Tapılan ümumi test sayı : 43
1)
C.Məmmədquluzadənin "Anamın kitabı" komediyasında qoyulan ən mühüm məsələ nə idi ?
Xəta bildir
A)
millət və onun dili
B)
ana və oğullar
C)
xalq, vətən və ziyalılar
D)
milli istiqlal
E)
ailə və cəmiyyət
2)
Hamlet əsərində "Olum ya ölüm" məngənəsində sıxılan qəhrəmanın bütün əsər boyu daxili tərəddüdlərinə, qətiyyətsizliyinə səbəb nə idi ?
Xəta bildir
A)
Anası Gertrudanın aldanmış olduğunu zənn edib onun əlavə iztirab və narazılığına səbəb olmaq istəmirdi;
B)
atasının qatilini heç cür qəti müəyyən edə bilmirdi;
C)
Hamlet fəliyyət, iş adamı deyildi; düşüncələrindən irəli gedə bilmirdi;
D)
Özünün də cinayət işləyəcəyi təqdirdə kilsə qanunları və dar ağacları onu qorxudurdu;
E)
qəti qərar qəbul etməyə demokratizmi və ifrat humanizmi mane olurdu;
3)
"Hacı Qara" komediyasında Heydər bəyi Hacı Qara ilə birləşdirən nədir ?
Xəta bildir
A)
onların hər ikisinə pul lazım idi;
B)
Heydər bəy də Hacı Qara kimi xəsisdir;
C)
onların hər ikisi sövdəgər tacir obrazıdır;
D)
onların hər ikisi pul üçün hər cür riyakarlığa razı olur;
E)
Həm Hacı Qara, həm də Heydər bəy komik obrazlardır;
4)
S.Ə.Şirvanidən verilmiş aşağıdakı beytdə hansı bədii ifadə vasitəsi var ?
Naxunu-qəmlə bizi Fərhada nisbət etməyin
Kim yıxar bir gündə yüz min Bisütunu yişəmiz.
Xəta bildir
A)
təzad
B)
təkrir
C)
kinayə
D)
bədii üsul
E)
mübaliğə
A)
bölgünün bütöv söz prinsipinə əsaslanması
B)
misralarda uzun və qısa hecaların mütənasib növbələnməsi
C)
misraların qoşa-qoşa qafiyələnməsi və şe`r təqtillərinə əməl olunması
D)
misralarda hecaların sayca bərabərliyi
E)
misralarda daxili bölgünün gözlənilməsi
6)
"Ey xoş ol günlər ki, mən Həmraz idim canan ilə,
Ne`məti-vəslin görüb nazın çəkirdim min can ilə"-mətləli beyti ilə başlayan qəzəl M.Füzulinin "Leyli və Məcnun" poemasında kimin dilindən verilmişdir ?
Xəta bildir
A)
Leylinin
B)
Zeydin
C)
Məcnunun atasının
D)
Leylinin anasının
E)
Məcnunun
7)
Aşağıdakılardan kim "Xəmsə" mövzusunda poema yazmışdır ?
Xəta bildir
A)
Həbibi
B)
Qövsi Təbrizi
C)
Fədai
D)
Saib Təbrizi
E)
Arif Ərdəbili
8)
Nizami "Xəmsə"sinə daxil edilmiş poemaların ardıcıllığı hansı sırada pozulmuşdur ?
Xəta bildir
A)
"Leyli və Məcnun"
B)
"Yeddi gözəl"
C)
"İsgəndərnamə"
D)
"Sirlər xəzinəsi"
E)
"Xosrov və Şirin"
9)
Aşağıdakılardan kim XI əsrin sonu, XII əsrin əvvəllərində Şirvanşahlarda yaşayıb-yaradan saray şairləri sırasında verilə bilməz ?
Xəta bildir
A)
Xaqani
B)
Fələki
C)
İzəddin Şirvani
D)
Əbdülüla Gəncəvi
E)
Qətran Təbrizi
10)
Qazan xan nə üçün Qaraca Çobanın onunla düşmən üzərinə birgə getməsinə razı olmaq istəmədi ?
Xəta bildir
A)
qorxurdu ki, tayfa bəyləri "Qaraca Çoban olmasa idi, Qazan heç nə edə bilməzdi" desinlər;
B)
oğlu Uruzun qarşısında gözükölgəli olacağından qorxurdu.
C)
igidin igidə icazəsiz kömək etməsi günah sayılırdı;
D)
Qaraca Çobana yuxarıdan aşağı baxırdı;
E)
o dövrün qanunlarına görə, kişi ailəsi ilə bağlı məsələlərdə təkbaşına məs`uliyyət daşıyırdı;
11)
Şifahi xalq ədəbiyyatına aid edilən əlamətlərdən biri səhvdir:
Xəta bildir
A)
özünəməxsus janır və dil ifadə xüsusiyyətləri var;
B)
yalnız epik janırları olur;
C)
şifahi şəkildə yaranır və inkişaf edir;
D)
ümumxalq təfəkkürünün məhsuludur;
E)
çoxvariantlı ədəbiyyatdır;
12)
Qit`ə qafiyə quruluşuna görə klassik şe`rin hansı şəklinə yaxındır ?
Xəta bildir
A)
mürəbbe
B)
rübai
C)
məsnəvi
D)
qəzəl
E)
müxəmməs
A)
"Qafqaz qartalı"
B)
"Ana abidəsi"
C)
"Ağbulaq dağlarında"
D)
"Şamo"
E)
"Saçlı"
14)
S.Vurğunun hansı əsərinin faciəvi sonluğu sonradan nikbin məzmunla tamamlandığından əsərin adı da dəyişdirilmişdir ?
Xəta bildir
A)
"Vaqif"
B)
"Komsomol poeması"
C)
"İnsan"
D)
"Xanlar"
E)
"Fərhad və Şirin"
15)
C.Cabbarlının aşağıdakı əsərlərindən biri tarixi faciədir. Həmin əsəri göstərin:
Xəta bildir
A)
"Od gəlini"
B)
"Aydın"
C)
"1905-ci ildə"
D)
"Yaşar"
E)
"Oqtay Eloğlu"
16)
Hansı sırada budaq cümlə baş cümləyə bağlayıcı sözlə bağlanmışdır ?
Xəta bildir
A)
Elə oxu ki, hamı anlaya bilsin.
B)
Sən vaxtında gəlib çıxsan, biz gecikmərik.
C)
Hava soyudumu, onu bu yerlərdə görə bilməzsən.
D)
Kim istəsə, onu özümlə aparacağam.
E)
Hərçənd çox çətindir, amma yerinə yetirilməlidir.
17)
"Hamıya məlumdur ki, sən mənim ən yaxın dostumsan" tabeli mürəkkəb cümləsində budaq cümlə hansı növdədir ?
Xəta bildir
A)
xəbər budaq cümləsi
B)
tamamlıq budaq cümləsi
C)
tə`yin budaq cümləsi
D)
səbəb budaq cümləsi
E)
mübtəda budaq cümləsi
18)
Baxmayaraq, hlda, əvəzinə sözlərinin köməyi ilə cümlənin hansı üzvü xüsusiləşir ?
Xəta bildir
A)
xəbər
B)
tamamlıq
C)
mübtəda
D)
zərflik
E)
tə`yin
A)
Biz dünən yola düşməli idik.
B)
Kimsə qapını həyəcanla döyürdü.
C)
Sizi telefona çağırırlar.
D)
Yanvar ayının 20-si idi.
E)
Yıxılana balta çalmazlar.
20)
Fe`li birləşmələrin tabeedici tərəfi nə ilə ifadə olunur?
Xəta bildir
A)
fe`lin bütün formaları ilə
B)
fe`lin xəbər forması ilə
C)
məsdər, fe`li sifət və fe`li bağlama ilə
D)
isim və sifətlə
E)
şəxs şəkilçisi qəbul etmiş hər hansı bir nitq hissəsi ilə
Cavabların yoxlanılması üçün ən azı bir testə cavab verilməlidir
Düzgün cavabların sayı : 0
Yalnış cavabların sayı : 0
Cavab verilməmiş sulların sayı : 0
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Cavabları yoxla
Səhifəni yenilə
Sizin seçdiyiniz cavab
Doğru cavab