Tapılan ümumi test sayı : 43

Qeyri-müəyyənlik bildirən yiyəlik hala aid edilən əlamətlərdən biri səhvdir.
A) Bu halda olan söz, adlıq hal kimi, nə? sualına cavab verir.
B) Bu hal II növ ismi söz birləşməsinin I tərəfi olur.
C) Bu halda işlənən söz cümlənin xəbəri ola bilmir.
D) Mə`nasına görə ümumilik və qeyri-müəyyənlik bildirir.
E) Bu halda olan sözü bütün işlənmə vəziyyətlərində müəyyən yiyəlik hala çevirmək mümkündür.
"Aytəkin şəhərə yola düşdü" cümləsi nə üçün cüttərkibli müxtəsər cümlə sayılır ?
A) daha geniş fikir ifadə etdiyinə görə
B) baş üzvlərlə yanaşı, ikinci dərəcəli üzv də iştirak etdiyinə görə
C) bitmə intonasiyası ilə tələffüz olunduğuna görə
D) baş üzvlər arsında uzlaşma əlaqəsi olduğuna görə
E) baş üzvlərin hər ikisi iştirak etdiyinə görə
"Qapını örtmək" fe`li birləşməsinin tərəfləri arasında hansı sintaktik əlaqə vardır ?
A) tabesizlik
B) yanaşma
C) uzlaşma
D) idarə
E) sintaktik əlaqə yoxdur
Tabe tərəfi isimlə ifadə olunan I növ ismi sözbirləşməsini göstərin.
A) daş hasar
B) kövrək qanadlar
C) pıçıldaşan ləpələr
D) onuncu sıra
E) həmin şəkillər
İsmi xəbərli cüttərkibli sadə cümləni göstərin.
A) Biz hamılıqla torpaqlarımızın müdafiəsinə qalxmalıyıq.
B) Ömür bizə yaşayıb yaratmaq üçün verilib.
C) Bahar fəsli idi.
D) Xəstənin halı xeyli yaxşılaşmışdı.
E) Qardaşım uşaq həkimidir.
Hansı sıradakı qoşmalar həm yiyəlik, həm də yönlük halı ilə işlənir ?
A) -dək, -can(-cən)
B) üçün, ötrü
C) tərəf, doğru
D) qeyri, savayı
E) qədər, kimi
"Qatarla getmək" birləşməsində la nədir ?
A) fe`l düzəldən şəkilçi
B) zərf düzəldən şəkilçi
C) bağlayıcı
D) ədat
E) qoşma
Fe`li bağlama hansı cümlə üzvü vəzifəsində işlənir ?
A) mübtəda
B) xəbər
C) tamamlıq
D) tə`yin
E) zərflik
Aşağıdakılar fe`ldən sifət düzəldən şəkilçilər kimi verilmişdir. Səhv olanı göstərin.
A) -ıcı(-ici, -ucu, -ücü)
B) -ıq(-ik, -uq, -ük)
C) -qın(-kin, -qun, -kün)
D) -qan(-kən)
E) -an(-ən)
"Görünür bu məsələdə sən haqlısan" cümləsində xəbər hansı nitq hissəsi ilə ifadə olunmuşdur ?
A) sifətlə
B) isimlə
C) fe`llə
D) sayla
E) əvəzliklə
Hansı sırada vergül düzgün qoyulmamışdır ?
A) Biz, əlbəttə qalib gələcəyik!
B) Bu, dostumun bağışladığı kitabdır.
C) O, ancaq sənə inanır.
D) Güləcəksən hər bir zaman, Azərbaycan, Azərbaycan! (S.V.)
E) Ana, Vətən çağırır, getməliyəm!
"Motor" sözünün fonetik təlilində hansı mərhələdə səhvə yol verilmişdir ?
A) Bu sözdə 5 səs (m, o, t, o, r) və 5 hərf (em, o, te, o, er) var.
B) m, r cingiltili, t kar samitdir.
C) İki hecalı sözdür, vurğu ikinci hecaya düşür.
D) Sözdə dodaqlanan qalın saitlərin ahəngi gözlənmişdir.
E) o, qalın dodaqlanan saitdir.
Hansı sırada sözlər düzgün yazılış cəhətdən bütünlüklə səhvdir ?
A) sürtük, maqintafon, bulut, rəsmxət
B) məcara, lahiyə, doğurdan, səhf
C) əsr, mə`sul, kran, istedad
D) tövsiyə, əlbətdə, məəttəl, poeziya
E) qəhrəman, yəqinlik, doğrudan, səlist
Fe`lin arzu forması hansı şəkilçi ilə düzəlir ?
A) -a(-ə)
B) -malı(-məli)
C) -sa(-sə)
D) -ası(-əsi)
E) -acaq(-əcək)
Fe`l qrammatik mənasına görə nə bildirir ?
A) miqdar
B) əşya
C) hərəkət
D) əlamət
E) fe`lin konkret qrammatik mə`nası yoxdur
Verilmiş sözlərin içərisində vurğusu birinci hecaya düşən neçə söz var ?
Barışmazlıq, opera, ehkam, bəlkə, insaflı, lirika, dalğın
A) 1
B) 2
C) 3
D) 4
E) 5
İşarə əvəzlikləri hansı sırada verilmişdir ?
A) kim, nə, hara, necə
B) mən, sən, biz, siz
C) öz, hər, bütün, filan
D) o, bu, elə, belə
E) hamı, birisi, heç kim, kimsə
Qeyri-müəyyən miqdar sayı hansı cümlədə işlənmişdir ?
A) Müzakirədə xeyli adam var idi.
B) Mən bu gün xeyli yorulmuşam.
C) Səkkiz dördə qalıqsız bölünür.
D) Bizə on kitab lazımdır.
E) Üçüncü sinif yarışlarda fərqlənirdi.
Fe`ldən düzələn isimlərin verildiyi sıranı göstərin.
A) bitki, basqın, anlayış
B) Gülüstan, Dağıstan, meşəlik
C) bağça, yoldaş, meydança
D) güldan, dənizçi, bəstəkar
E) yaxşılıq, bərklik, saflıq
Mənsubiyyət şəkilçili sözlər hansı sıradadır ?
A) onun zehni, şairin həyatı
B) həyati əsər, zehni iş
C) yorğun adam, sınıq qəlb
D) armudu stəkan, gümüşü saç
E) həyatı öyrənmək, zehni möhkəmləndirmək
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top