Tapılan ümumi test sayı : 42

"Koroğlu" dastanında Giziroğlu hansı qoldadır; Koroğluya kömək etməkdə məqsədi nə idi, Bunların görüşü nə ilə qurtardı ?
A) Giziroğlu "Koroğlunun Ballıca səfəri"ndədir; Özünü Koroğluya igid göstərməklə ona qoşulmaq istəyirdi; Koroğlu üzərində qələbə çalır.
B) Giziroğlu "Koroğlunun Bağdad səfəri"ndədir; Kimin güclü olduğunu bilmək istəyirdi; əl verib dost oldular.
C) Giziroğlu "Koroğlunun Toqat səfəri"ndədir; Koroğluya yazığı gəlirdi; İkisi birləşib Aslan bəyi öldürdülər.
D) "Koroğlunun Dərbənd səfəri"ndədir; Özünü Koroğluya igid göstərmək istəyirdi; Koroğlu üzərində qələbə çalır.
E) "Alı kışı" qolundadır; O Koroğlunun qohumu idi; onların görüşü sevinclə qurtarır.
Qara gəlim gündə mən
Kölgədə sən, gündə mən
Sən yat qaya dibində
Qoy qaralım gündə mən
Şe"r şifahi xalq ədəbiyyatının hansı janrına aiddir ? Məzmununa görə əmək nəğməsinin hansı növüdür ? Misraların bölgüsünü müəyyənləşdirin.
A) Lirik janrdır, nəğmədir, 5-2 bölgüsündədir
B) Epik janrdır, bayatıdr, 6-1 bölgüsündədir
C) Lirik janrdır, holavardır, 4-3 bölgüsündədir
D) Lirik janrdır, sayaçı sözüdür, 5-2 bölgüsündədir
E) Lirik janrdır, bayatıdır, 3-4 bölgüsündədir
Nizaminin "Xosrov və Şirin" poemasında Fərhad süd arxı çəkdiyinə görə Şirinin ona verdiyi hədiyyəni Fərhad nə üçün onun ayaqları altına atır ?
A) Özünün sənətkarlığına layiq olmadığına görə
B) Sənətinin qarşısında azlığına görə
C) Hədiyyə götürməyi sevmədiyinə görə
D) Hədiyyəni bəyənmədiyinə görə
E) Şirinin gözəlliyinə heyranlığına görə
Nəsiminin "Məndə sığar ..." qəzəli əruzun hansı bəhrinin hansı qəlibinə yazılmışdır ?
A) Səri - Müftəilün Müftəilün Müftəilün
B) Rəcəz -  Müftəilün Məfailün Müftəilün Müfailün
C) Rəməl - failatün failatün failatün failün
D) Həcəz - Məfailün Məfailün Məfailün Məfailün
E) Mütaqarib - Fəülün fəülün fəülün fəül
M.Füzuli hansı əsərində sözün qüdrətindən danışır və onun şərəfini uca tutur ?
A) "Məni candan usandırdı", "Leyli və Məcnun"
B) "Söhbətül-Əsmər", "Padşahi-mülk"
C) "Vəfa hər kimsədən", "Şikayətnamə"
D) "Söz", "Padşahi-mülk"
E) "Şad gördüyün könlüm", "Söz"
Füzulinin "Leyli və Məcnun" poemasının əsas hissəsində  (qəzəllərdən başqa) misraların qafiyə sistemi necədir ?  Bu cür qafiyələnən şer nə adlanır ?
A) a-a-a-a-b-b; v-v-v-v-b-b -- Müsədəs
B) a-a-a-a-a; b-b-b-b-a -- Müxəmməs
C) a-a; b-b; v-v; q-q -- Məsnəvi
D) a-a-ba; -- rübai
E) a-a; b-a; v-a; q-a -- qit"ə
M.P.Vaqifin yaradıcılığında onun "Görmədim" müxəmməsinin yeri ?
"Müxtəsər kim, böylə dünyadan gərək etmək həzər,
Ondan ötrü kim, deyildir öz yerində xeyri şər"
Misralarına əsasən şe"rdə ifadə olunan fikri ümumiləşdirin.
A) Bu şe"r şairin əvvəlki şe"rlərindən fərqlənir
B) Bu şe"r əvvəlkilərdən fərqli olaraq müxəmməs formasında yazılmışdır.
C) Bu şe"r tənqidi xarakter daşıyır.
D) Şe"rdə heç nə öz yerində olmadığı deyilir
E) "Görmədim" müxəmməsi Vaqif yaradıcılığında lirik məzmununa görə şikayət xarakteri daşıyır. Bu şe"rdə şairin zəmanəsindən narazılığı, qəzəb və nifrəti ifadə olunur.
M.F.Axundovun "Aldanmış kəvakib" əsərinin Azərbaycan ədəbiyyatı tarixində mövqeyində mövqeyi nədən ibarətdir? Hansı janrdadır? Tənqid hədəfi nədir?
A) M.F.Axundovun yaradıcılığında mühüm yer tutur, hekayədir, şahlar, tənqid hədəfi kimi götürülür.
B) İlk romandır, mollalar, din xadimləri tənqid olunur.
C) Ədəbiyyat tarixində mühüm yer tutur, hekayədir, yazıçının tənqid hədəfi şahlıq quruluşudur.
D) M.F.Axundovun nəsr əsəridir, povestdir, İran şahı tənqid hədəfi kimi götürülür.
E) "Aldanmış kəvakib"lə Azərbaycan ədəbiyyatında yeni realist nəsrin əsası qoyulur, povestdir. Bu əsərdə şahlıq quruluşu tənqid edilir.
R.Rzanın "Qızılgül olmayaydı" əsəri Azərbaycanın hansı görkəmli şairinin faciəli həyatının bədii ifadəsidir ?
A) H.Cavid
B) M.Müşfiq
C) Ə.Cavad
D) M.Hadi
E) A.İldırım
C.Cabbarlının "Bahar" adlanan ilk şe"ri hansı mətbuat orqanında çap olunmuşdur ?
A) "Məktəb" jurnalında
B) "Kaspi" qəzetində
C) "Molla Həsrəddin" jurnalında
D) "Hümmət" qəzetində
E) "Babayi əmir" jurnalında
Aşıq Ələsgər yaradıcılığında Azərbaycanın təbii gözəlliyini əks etdirən hansı şe"rlər var ?
A) "Dağlar", "Yaylaq", "Dağlar" və s.
B) "Ay yara məndən", "Hə yaxşı-yaxşı"
C) "Düşdü", "Gedibdi", "Dağlar" və s.
D) "Düşdü", "Bəyistan"
E) "Bəyistan", "Oynamasın"
H.Hərimanovun " Şamdan bəy " əsəri ilə "Hadir şah"  əsəri arasında janr baxımından fərq nədən ibarətdir ?
A) "Şamdan bəy" povest, "Hadir şah" dramdır.
B) " Şamdan bəy" faciə, "Hadir şah" komediyadır.
C) "Şamdan bəy" komediya, "Hadir şah" faciədir.
D) "Hadir şah" faciə, "Şamdan bəy" dramdır.
E) "Şamdan bəy" nəsr, "Hadir şah" dramdır.
M.Ə.Sabirin şairdən həyat hadisələrinə obyektiv münasibət tələb edən şe"rləri hansılardır ?
A) "Beynəlmiləl", "Səbr eylə"
B) "Hə yazım?", "Söz", "Təraneyi - Şairanə"
C) "Səbr eylə", "Əkinçi"
D) "Əkinçi", "Səttar xan"
E) "Bakı fəhlələrinə", "Söz"
C.Məmmədquluzadənin ilk alleqorik və bir pərdəli pyesi hansıdır ?
A) "Danabaş kəndinin məktəbi"
B) "Çay dəstgahı"
C) "Anamın kitabı"
D) "Kişmiş oyunu"
E) "Kamança"
"Eldarın dəstəsi gəlir irəli,
Qırır sərçə kimi bizimkiləri"
Misraları S.Vurğunun hansı dramındandır, ikinci misrada hansı təsvir vasitəsindən istifadə edilmişdir ?
A) Verilən misralar "Muğan" əsərindəndir, istiarədən istifadə edilmişdir.
B) "Aygün" əsərindədir, mübaliğədən istifadə edilmişdir.
C) Verilən misralar şairin "İnsan" əsərindəndir, təçbehdən istifadə edilmişdir.
D) Göstərilən misralar şairin "Vaqif" dramından götürülmüşdür, Litotadan istifadə olunmuşdur.
E) "Xanlar" əsərindəndir, təşbehdən istifadə edilmişdir.
Mübtədanın ifadə vasitələri hansı cərgədə düzgün göstərilmişdir ?
1. fe"li sifət, fe"li bağlama, fe"l
2. fe"li bağlama tərkibi, əvəzlik
3. şəxs əvəzliyi, isim, sifət, mürəkkəb adlar
4. zərf, məsdər tərkibi, işarə əvəzlikləri
5. qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlər
A) 2
B) 3
C) 4
D) 5
E) 1
Durğu işarələri buraxılmış cümlələrdə işarə və şəxs əvəzliklərini müəyyənləşdirin.
1. O əsərin əsas aparıcı qüvvəsi qəhrəmanı kimi çıxış edir.
2. O bilirdi ki, Bahar kənddən gedib.
3. Bu il məhsul əvvəlkindən az olmuşdu.
4. Bu ürək sözümü dediyim yeganə adamdır.
5. O gülləri çox suvarmaq olmaz.
A) 4 şəxs, 1 işarə əvəzliyi
B) 0 şəxs, 5 işarə əvəzliyi
C) 1 şəxs, 4 işarə əvəzliyi
D) 3 şəxs, 2 işarə əvəzliyi
E) 2 şəxs, 3 işarə əvəzliyi
Hansı cərgədə qarşılıqlı olan cingiltili samitlər düzgün göstərilmişdir ?
A) r, y, f, p, ğ
B) m, h, s, n, l
C) b, v, z, j, c
D) l, k, s, c, p
E) s, l, y, t, f
Nümunələrdə tamamlıq yerində işlənən fe"li birləşməni və cümləni və cümlənin növünü tə"yin edin
Ona hörmət edərdilər.
Nazim instituta getmək istəmir.
Oxumaq, yaşamaq qədər də faydalıdır.
Ali məktəbdə oxumağı qarşıma məqsəd qoymuşam.
Həyatın qəribəlikləri mö`cüzədir.
A) fe"li bağlama, sadə geniş cümlə
B) fe"li sifət, sadə geniş cümlə
C) məsdər tərkibi, sadə geniş cümlə
D) fe"li sifət, müxtəsər cümlə
E) məsdər tərkibi, sadə cümlə
Evlər, saraylar ki, var bu şəhərin içində,
Alın tərimiz durur daşında, kərpicində.
Bu müqəddəs torpağın qocasında, gəncində
Qeyrət görmək istəyən Azərbaycana gəlsin.
Verilmiş şe"r parçasında fe"li birləşmə tərkibini tapın və onun hansı cümlə üzvü olduğunu müəyyənləşdirin.
A) məsdər tərkibi, xəbər
B) fe"li sifət tərkibi, tə"yin
C) fe"li bağlama tərkibi, tamamlıq
D) fe"li bağlama tərkibi, zərflik
E) fe"li sifət tərkibi, mübtəda
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top