Tapılan ümumi test sayı : 42

Aşağıdakı nümunədə cümlənin quruluşu və növünü müəyyənləşdirin. 
A) tabesiz mürəkkəb cümlə: aydınlaşdırma əlaqəsi
B) tabesiz mürəkkəb cümlə: səbəb - nəticə əlaqəsi
C) mübtəda əsasında formalaşmış sadə cümlə
D) tabeli mürəkkəb cümlə: tamamlıq budaq cümləsi
E) tabeli mürəkkəb cümlə: tə"yin budaq cümləsi
Aşağıdakı xüsusiyyət hansı növ ismi birləşmələrə aiddir: tərəflər arasına istənilən qədər söz daxil ola bilir, tərəflər birlikdə bir cümlə üzvü yerində işlənir.
A) I, II növ ismi birləşmələr
B) I, III növ ismi birləşmələr
C) I, II, III növ ismi birləşmələr
D) II, III növ ismi birləşmələr
E) III növ ismi birləşmələr
Aşağıdakı ifadələrdə icbar və qarşılıq növündə olan fe"lləri tapın.
A) bölmək, vurmaq, görüşdürmək, söndürmək
B) silinmək, yuyunmaq, aldırmaq, qorunmaq
C) yuyundurmaq, böldürmək, görüşmək, yazışmaq
D) görüşmək, döyüşmək, yazılmaq, yandırtmaq
E) gülüşmək, doluşmaq, uzaqlaşmaq, söndürmək
Həm fe"lin, həm də ismin xüsusiyyətlərini daşıyan sözlər necə adlanır ?
A) fe"li sifət, fe"li bağlama
B) fe"li sifət, məsdər
C) fe"li sifət
D) fe"li bağlama
E) məsdər
Dilimizə fars dilindən keçən sözlər cərgəsini göstərin.
A) çarpayı, bahar, xörək, pəncərə
B) dilavər, baş, baba, yurd
C) həyat, ana, həyət, gözəl
D) təranə, bilmək, dəniz, dəftər
E) zəif, boyun, göz, su
Sözlərdən  neçəsinin yazılışı səhvdir ?
Fakultə, layihə, kiprik, pyes, töhvə, öhtə, tədbiq, büro, düha, şe"r
A) 4
B) 1
C) 5
D) 3
E) 2
Həm fe"lin, həm də zərfin xüsusiyyətlərini daşıyan sözlər necə adlanır ?
A) məsdər,
B) fe"li bağlama,
C) fe"li sifət,
D) fe"li bağlama, məsdər
E) fe"li sifət, fe"li bağlama,
Verilmiş sözlərdən yalnız kar və cingiltili samitlərdən qarşılığı olmayanları göstərin.
limon, yay, nərdivan, payız, tələbə, nərd, nər, hünər, həlim
A) 5
B) 1
C) 4
D) 2
E) 3
"Kim tez gəldi o hədiyyə aldı" - cümləsi tabeli mürəkkəb cümlənin hansı növünə aiddir ? Baş, yoxsa budaq cümlə əvvəl işlənmişdir ?
A) Xəbər budaq cümləsi, budaq cümlə əvvəl
B) Tamamlıq budaq cümləsi, baş cümlə əvvəl
C) Tə`yin budaq cümləsi, budaq cümlə əvvəl
D) Zərflik budaq cümləsi, baş cümlə əvvəl
E) Mübtəda budaq cümləsi, budaq cümlə əvvəl
Hansı cərgədəki sözlər fel formalarının hekayə və rəvayət formasında işlənmişdir ?
A) görəsidi, yığmışmış, gələcəkmiş
B) baxmalıda, yazsam, aldırdı
C) yığdım, baxmışmış, görəsidi
D) yazardı, qazasıyıq, baxdı
E) gördü, yazmışdı, alasıyam
Verilmiş sxemlərə [1T+2T; 1Ty+2Tm] uyğun ismi birləşmələri tapın.
Cavan oğlan dostunun kitabını götürdü. Ata nəsihəti ona çox tə"sir etmişdi. Vətən məhəbbəti bütün məhəbbətlərdən müqəddəsdir.
A) 4
B) 3
C) 1
D) 2
E) 5
Mətndə fe`li bağlama və məsdər tərkiblərinin sayını müəyyənləşdirin.
O, öz mühafizəçiləri ilə meydanın ortasında cəzanı icraya hazırlaşan hökumət və şəriət adamlarından ayrılıb mahmızlı çəkmələrilə səs salaraq camaata tərəf gələndə tamaşaçılar pıçıldaşdılar.
A) 3
B) 1
C) 4
D) 5
E) 2
Tərkibində vasitəsiz nitq olan aşağıdakı cümlə hansı sxemə uyğun gəlir ?
Xosrov: "Hardasan, cavan?" - deyə soruşdu
A) M: "V?" - M
B) M: "V"
C) "V, - M, - V!"
D) M: "V!"
E) "V", - M
Verilmiş sözlərdən hansı cərgədəkilərə saitlə başlanan hal və ya mənsubiyyət şəkilçisi qoşulduqda söz kökünün ikinci hecasındakı sait düşür ?
A) çömçə, çəllək, şəkil, cisim
B) sinif, boyun, əsil, pərvanə
C) sərin, taxıl, paxıl, peyin
D) çiyin, oğul, noğul, daxıl
E) beyin, alın, isim, fikir
Aşağıdakı cümlədə feldən düzələn sifət hansı cümlə üzvü yerində işlənmişdir ?
Seçicilər sürücü vəlini yenə namizəd verdilər.
A) mübtəda; təyin
B) mübtəda; zərflik
C) tamamlıq; xəbər
D) tamamlıq; təyin
E) tamamlıq; zərflik
Aşağıdakı sadalanan sözlərdən hansında hərflərin sayı səslərin sayından bir vahid azdır ?
A) alim
B) könül
C) radio
D) gündüz
E) dəniz
Sıra saylarının yazılışında  səhv variantları göstərin.
1) 5-inci gün           4) 5-nci gün
2) 5-ci otaq             5) V-ci əsr
3) V əsr
A) 1 ,4, 5
B) 1, 2
C) 1, 2, 4
D) 2, 4
E) 2,5
Aşağıda verilmiş sözlərdən hansı cərgədə həm tə"sirli, həm də tə"sirsiz fellər göstərilmişdir ?
A) bişirib-düşürmək; evə gedəndə
B) baltalamaq; əyləşmək
C) baxmaq; tikiləcək bina
D) söykənmək; ağlağan uşaq
E) yazılan kitab; gələcək gün
Hansı sıradakı sözlərə saitlə başlanan şəkilçi artırdıqda k-y, q-ğ əvəzlənməsi baş verir ?
A) qaymaq; çəllək
B) çörək; ixtioloq
C) texnik; bioloq
D) filoloq; göbələk
E) qaynaq; mexanik
Aşağıdakı sözlərdən hansının tərkibində ancaq dodaqlanan saitlər iştirak edir ?
A) nəsimişünas
B) qiraət
C) meydança
D) yorğun
E) yoluxmaq
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top