş – xaş, fındıq
Nə qədər qızılgül sortu mövcuddur?
A) 34000
B) 10000
C) 20000
D) 2300
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top