Tapılan ümumi test sayı : 43

Müəyyənlik bildirən yiyəlik hala aid edilən əlamətlərdən biri səhvdir ?
A) Mə`nasına görə müəyyənlik bildirir.
B) Kimin? nəyin? haranın? suallarından birinə cavab verir.
C) Bu hal III növ ismi söz birləşməsinin birinci tərəfi olur.
D) Bu halda işlənən söz cümlənin xəbəri ola bilmir.
E) Kimi, qədər, tək, ilə qoşmaları bu halda olan sözlərlə əlaqəyə girir.
"Həyat davam edir" cümləsi nə üçün cüttərkibli müxtəsər cümlə sayılır ?
A) bitmə intonasiyası ilə tələffüz olunduğuna görə
B) mübtəda ilə xəbər arasında uzlaşma olduğuna görə
C) müxtəsər fikir ifadə etdiyinə görə
D) yalnız baş üzvlərdən ibarət olduğuna görə
E) baş üzvlərin hər ikisi
"Cəld tərpənən" fe`li birləşməsinin tərəfəri arasında hansı sintaktik əlaqə vardır ?
A) sintaktik əlaqə yoxdur
B) tabesizlik
C) yanaşma
D) idarə
E) uzlaşma
Tabe tərəfi sifətlə ifadə olunan I növ ismi söz birləşməsini göstərin.
A) beş tələbə
B) bu məsələ
C) görüləsi iş
D) rezin çəkmə
E) ağır döyüş
İsmi xəbərli cüttərkibli sadə cümləni göstərin.
A) Həyat necə də gözəldir?!
B) Biz ondan tez-tez xəbər tuta bilmirik.
C) Yayın son günlərindən biri idi.
D) Yağışdan sonra təbiət də gözəlləşdi.
E) İlyas tapşırığı yazdı.
Yalnız yönlük hal tələb edən qoşmalar hansı sırada verilmişdir ?
A) üçün, ilə, ötrü
B) başqa, savayı, özgə
C) tərəf, doğru, sarı
D) kimi, qədər, tək
E) tək, savayı, bəri
"İlqarla Vüqar bağda işləyirlər" cümləsində İlqarla sözündəki la nədir ?
A) ədat
B) bağlayıcı
C) qoşma
D) zərf düzəldən şəkilçi
E) fe`l düzəldən şəkilçi
Fe`li sifət ən çox hansı cümlə üzvü vəzifəsində işlənir ?
A) xəbər
B) zərflik
C) tamamlıq
D) tə`yin
E) mübtəda
Aşağıdakılar fe`li sifət şəkilçiləri kimi  verilmişdir. Səhv olanı göstərin.
A) -an(-ən)
B) -ası(-əsi)
C) -malı(-məli)
D) -qan(-kən)
E) -acaq(-əcək)
"Axtardığınız mənzil aşağıdadır" cümləsində xəbər hansı nitq hissəsi ilə ifadə olunmuşdur ?
A) sifətlə
B) isimlə
C) əvəzliklə
D) fe`llə
E) zərflə
"Şəkil" sözünün fonetik təhlilində hansı mərhələdə səhvə yol verilmişdir ?
A) Bu sözdə 5 səs (ş, ə, k, i, l) və 5 hərf (şe, ə, ke, i, el) vardır
B) ş, l kar, k cingiltili samitdir.
C) Sözdə incə saitlərin ahəngi gözlənmişdir.
D) İki hecalı sözdür, vurğu ikinci hecaya düşür.
E) ə, i, inə, dodaqlanmayan saitlərdir.
Hansı sırada vergül düzgün qoyulmamışdır ?
A) O, doğrunu yalandan seçməyi bacarır.
B) Bacım, Mətanət səni gözləyir.
C) Mən buraya atamın tapşırığına görə, gəlmişəm.
D) Aldığımız mə`lumata görə, müşavirə ayın axırında keçiriləcək.
E) Xülasə, çox şeydən danışmaq olar.
Hansı sıra bütünlüklə yazılışı ilə tələffüzü arasında fərq olan sözlərdən ibarətdir ?
A) hətta, doqquz, koridor, avtobus
B) belə sıra yoxdur
C) hətta, iradə, atlas, avtobus
D) doqquz, şkaf, həyat, bağban
E) çiçək, kitab, vicdan, rahat
Fe`lin lazım forması hansı şəkilçi ilə düzəlir ?
A) -malı(-məli)
B) -ası(-əsi)
C) -acaq(-əcək)
D) -a(-ə)
E) -sa(-sə)
Sifət qrammatik mə`nasına görə nə bildirir ?
A) əlamət
B) hərəkət
C) miqdar
D) sifətin konkret qrammatik mə`nası yoxdur
E) əşya
"Çiçəklənmişdir" sözündə vurğu neçənci hecaya düşür ?
A) 3-cü
B) 4-cü
C) 5-ci
D) 2-ci
E) 1-ci
"Bütün" sözü əvəzliklərin hansı növünə daxildir ?
A) qeyri-müəyyən
B) şəxs
C) sual
D) işarə
E) tə`yini
Qeyri-müəyyən miqdar sayı hansı cümlədə işlənmişdir ?
A) Beşincilər daha sə`ylə çalışırlar.
B) Onun çox işlərdən xəbəri yoxdur.
C) Bu gün xüsusilə çox işləmisən.
D) İş saat 8-də başlanır.
E) Siz xeyli yorğun görünürsüz.
Fe`ldən düzələn sifətlərin verildiyi sıranı göstərin.
A) bitkin, çalışqan, sönük, yorucu
B) saf, təmiz, əxlaqlı, bəyaz
C) məzmunsuz, duyğusuz, küçədəki, mənzərəli
D) kiçik, zəngin, dünənki qabaqcıl
E) zarafatcıl, rəngli, mə`nəvi, əqli
Təsirlik hallı söz hansı birləşmədə işlənmişdir ?
A) Xəzər dənizi
B) Azərbaycan istiqlalı
C) elmi fəaliyyət
D) şabalıdı torpaqlar
E) dərsi öyrənmək
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top