Tapılan ümumi test sayı : 47

Hansı sözlər mürəkkəbdir ?
A) enli küçə, uca dağ, aş yeyən
B) Hüseynzadə, yoldaş, əmimgil
C) enlikürək, ucaboy, aşsüzən
D) günə baxan, isti su, qara toyuq
E) Dağıstan, Özbəkistan, Gürcüstan
Sabit söz birləşmələrinin sırasını tapın:
A) sinif otağı, qırmızı bayraq, yaşıl qələm
B) oxuyan uşaq, güləyən adam, yatmış gözəl
C) gülməli tamaşa, görüləsi iş, yazılacaq məktub
D) yol getmək, kitab oxumaq, çay içmək
E) əldən düşmək, qulaq asmaq, başa salmaq
Əzəldən belədir çünli kainat,
Cahan daimidir, ömür amanat,
Əldən ələ keçir vəfasız həyat
Biz gəldi gedərik, sən yaşa, dünya!
Bu ş`er parçasındakı sinonim sözlər hansılardır?
A) əzəl, daimi, gəldi-gedər
B) biz, sən, ömür
C) kainat, həyat, vəfa
D) həyat, ömür, cahan
E) kainat, cahan, dünya
Antonim sözləri göstərin:
A) böyük, kiçik, pis, yaxşı
B) göz, kök, qaz, qol
C) gül, ev, bağça, ağac
D) adam, insan, uşaq, ata
E) igid, cəsur, qoçaq, qəhrəman
Hansı sıradakı sözlərin hamısı hecalara düzgün bölünmüşdür?
komandir, yazıçılıq, məs`uliyyət
A) ko-man-dir, yaz-ı-çı-lıq, mə-s`ul-iy-yət
B) kom-an-dir, ya-zı-çıl-ıq, məs`-ul-iyy-ət
C) ko-man-dir, ya-zıç-ıl-ıq, mə-s`u-liy-yət
D) kom-an-dir, yaz-ıç-ıl-ıq, məs`-u-liy-yət
E) ko-man-dir, ya-zı-çı-lıq, məs`-u-liy-yət
Kar samitlərin cərgəsini tapın:
A) z, n, s, b, f, r
B) b, p, r, t,z, x
C) r, ş, z, c, n, s
D) c, t, r, b, n, k
E) p, ş, s ,t, f, x, k
Aşağıdakı sözlərdə olan qalın saitlərin hamısı hansı sıradadır ?
qaranlıq, kitab, uşaq, ələk, dəniz, üz, eniş
A) a, ı, o
B) ü, ı, i
C) ü, a, i
D) i, ü, ə
E) ə, i, ü, a
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top