Tapılan ümumi test sayı : 47

Hansı sözlər mürəkkəbdir ?
A) günə baxan, isti su, qara toyuq
B) enlikürək, ucaboy, aşsüzən
C) Dağıstan, Özbəkistan, Gürcüstan
D) enli küçə, uca dağ, aş yeyən
E) Hüseynzadə, yoldaş, əmimgil
Sabit söz birləşmələrinin sırasını tapın:
A) sinif otağı, qırmızı bayraq, yaşıl qələm
B) oxuyan uşaq, güləyən adam, yatmış gözəl
C) yol getmək, kitab oxumaq, çay içmək
D) əldən düşmək, qulaq asmaq, başa salmaq
E) gülməli tamaşa, görüləsi iş, yazılacaq məktub
Əzəldən belədir çünli kainat,
Cahan daimidir, ömür amanat,
Əldən ələ keçir vəfasız həyat
Biz gəldi gedərik, sən yaşa, dünya!
Bu ş`er parçasındakı sinonim sözlər hansılardır?
A) həyat, ömür, cahan
B) biz, sən, ömür
C) əzəl, daimi, gəldi-gedər
D) kainat, cahan, dünya
E) kainat, həyat, vəfa
Antonim sözləri göstərin:
A) göz, kök, qaz, qol
B) gül, ev, bağça, ağac
C) adam, insan, uşaq, ata
D) böyük, kiçik, pis, yaxşı
E) igid, cəsur, qoçaq, qəhrəman
Hansı sıradakı sözlərin hamısı hecalara düzgün bölünmüşdür?
komandir, yazıçılıq, məs`uliyyət
A) kom-an-dir, ya-zı-çıl-ıq, məs`-ul-iyy-ət
B) ko-man-dir, ya-zıç-ıl-ıq, mə-s`u-liy-yət
C) kom-an-dir, yaz-ıç-ıl-ıq, məs`-u-liy-yət
D) ko-man-dir, yaz-ı-çı-lıq, mə-s`ul-iy-yət
E) ko-man-dir, ya-zı-çı-lıq, məs`-u-liy-yət
Kar samitlərin cərgəsini tapın:
A) c, t, r, b, n, k
B) z, n, s, b, f, r
C) p, ş, s ,t, f, x, k
D) b, p, r, t,z, x
E) r, ş, z, c, n, s
Aşağıdakı sözlərdə olan qalın saitlərin hamısı hansı sıradadır ?
qaranlıq, kitab, uşaq, ələk, dəniz, üz, eniş
A) ə, i, ü, a
B) a, ı, o
C) i, ü, ə
D) ü, ı, i
E) ü, a, i
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top