Tapılan ümumi test sayı : 43

"Səbr eylə!" satirası M.Ə.Sabir üslubunu xarakterizə edən hansı cəhəti ilə seçilir ?
A) kinayə üsulundan istifadə edilməklə, yoxsullara müraciət formasında yazılmışdır;
B) fikrin birbaşa ifadəsi yolu ilə yoxsullara müraciətlə yazılmışdır;
C) mənfi tipin dilindən yazılmışdır;
D) Sabirin o biri satiralarından elə bir özünəməxsus cəhəti ilə seçilmir
E) sadəlövh bir kəndlinin dilindən yazılmışdır;
Hamlet əsərində aktyorların oynayacağı tamaşaya əlavə etdiyi "Siçan tələsi" ilə faciə qəhrəmanı hansı məqsədi izləyirdi ?
A) Saray mühitinin çirkabını, hər cür münasibətin müəyyən mənafe üzərində qurulduğunu göstərmək;
B) aktyorların əvvəlcədən hazırladığı bu tamaşanın kral Klavdinin, anası kraliçanın zövqünə uyğun daha ciddi dram ünsürləri ilə zənginləşdirmək.
C) "dünyanın əşrəfi" saydığı insanın daxili ziddiyyətlərini göstərmək, öz arzu və niyyətlərini daha geniş auditoriyaya çıxarmaq;
D) köhnə dostları olan truppa üzvlərinin yüksək faciə aktyorları olduqlarını nümayiş etdirmək;
E) kölgədən gördüklərinin həqiqət olub olmadığını yoxlamaqla tərəddüdlərinə son qoyub qəti qərar vermək;
M.F.Axundov dramatik janırlar içərisində niyə məhz komediyanı seçmişdir ?
A) komediya tənqidi əsər olduğundan ictimai qüsurlar əleyhinə qüvvətli mübarizə vasitəsi idi;
B) dramatik əsər olmaq e`tibarı ilə komediya yazmaq daha asan idi;
C) komediya kiçik həcimli əsər idi, səhnəyə qoyulmaqla asan yayıla bilərdi;
D) Azərbaycan ədəbiyyatında komediya janrının müəyyən ən`ənəsi var idi;
E) ona dostları komediya janrından başlamağı tövsiyyə etmişdilər;
Aşıq Ələsgərdən verilmiş aşağıdakı misralarda hansı bədii təsvir vasitəsi var ?
Ala yanağına, bal dodağına
Baxan kimi ağlım çaşdı, Güləndam!
A) təşbeh
B) simvol
C) metafora
D) spitet
E) metonimiya
Burada nəyi heca vəzninin əlaməti kimi götürmək olmaz ?
A) bölgünün bütöv söz prinsipinə əsaslanması
B) onun Azərbaycan xalq şe`rinin yeganə vəzn olması
C) misralarda uzun və qısa hecaların mütənasib növbələnməsi
D) misra bölümlərində hecaların sayı
E) misralarda hecaların sayca bərabərliyi
"Mən kimi əldə yox ixtiyarın,
Bir özgə əlindədir məharın" -
misraları M.Füzulinin hansı qəhrəmanının dilindən deyilir ?
A) Məcnunun atasının
B) Nofəlin
C) Məcnunun
D) Leylinin
E) İbin Səlamın
XIII-XIV əsrlər Azərbaycan ədəbiyyatına ən mühüm ədəbi hadisə:
A) poema janrının inkişafı
B) Nizami ən`ənələrinin davam etdirilməsi
C) qəzəl janrının məhdud çərçivədən çıxıb ən mühüm ictimai mətləbləri də əhatə etməsi;
D) Azərbaycan dilində yazan şairlərin çoxalması;
E) farsca yazan şairlərin hökümdarlar tərəfindən himayə olunması
Nizami "Xəmsə"sinə daxil edilən hansı poema vahid sujet xəttinə malik olmayıb, ayrı-ayrı mənzum hekayələrdən ibarətdir ?
A) "Leyli və Məcnun"
B) "Yeddi gözəl"
C) "Xosrov və Şirin"
D) "Sirlər xəzinəsi"
E) "İsgəndərnamə"
Aşağıdakı əsərlərdən biri Xaqaninin deyil:
A) "Qəsideyi-şiniyyə"
B) "Həbsiyyə"
C) "Mədain xərabələri"
D) "Töhvətül-İraqeyin"
E) "Dəhnamə"
"Kitabi Dədə Qorqud"un müqəddiməsində nədən bəhs olunur?
A) oğuz tayfalarının ən`ələrindən, həyat tərzindən;
B) Bayandır xanın nəsil tarixindən Qazanın onunla qohum olmasından;
C) Dədə Qorqudun anadan olması, şəxsiyyəti, qeyri-adi xüsusiyyətləri, ona aid edilən atalar sözlərindən və onun qadınları dörd soya bölməsindən
D) Qazan xanın anadan olmasından və Bayandır xanla qohumluğundan;
E) Alp Aruzla Qazan xanın düşmən olmasından və Beyrəyin öldürülməsindən;
Bayatıya verilmiş tə`riflərdən hansı dəqiqdir ?
A) cəmi dörd misradan ibarət, yeddi hecalı şe`r şəkli
B) bir bənddən ibarət, aaba formasında qafiyələnən şe`r şəkli
C) hər misrası yeddi hecalı, əsas fikri üçüncü və dördüncü misralarda verilən bir bəndlik şe`r şəkli
D) cəmi dörd misradan ibarət, aaba formasında qfiyələnən şe`r şəkli
E) cəmi dörd misradan ibarət, aaba formasında qafiyələnən yeddi hecalı lirik şe`r şəkli
Məhsəti Gəncəvi  yaradıcılığı üçün səciyyəvi şe`r şəkli.
A) rübai
B) qəsidə
C) qəzəl
D) qit`ə
E) məsnəvi
Südabə obrazı H.Cavidin hansı əsərindədir ?
A) "Azər"
B) "İblis"
C) "Xəyyam"
D) "Səyavuş"
E) "Şeyx Sən`an"
S.Vurğun "Vaqif" pyesində şöhrətə aldanışın faciəsi hansı obrazın şəxsində göstərilmişdir ?
A) Xuraman
B) Tamara
C) Gülnar
D) Tükəzban
E) Əminə
C.Cabbarlı yaradıcılığının birinci dövrünə aid əsəri göstərin:
A) "Oqtay Eloğlu"
B) "Dönüş"
C) "Sevil"
D) "Nəsrəddin şah"
E) "Od gəlini"
Hansı sırada budaq cümlə baş cümləyə bağlayıcı sözlə bağlanmışdır ?
A) Bütün günü  işləmişdisə də, yenə yorğun deyildi.
B) Elə oğul lazımdır ki, ölümdən qorxmasın.
C) Nə qədər deyiblər, o qədər də gətirərsən.
D) Əgər hazırlaşıbsa, yaxşı cavab verəcək.
E) Heç nədən qorxmurdu, çünki biliyinə arxayın idi.
"Rüxsarə inanırdı ki, onun apardığı mübarizə haqq işidir" tabeli mürəkkəb cümləsində budaq cümlə hansı növdədir ?
A) mübtəda budaq cümləsi
B) səbəb budaq cümləsi
C) xəbər budaq cümləsi
D) tamamlıq budaq cümləsi
E) məqsəd budaq cümləsi
Başqa, savayı,əlavə, qeyri sözlərinin köməyi ilə cümlənin hansı üzvü xüsusiləşir ?
A) zərflik
B) xəbər
C) tamamlıq
D) mübtəda
E) tə`yin
Şəxssiz cümləni göstərin:
A) Bayaqdan sizi gözləyirəm.
B) Oyunun başlanmasına az qalıb.
C) Onu direktorun yanına çağırdılar.
D) Hamı narahat idi.
E) Cücəni payızda sayarlar.
"Dağdan enəndə" fe`li birləşməsində tabe tərəf hansı nitq hissəsi ilə ifadə olunmuşdur ?
A) əvəzliklə
B) isimlə
C) fe`li sifələ
D) qoşma ilə
E) zərflə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top