Tapılan ümumi test sayı : 47

İsimdən sifət düzəldən şəkilçilər hansılardır ?
A) -ıntı4 , -ğı4 , -ış4
B) -ıq4 , -ı4 , -lıq4
C) -ağan2 , -qan2 , -ğın4 , -ıcı4
D) -lı4 , -sız4 , -dakı2 , -cıl4 
E) -ın4, -da4, -dan4
Epik növün əsas janrları hansılardır ?
A) gəraylı, müxəmməs, qit`ə
B) dram, faciə,komediya
C) qəzəl, qəsidə, rübai
D) oçerk, povest, təmsil, hekayə
E) qoşma, təcnis, bayatı
H.Cavidin "Səyavuş" faciəsində aşağıdakı xüsusiyyətlərdən hansılar Səyavuşun xarakterinə daha çox uyğun gəlir ?
A) vəzifəpərəstlik, şöhrətpərəstlik
B) qəhrəmanlıq, mə`nəvi saflıq
C) lovğalıq, dikbaşlıq
D) səxavət, uzaqgörənlik
E) elmə, maarifə bağlılıq
S.Rüstəmin "Cənub şe`rləri" hansılardır ?
A) "Ana və poçtalyon", "Dənizdə şəhər"
B) "İki sahil", "Bir məktəbin qapısında", "On ikinci tüfəng"
C) "Gün o gün olsunki...","İldırım"
D) "Ələmdən nəş`əyə", "Qərəmanın vəsiyyəti"
E) "Gecənin romantikası", "Yaxşı yoldaş"
Azərbaycan ədəbiyyatında tarixi romanlar müəllifi kimi tanınmış ən məşhur yazıçı.
A) M.İbrahimov
B) S.Rəhimov
C) M.S.Ordubadi
D) Ə.Əbülhəsən
E) M.Hüseyn
C.Cabbarlının ilk tarixi dram əsəri.
A) "1905-ci ildə"
B) "Almaz"
C) "Od gəlini"
D) "Nəsrəddin şah"
E) "Sevil"
Əsərin süjet xəttinin inkişaf mərhələlərində zirvə nöqtəsi  hansıdır ?
A) razvyazka
B) ekspozisiya
C) final
D) kulminasiya
E) zavyazka
Avropa intibahının böyük sənətkarı.
A) Şekspir
B) L.Tolstoy
C) Balzak
D) Molyar
E) Hüqo
C.Məmmədquluzadənin "Ölülər" komediyasındakı qadın obrazları hansılardır ?
A) Səadət, Mələk
B) Zeynəb, İzzət, Şərəf
C) Tükəz, Sona
D) Kərbalayı Fatmansa, Yaxşı
E) Nazlı, Kərbəlayı Fatma
M.F.Axundovun "Hacı Qara" komediyasının yazıldığı il:
A) 1857
B) 1851
C) 1855
D) 1850
E) 1852
Dörd misra və yeddi hecadan ibarət bitkin şe`r janrı hansıdır ?
A) Qoşma
B) Rübai
C) Bayatı
D) Gəraylı
E) Tapmaca
Diyari qürbətdə çoxdandı varam,
Axşam-səhər vətən deyib ağlaram
Mən də sizin kimi qəribü zaram,
Eyləməyin, məndən haşa, durnalar !
Laçın yatağıdır bizim məkanlar
Yavaş-yavaş gedin səsiniz anlar...
Yuxarıdakı şe`r parçasında hansı misralar səhv verilmişdir.?
A) 3-cü və 6-cı
B) 5-ci və 6-cı
C) 3-cü və 4-cü
D) 1-ci və 2-ci
E) 3-cü və 5-ci
A.S.Puşkinin nəsr əsərləri:
A) "Boris Qodunov", "Xəsis çəngavər"
B) "Yevgeni Onegin", "Tunc atlı"
C) "Ruslan və Lyudmila", "Qafqaz əsəri"
D) "Azadlıq", "Çaadayevə"
E) "Kapitan qızı", "Dubrovski"
M.Füzulinin alleqorik nəsr əsəri:
A) "Meyvələrin söhbəti"
B) "Leyli və Məcnun"
C) "Səhhət və Mərəz"
D) "Rindü Zahid"
E) "Şikayətnamə"
Aşağıda göstərilən fikirlərdən "Xosrov və Şirin" poemasının əsas ideyasına ən çox uyğun gələni hansıdır ?
A) ədalətli şah
B) əməkçi insanın tərənnümü
C) qəhrəmanlıq
D) saf məhəbbət
E) qadın azadlığı
Azərbaycan dilində əsəri bizə gəlib çatan ilk sənətkar.
A) Xətai
B) Nəsimi
C) Həsənoğlu
D) Xaqani
E) Nizami
Hansı cərgədə bütün sözlər orfoqrafik cəhətdən düzgün yazılmışdır ?
A) xasiyət, vağzal, institut, kabnet, stadiyon
B) məs`ul, ne`mət, məşhur, hökmdar, xeyirxah
C) şücaət, e`zamiyət, kambinat, beynəlmiləl, samovar
D) çamadan, qəhqəhə, qürur, kəşviyyat, koridor
E) yə`qin, nəsiyət, səhv, dörd, professor
"Kimin ki ağlı, bacarığı var, udur" - cümləsində budaq cümlənin növünü tapın: 
A) tə`yin budaq cümləsi
B) mübtəda budaq cümləsi
C) tamamlıq budaq cümləsi
D) xəbər budaq cümləsi
E) zərflik budaq cümləsi
Tabeli mürəkkəb cümləni göstərin.
A) Payız gəldi, havalar soyudu.
B) Gah yağış yağır, gah da gün çıxırdı.
C) Nailə yer göstərdi, Kəmalə oturmadı.
D) Bayırda yağan qar ağarır, xoş bir menzere yaranırdı.
E) Kim dərsi bilir, əlini qaldırsın.
"Əzizin dizi titrədi, yavaşcadan çamadanın üstündə oturdu" - tabesiz mürəkkəb cümləsində hansı mə`na əlaqəsi vardır ?
A) səbəb və nəticə
B) aydınlaşdırma
C) ziddiyyət-qarşılaşdırma
D) ardıcıllıq
E) zaman
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top