Tapılan ümumi test sayı : 43

"Səbr eylə!" satirası M.Ə.Sabir üslubunu xarakterizə edən hansı cəhəti ilə seçilir ?
A) kinayə üsulundan istifadə edilməklə, yoxsullara müraciət formasında yazılmışdır;
B) mənfi tipin dilindən yazılmışdır;
C) sadəlövh bir kəndlinin dilindən yazılmışdır;
D) Sabirin o biri satiralarından elə bir özünəməxsus cəhəti ilə seçilmir
E) fikrin birbaşa ifadəsi yolu ilə yoxsullara müraciətlə yazılmışdır;
Hamlet əsərində aktyorların oynayacağı tamaşaya əlavə etdiyi "Siçan tələsi" ilə faciə qəhrəmanı hansı məqsədi izləyirdi ?
A) Saray mühitinin çirkabını, hər cür münasibətin müəyyən mənafe üzərində qurulduğunu göstərmək;
B) aktyorların əvvəlcədən hazırladığı bu tamaşanın kral Klavdinin, anası kraliçanın zövqünə uyğun daha ciddi dram ünsürləri ilə zənginləşdirmək.
C) köhnə dostları olan truppa üzvlərinin yüksək faciə aktyorları olduqlarını nümayiş etdirmək;
D) "dünyanın əşrəfi" saydığı insanın daxili ziddiyyətlərini göstərmək, öz arzu və niyyətlərini daha geniş auditoriyaya çıxarmaq;
E) kölgədən gördüklərinin həqiqət olub olmadığını yoxlamaqla tərəddüdlərinə son qoyub qəti qərar vermək;
M.F.Axundov dramatik janırlar içərisində niyə məhz komediyanı seçmişdir ?
A) komediya tənqidi əsər olduğundan ictimai qüsurlar əleyhinə qüvvətli mübarizə vasitəsi idi;
B) ona dostları komediya janrından başlamağı tövsiyyə etmişdilər;
C) dramatik əsər olmaq e`tibarı ilə komediya yazmaq daha asan idi;
D) Azərbaycan ədəbiyyatında komediya janrının müəyyən ən`ənəsi var idi;
E) komediya kiçik həcimli əsər idi, səhnəyə qoyulmaqla asan yayıla bilərdi;
Aşıq Ələsgərdən verilmiş aşağıdakı misralarda hansı bədii təsvir vasitəsi var ?
Ala yanağına, bal dodağına
Baxan kimi ağlım çaşdı, Güləndam!
A) təşbeh
B) spitet
C) simvol
D) metafora
E) metonimiya
Burada nəyi heca vəzninin əlaməti kimi götürmək olmaz ?
A) bölgünün bütöv söz prinsipinə əsaslanması
B) onun Azərbaycan xalq şe`rinin yeganə vəzn olması
C) misralarda hecaların sayca bərabərliyi
D) misralarda uzun və qısa hecaların mütənasib növbələnməsi
E) misra bölümlərində hecaların sayı
"Mən kimi əldə yox ixtiyarın,
Bir özgə əlindədir məharın" -
misraları M.Füzulinin hansı qəhrəmanının dilindən deyilir ?
A) Məcnunun atasının
B) Nofəlin
C) Leylinin
D) İbin Səlamın
E) Məcnunun
XIII-XIV əsrlər Azərbaycan ədəbiyyatına ən mühüm ədəbi hadisə:
A) Azərbaycan dilində yazan şairlərin çoxalması;
B) farsca yazan şairlərin hökümdarlar tərəfindən himayə olunması
C) qəzəl janrının məhdud çərçivədən çıxıb ən mühüm ictimai mətləbləri də əhatə etməsi;
D) poema janrının inkişafı
E) Nizami ən`ənələrinin davam etdirilməsi
Nizami "Xəmsə"sinə daxil edilən hansı poema vahid sujet xəttinə malik olmayıb, ayrı-ayrı mənzum hekayələrdən ibarətdir ?
A) "Leyli və Məcnun"
B) "İsgəndərnamə"
C) "Xosrov və Şirin"
D) "Yeddi gözəl"
E) "Sirlər xəzinəsi"
Aşağıdakı əsərlərdən biri Xaqaninin deyil:
A) "Həbsiyyə"
B) "Qəsideyi-şiniyyə"
C) "Dəhnamə"
D) "Töhvətül-İraqeyin"
E) "Mədain xərabələri"
"Kitabi Dədə Qorqud"un müqəddiməsində nədən bəhs olunur?
A) Bayandır xanın nəsil tarixindən Qazanın onunla qohum olmasından;
B) Dədə Qorqudun anadan olması, şəxsiyyəti, qeyri-adi xüsusiyyətləri, ona aid edilən atalar sözlərindən və onun qadınları dörd soya bölməsindən
C) Alp Aruzla Qazan xanın düşmən olmasından və Beyrəyin öldürülməsindən;
D) Qazan xanın anadan olmasından və Bayandır xanla qohumluğundan;
E) oğuz tayfalarının ən`ələrindən, həyat tərzindən;
Bayatıya verilmiş tə`riflərdən hansı dəqiqdir ?
A) cəmi dörd misradan ibarət, yeddi hecalı şe`r şəkli
B) hər misrası yeddi hecalı, əsas fikri üçüncü və dördüncü misralarda verilən bir bəndlik şe`r şəkli
C) cəmi dörd misradan ibarət, aaba formasında qfiyələnən şe`r şəkli
D) bir bənddən ibarət, aaba formasında qafiyələnən şe`r şəkli
E) cəmi dörd misradan ibarət, aaba formasında qafiyələnən yeddi hecalı lirik şe`r şəkli
Məhsəti Gəncəvi  yaradıcılığı üçün səciyyəvi şe`r şəkli.
A) qəsidə
B) məsnəvi
C) rübai
D) qit`ə
E) qəzəl
Südabə obrazı H.Cavidin hansı əsərindədir ?
A) "Səyavuş"
B) "Xəyyam"
C) "Şeyx Sən`an"
D) "İblis"
E) "Azər"
S.Vurğun "Vaqif" pyesində şöhrətə aldanışın faciəsi hansı obrazın şəxsində göstərilmişdir ?
A) Tamara
B) Xuraman
C) Əminə
D) Gülnar
E) Tükəzban
C.Cabbarlı yaradıcılığının birinci dövrünə aid əsəri göstərin:
A) "Dönüş"
B) "Nəsrəddin şah"
C) "Od gəlini"
D) "Oqtay Eloğlu"
E) "Sevil"
Hansı sırada budaq cümlə baş cümləyə bağlayıcı sözlə bağlanmışdır ?
A) Bütün günü  işləmişdisə də, yenə yorğun deyildi.
B) Əgər hazırlaşıbsa, yaxşı cavab verəcək.
C) Heç nədən qorxmurdu, çünki biliyinə arxayın idi.
D) Elə oğul lazımdır ki, ölümdən qorxmasın.
E) Nə qədər deyiblər, o qədər də gətirərsən.
"Rüxsarə inanırdı ki, onun apardığı mübarizə haqq işidir" tabeli mürəkkəb cümləsində budaq cümlə hansı növdədir ?
A) xəbər budaq cümləsi
B) mübtəda budaq cümləsi
C) məqsəd budaq cümləsi
D) tamamlıq budaq cümləsi
E) səbəb budaq cümləsi
Başqa, savayı,əlavə, qeyri sözlərinin köməyi ilə cümlənin hansı üzvü xüsusiləşir ?
A) tamamlıq
B) zərflik
C) mübtəda
D) tə`yin
E) xəbər
Şəxssiz cümləni göstərin:
A) Onu direktorun yanına çağırdılar.
B) Bayaqdan sizi gözləyirəm.
C) Cücəni payızda sayarlar.
D) Hamı narahat idi.
E) Oyunun başlanmasına az qalıb.
"Dağdan enəndə" fe`li birləşməsində tabe tərəf hansı nitq hissəsi ilə ifadə olunmuşdur ?
A) isimlə
B) əvəzliklə
C) fe`li sifələ
D) zərflə
E) qoşma ilə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top