Tapılan ümumi test sayı : 42

Aşağıdakı nümunədə cümlənin quruluşu və növünü müəyyənləşdirin. 
A) tabesiz mürəkkəb cümlə: səbəb - nəticə əlaqəsi
B) tabesiz mürəkkəb cümlə: aydınlaşdırma əlaqəsi
C) tabeli mürəkkəb cümlə: tamamlıq budaq cümləsi
D) mübtəda əsasında formalaşmış sadə cümlə
E) tabeli mürəkkəb cümlə: tə"yin budaq cümləsi
Aşağıdakı xüsusiyyət hansı növ ismi birləşmələrə aiddir: tərəflər arasına istənilən qədər söz daxil ola bilir, tərəflər birlikdə bir cümlə üzvü yerində işlənir.
A) I, III növ ismi birləşmələr
B) I, II, III növ ismi birləşmələr
C) I, II növ ismi birləşmələr
D) II, III növ ismi birləşmələr
E) III növ ismi birləşmələr
Aşağıdakı ifadələrdə icbar və qarşılıq növündə olan fe"lləri tapın.
A) bölmək, vurmaq, görüşdürmək, söndürmək
B) görüşmək, döyüşmək, yazılmaq, yandırtmaq
C) gülüşmək, doluşmaq, uzaqlaşmaq, söndürmək
D) yuyundurmaq, böldürmək, görüşmək, yazışmaq
E) silinmək, yuyunmaq, aldırmaq, qorunmaq
Həm fe"lin, həm də ismin xüsusiyyətlərini daşıyan sözlər necə adlanır ?
A) məsdər
B) fe"li sifət
C) fe"li sifət, fe"li bağlama
D) fe"li sifət, məsdər
E) fe"li bağlama
Dilimizə fars dilindən keçən sözlər cərgəsini göstərin.
A) dilavər, baş, baba, yurd
B) çarpayı, bahar, xörək, pəncərə
C) həyat, ana, həyət, gözəl
D) təranə, bilmək, dəniz, dəftər
E) zəif, boyun, göz, su
Sözlərdən  neçəsinin yazılışı səhvdir ?
Fakultə, layihə, kiprik, pyes, töhvə, öhtə, tədbiq, büro, düha, şe"r
A) 2
B) 1
C) 5
D) 3
E) 4
Həm fe"lin, həm də zərfin xüsusiyyətlərini daşıyan sözlər necə adlanır ?
A) fe"li bağlama,
B) fe"li bağlama, məsdər
C) fe"li sifət, fe"li bağlama,
D) fe"li sifət,
E) məsdər,
Verilmiş sözlərdən yalnız kar və cingiltili samitlərdən qarşılığı olmayanları göstərin.
limon, yay, nərdivan, payız, tələbə, nərd, nər, hünər, həlim
A) 5
B) 4
C) 2
D) 1
E) 3
"Kim tez gəldi o hədiyyə aldı" - cümləsi tabeli mürəkkəb cümlənin hansı növünə aiddir ? Baş, yoxsa budaq cümlə əvvəl işlənmişdir ?
A) Tamamlıq budaq cümləsi, baş cümlə əvvəl
B) Tə`yin budaq cümləsi, budaq cümlə əvvəl
C) Xəbər budaq cümləsi, budaq cümlə əvvəl
D) Zərflik budaq cümləsi, baş cümlə əvvəl
E) Mübtəda budaq cümləsi, budaq cümlə əvvəl
Hansı cərgədəki sözlər fel formalarının hekayə və rəvayət formasında işlənmişdir ?
A) görəsidi, yığmışmış, gələcəkmiş
B) yazardı, qazasıyıq, baxdı
C) baxmalıda, yazsam, aldırdı
D) gördü, yazmışdı, alasıyam
E) yığdım, baxmışmış, görəsidi
Verilmiş sxemlərə [1T+2T; 1Ty+2Tm] uyğun ismi birləşmələri tapın.
Cavan oğlan dostunun kitabını götürdü. Ata nəsihəti ona çox tə"sir etmişdi. Vətən məhəbbəti bütün məhəbbətlərdən müqəddəsdir.
A) 2
B) 3
C) 5
D) 1
E) 4
Mətndə fe`li bağlama və məsdər tərkiblərinin sayını müəyyənləşdirin.
O, öz mühafizəçiləri ilə meydanın ortasında cəzanı icraya hazırlaşan hökumət və şəriət adamlarından ayrılıb mahmızlı çəkmələrilə səs salaraq camaata tərəf gələndə tamaşaçılar pıçıldaşdılar.
A) 5
B) 2
C) 1
D) 3
E) 4
Tərkibində vasitəsiz nitq olan aşağıdakı cümlə hansı sxemə uyğun gəlir ?
Xosrov: "Hardasan, cavan?" - deyə soruşdu
A) "V, - M, - V!"
B) "V", - M
C) M: "V!"
D) M: "V?" - M
E) M: "V"
Verilmiş sözlərdən hansı cərgədəkilərə saitlə başlanan hal və ya mənsubiyyət şəkilçisi qoşulduqda söz kökünün ikinci hecasındakı sait düşür ?
A) çömçə, çəllək, şəkil, cisim
B) çiyin, oğul, noğul, daxıl
C) sərin, taxıl, paxıl, peyin
D) beyin, alın, isim, fikir
E) sinif, boyun, əsil, pərvanə
Aşağıdakı cümlədə feldən düzələn sifət hansı cümlə üzvü yerində işlənmişdir ?
Seçicilər sürücü vəlini yenə namizəd verdilər.
A) tamamlıq; təyin
B) tamamlıq; xəbər
C) mübtəda; zərflik
D) mübtəda; təyin
E) tamamlıq; zərflik
Aşağıdakı sadalanan sözlərdən hansında hərflərin sayı səslərin sayından bir vahid azdır ?
A) alim
B) dəniz
C) radio
D) könül
E) gündüz
Sıra saylarının yazılışında  səhv variantları göstərin.
1) 5-inci gün           4) 5-nci gün
2) 5-ci otaq             5) V-ci əsr
3) V əsr
A) 2,5
B) 1 ,4, 5
C) 2, 4
D) 1, 2
E) 1, 2, 4
Aşağıda verilmiş sözlərdən hansı cərgədə həm tə"sirli, həm də tə"sirsiz fellər göstərilmişdir ?
A) yazılan kitab; gələcək gün
B) bişirib-düşürmək; evə gedəndə
C) söykənmək; ağlağan uşaq
D) baltalamaq; əyləşmək
E) baxmaq; tikiləcək bina
Hansı sıradakı sözlərə saitlə başlanan şəkilçi artırdıqda k-y, q-ğ əvəzlənməsi baş verir ?
A) texnik; bioloq
B) filoloq; göbələk
C) qaymaq; çəllək
D) qaynaq; mexanik
E) çörək; ixtioloq
Aşağıdakı sözlərdən hansının tərkibində ancaq dodaqlanan saitlər iştirak edir ?
A) nəsimişünas
B) meydança
C) yoluxmaq
D) yorğun
E) qiraət
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top