Tapılan ümumi test sayı : 43

Müəyyənlik bildirən yiyəlik hala aid edilən əlamətlərdən biri səhvdir ?
A) Bu hal III növ ismi söz birləşməsinin birinci tərəfi olur.
B) Kimin? nəyin? haranın? suallarından birinə cavab verir.
C) Mə`nasına görə müəyyənlik bildirir.
D) Bu halda işlənən söz cümlənin xəbəri ola bilmir.
E) Kimi, qədər, tək, ilə qoşmaları bu halda olan sözlərlə əlaqəyə girir.
"Həyat davam edir" cümləsi nə üçün cüttərkibli müxtəsər cümlə sayılır ?
A) baş üzvlərin hər ikisi
B) mübtəda ilə xəbər arasında uzlaşma olduğuna görə
C) bitmə intonasiyası ilə tələffüz olunduğuna görə
D) yalnız baş üzvlərdən ibarət olduğuna görə
E) müxtəsər fikir ifadə etdiyinə görə
"Cəld tərpənən" fe`li birləşməsinin tərəfəri arasında hansı sintaktik əlaqə vardır ?
A) idarə
B) tabesizlik
C) yanaşma
D) sintaktik əlaqə yoxdur
E) uzlaşma
Tabe tərəfi sifətlə ifadə olunan I növ ismi söz birləşməsini göstərin.
A) bu məsələ
B) ağır döyüş
C) rezin çəkmə
D) beş tələbə
E) görüləsi iş
İsmi xəbərli cüttərkibli sadə cümləni göstərin.
A) Həyat necə də gözəldir?!
B) Yağışdan sonra təbiət də gözəlləşdi.
C) İlyas tapşırığı yazdı.
D) Biz ondan tez-tez xəbər tuta bilmirik.
E) Yayın son günlərindən biri idi.
Yalnız yönlük hal tələb edən qoşmalar hansı sırada verilmişdir ?
A) tərəf, doğru, sarı
B) tək, savayı, bəri
C) üçün, ilə, ötrü
D) başqa, savayı, özgə
E) kimi, qədər, tək
"İlqarla Vüqar bağda işləyirlər" cümləsində İlqarla sözündəki la nədir ?
A) zərf düzəldən şəkilçi
B) ədat
C) qoşma
D) bağlayıcı
E) fe`l düzəldən şəkilçi
Fe`li sifət ən çox hansı cümlə üzvü vəzifəsində işlənir ?
A) tamamlıq
B) zərflik
C) tə`yin
D) mübtəda
E) xəbər
Aşağıdakılar fe`li sifət şəkilçiləri kimi  verilmişdir. Səhv olanı göstərin.
A) -an(-ən)
B) -ası(-əsi)
C) -qan(-kən)
D) -acaq(-əcək)
E) -malı(-məli)
"Axtardığınız mənzil aşağıdadır" cümləsində xəbər hansı nitq hissəsi ilə ifadə olunmuşdur ?
A) isimlə
B) zərflə
C) fe`llə
D) sifətlə
E) əvəzliklə
"Şəkil" sözünün fonetik təhlilində hansı mərhələdə səhvə yol verilmişdir ?
A) ə, i, inə, dodaqlanmayan saitlərdir.
B) Bu sözdə 5 səs (ş, ə, k, i, l) və 5 hərf (şe, ə, ke, i, el) vardır
C) ş, l kar, k cingiltili samitdir.
D) İki hecalı sözdür, vurğu ikinci hecaya düşür.
E) Sözdə incə saitlərin ahəngi gözlənmişdir.
Hansı sırada vergül düzgün qoyulmamışdır ?
A) Bacım, Mətanət səni gözləyir.
B) Mən buraya atamın tapşırığına görə, gəlmişəm.
C) Aldığımız mə`lumata görə, müşavirə ayın axırında keçiriləcək.
D) O, doğrunu yalandan seçməyi bacarır.
E) Xülasə, çox şeydən danışmaq olar.
Hansı sıra bütünlüklə yazılışı ilə tələffüzü arasında fərq olan sözlərdən ibarətdir ?
A) çiçək, kitab, vicdan, rahat
B) hətta, iradə, atlas, avtobus
C) hətta, doqquz, koridor, avtobus
D) doqquz, şkaf, həyat, bağban
E) belə sıra yoxdur
Fe`lin lazım forması hansı şəkilçi ilə düzəlir ?
A) -malı(-məli)
B) -sa(-sə)
C) -a(-ə)
D) -ası(-əsi)
E) -acaq(-əcək)
Sifət qrammatik mə`nasına görə nə bildirir ?
A) əşya
B) hərəkət
C) sifətin konkret qrammatik mə`nası yoxdur
D) əlamət
E) miqdar
"Çiçəklənmişdir" sözündə vurğu neçənci hecaya düşür ?
A) 3-cü
B) 2-ci
C) 1-ci
D) 4-cü
E) 5-ci
"Bütün" sözü əvəzliklərin hansı növünə daxildir ?
A) işarə
B) tə`yini
C) qeyri-müəyyən
D) şəxs
E) sual
Qeyri-müəyyən miqdar sayı hansı cümlədə işlənmişdir ?
A) Beşincilər daha sə`ylə çalışırlar.
B) Onun çox işlərdən xəbəri yoxdur.
C) Bu gün xüsusilə çox işləmisən.
D) İş saat 8-də başlanır.
E) Siz xeyli yorğun görünürsüz.
Fe`ldən düzələn sifətlərin verildiyi sıranı göstərin.
A) bitkin, çalışqan, sönük, yorucu
B) saf, təmiz, əxlaqlı, bəyaz
C) məzmunsuz, duyğusuz, küçədəki, mənzərəli
D) kiçik, zəngin, dünənki qabaqcıl
E) zarafatcıl, rəngli, mə`nəvi, əqli
Təsirlik hallı söz hansı birləşmədə işlənmişdir ?
A) elmi fəaliyyət
B) dərsi öyrənmək
C) şabalıdı torpaqlar
D) Xəzər dənizi
E) Azərbaycan istiqlalı
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top