Tapılan ümumi test sayı : 43

Qeyri-müəyyənlik bildirən yiyəlik hala aid edilən əlamətlərdən biri səhvdir.
A) Bu halda işlənən söz cümlənin xəbəri ola bilmir.
B) Mə`nasına görə ümumilik və qeyri-müəyyənlik bildirir.
C) Bu halda olan sözü bütün işlənmə vəziyyətlərində müəyyən yiyəlik hala çevirmək mümkündür.
D) Bu hal II növ ismi söz birləşməsinin I tərəfi olur.
E) Bu halda olan söz, adlıq hal kimi, nə? sualına cavab verir.
"Aytəkin şəhərə yola düşdü" cümləsi nə üçün cüttərkibli müxtəsər cümlə sayılır ?
A) baş üzvlər arsında uzlaşma əlaqəsi olduğuna görə
B) baş üzvlərin hər ikisi iştirak etdiyinə görə
C) baş üzvlərlə yanaşı, ikinci dərəcəli üzv də iştirak etdiyinə görə
D) bitmə intonasiyası ilə tələffüz olunduğuna görə
E) daha geniş fikir ifadə etdiyinə görə
"Qapını örtmək" fe`li birləşməsinin tərəfləri arasında hansı sintaktik əlaqə vardır ?
A) uzlaşma
B) idarə
C) sintaktik əlaqə yoxdur
D) tabesizlik
E) yanaşma
Tabe tərəfi isimlə ifadə olunan I növ ismi sözbirləşməsini göstərin.
A) daş hasar
B) kövrək qanadlar
C) onuncu sıra
D) pıçıldaşan ləpələr
E) həmin şəkillər
İsmi xəbərli cüttərkibli sadə cümləni göstərin.
A) Biz hamılıqla torpaqlarımızın müdafiəsinə qalxmalıyıq.
B) Ömür bizə yaşayıb yaratmaq üçün verilib.
C) Bahar fəsli idi.
D) Qardaşım uşaq həkimidir.
E) Xəstənin halı xeyli yaxşılaşmışdı.
Hansı sıradakı qoşmalar həm yiyəlik, həm də yönlük halı ilə işlənir ?
A) -dək, -can(-cən)
B) üçün, ötrü
C) qeyri, savayı
D) qədər, kimi
E) tərəf, doğru
"Qatarla getmək" birləşməsində la nədir ?
A) ədat
B) bağlayıcı
C) fe`l düzəldən şəkilçi
D) qoşma
E) zərf düzəldən şəkilçi
Fe`li bağlama hansı cümlə üzvü vəzifəsində işlənir ?
A) tamamlıq
B) mübtəda
C) zərflik
D) xəbər
E) tə`yin
Aşağıdakılar fe`ldən sifət düzəldən şəkilçilər kimi verilmişdir. Səhv olanı göstərin.
A) -ıcı(-ici, -ucu, -ücü)
B) -an(-ən)
C) -ıq(-ik, -uq, -ük)
D) -qın(-kin, -qun, -kün)
E) -qan(-kən)
"Görünür bu məsələdə sən haqlısan" cümləsində xəbər hansı nitq hissəsi ilə ifadə olunmuşdur ?
A) fe`llə
B) əvəzliklə
C) isimlə
D) sayla
E) sifətlə
Hansı sırada vergül düzgün qoyulmamışdır ?
A) Ana, Vətən çağırır, getməliyəm!
B) Biz, əlbəttə qalib gələcəyik!
C) O, ancaq sənə inanır.
D) Bu, dostumun bağışladığı kitabdır.
E) Güləcəksən hər bir zaman, Azərbaycan, Azərbaycan! (S.V.)
"Motor" sözünün fonetik təlilində hansı mərhələdə səhvə yol verilmişdir ?
A) Sözdə dodaqlanan qalın saitlərin ahəngi gözlənmişdir.
B) Bu sözdə 5 səs (m, o, t, o, r) və 5 hərf (em, o, te, o, er) var.
C) o, qalın dodaqlanan saitdir.
D) m, r cingiltili, t kar samitdir.
E) İki hecalı sözdür, vurğu ikinci hecaya düşür.
Hansı sırada sözlər düzgün yazılış cəhətdən bütünlüklə səhvdir ?
A) qəhrəman, yəqinlik, doğrudan, səlist
B) məcara, lahiyə, doğurdan, səhf
C) sürtük, maqintafon, bulut, rəsmxət
D) tövsiyə, əlbətdə, məəttəl, poeziya
E) əsr, mə`sul, kran, istedad
Fe`lin arzu forması hansı şəkilçi ilə düzəlir ?
A) -sa(-sə)
B) -malı(-məli)
C) -ası(-əsi)
D) -a(-ə)
E) -acaq(-əcək)
Fe`l qrammatik mənasına görə nə bildirir ?
A) hərəkət
B) fe`lin konkret qrammatik mə`nası yoxdur
C) miqdar
D) əşya
E) əlamət
Verilmiş sözlərin içərisində vurğusu birinci hecaya düşən neçə söz var ?
Barışmazlıq, opera, ehkam, bəlkə, insaflı, lirika, dalğın
A) 5
B) 2
C) 1
D) 4
E) 3
İşarə əvəzlikləri hansı sırada verilmişdir ?
A) kim, nə, hara, necə
B) öz, hər, bütün, filan
C) mən, sən, biz, siz
D) o, bu, elə, belə
E) hamı, birisi, heç kim, kimsə
Qeyri-müəyyən miqdar sayı hansı cümlədə işlənmişdir ?
A) Üçüncü sinif yarışlarda fərqlənirdi.
B) Müzakirədə xeyli adam var idi.
C) Bizə on kitab lazımdır.
D) Mən bu gün xeyli yorulmuşam.
E) Səkkiz dördə qalıqsız bölünür.
Fe`ldən düzələn isimlərin verildiyi sıranı göstərin.
A) bağça, yoldaş, meydança
B) yaxşılıq, bərklik, saflıq
C) Gülüstan, Dağıstan, meşəlik
D) güldan, dənizçi, bəstəkar
E) bitki, basqın, anlayış
Mənsubiyyət şəkilçili sözlər hansı sıradadır ?
A) yorğun adam, sınıq qəlb
B) armudu stəkan, gümüşü saç
C) həyati əsər, zehni iş
D) həyatı öyrənmək, zehni möhkəmləndirmək
E) onun zehni, şairin həyatı
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top