Tapılan ümumi test sayı : 304

Fikri tamamlayın: İtburnu və ya.......
A) Qaytarma
B) Quşarmudu
C) Gavalı
D) Yabanı qızılgül
Aşağıdakı bitkilərdən hansı bəzək bitkisidir?
A) Çiyələk
B) Moruq
C) Dovşan alması
D) Dikduran qaytarma
Meyvələri narıncı və qırmızı rəngdə olur,C vitamini ilə zəngindir, həmçinin payızda yetişir. Söhbət hansı fəsilənin nümayəndəsindən gedir?
A) Gülçiçəklilər
B) Zanbaqkimilər
C) Mürəkkəbçiçəklilər
D) Taxıllar
Gülçiçəklilər fəsiləsinə mənsub olan bitkilərin meyvələrinin növləri hansılardır?
A) Yabanı
B) Çəyirdəkmeyvə, dənmeyvə
C) Yabanı və mədəni
D) Giləmeyvə, çəyirdəkmeyvə, tumlumeyvə
Qızılgülün yarpağı necədir?
A) Sadə
B) Mürəkkəb
C) Mürəkkəb və torvari
D) Torvari
Yabanı qızılgül harada bitmir?
A) Antarktidada
B) Türkiyədə
C) Azərbaycanda
D) Orta Asiyada
Amöbdə həzm vakuolu harada yerləşir?
A) Qlafda
B) Heç birində
C) Sitoplazmada
D) Nüvədə
E) Plazmatik membranda
Amöbün bütün ibtidailərdə olduğu kimi nəyi yoxdur?
A) Heç biri
B) Nüvəsi
C) Sporları
D) Sitoplazması
E) Tənəffüs orqanı
Üzərində 70 ədəd yarpaqcığı olan itburnu bitkisinin mürəkkəb yarpaqlarının sayı nə qədərdir?
A) 5-7
B) 3-6
C) 9-13
D) 10-14
E) 6-7
Şəfalı bitkini göstərin
A) at alası
B) itburnu
C) ilan çiçəyi
D) lalə
Noxudun 2 bitişmiş ləçək yarpaqları necə adlanır?
A) bayraq
B) avarlar
C) qayıqcıq
D) yelkən
E) gəmi
Birhüceyrəlilər yarımaləmi neçə tipə bölünür?
A) 23 tipə
B) 3 tipə
C) 5 tipə
D) 1 tipə
E) Heç biri
Aşağıdakı sıranın hansında yalnız gülçiçəklilər fəsiləsindən olan bitkilər göstərilmişdir?
A) İtburnu, moruq, böyürtkən, topulqa
B) Çiyələk, qızılgül, topulqa, moruq
C) Böyürtkən, moruq, itburnu, qızılgül
D) Qızılgül, böyürtkən, topulqa, quşqonmaz
İtburnunun həqiqi meyvəsi hansı qrup meyvəyə daxildir?
A) Quru fındıqca meyvəyə
B) Quru toxumca meyvəyə
C) Quru dən meyvəyə
D) Şirəli giləmeyvəyə
Hansı sırada yalnız birdişicikli gülçiçəklilər fəsiləsinin nümayəndələri verilmişdir?
A) Albalı, ərik, şaftalı itburnu
B) Armud, alma, şaftalı, çiyələk
C) Gavalı, ərik, şaftalı, albalı
D) Heyva, armud, çiyələk, itburnu
Gülçiçəklilərin hansı nümayəndəsindən tibbdə dərman kimi istifadə olunur?
A) Qızılgüldən
B) Gilasdan
C) Albalıdan
D) Yemişandan
Fikri tamamlayın: Gülçiçəklilər fəsiləsinə...... növ daxildir.
A) 3000-dən çox
B) 1000
C) 8000
D) 4000
Gülçiçəklilər fəsiləsinə daxil olan bitkilərin çoxunda çiçəklər neçə üzvlüdür?
A) Dörd üzvlüdür
B) Beş üzvlüdür
C) Bir üzvlüdür
D) Üç üzvlüdür
Gülçiçəklilər fəsiləsinə aid olanları seçin:
1.Vəzərək
2.Yemiş
3.İtburnu
4.Turp
5.Qızılgül
6.Gavalı
A) 1,4,6
B) Heç biri
C) 3,5,6
D) 1,3,4
Gülçiçəklilər fəsiləsinə daxil olan bitkilərin kök sistemi necədir?
A) Saçaqlı
B) Mil
C) Həm mil həm də saçaqlı
D) Sadə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top