Tapılan ümumi test sayı : 27
1)
"Xəmsə"ni və müxəmməsi birləşdirən ümumi cəhət nədir ?
Xəta bildir
A)
Hər ikisi beş rəqəmi ilə bağlıdır
B)
Hər ikisinə yalnız Nizami yaradıcılığında təsadüf edilir.
C)
Hər ikisi şe`r janrıdır.
D)
"Xəmsə" müxəmməs janrında yazılmışdır.
E)
Hər ikisi yalnız Azərbaycan ədəbiyyatına xasdır.
2)
S.Vurğun Nizami Gəncəvinin hansı poemasını Azərbaycan dilinə tərcümə etmişdir ?
Xəta bildir
A)
"Xosrov və Şirin"
B)
"Leyli və Məcnun"
C)
"İsgəndərnamə"
D)
"Sirlər xəzinəsi"
E)
"Yeddi gözəl"
3)
Verilmiş şe`r parçası əruz vəzninin hansı bəhrindədir:
Millət necə tarac olur olsun, nə işim var ?
Düşmənlərə möhtac olur olsun, nə işim var ? (M.Ə.Sabir)
Xəta bildir
A)
rəməl
B)
səri
C)
rəcəz
D)
həcəz
E)
xəfif
4)
Verilmiş şe`r parçasında misralar hansı qayda ilə bölgülərə ayrılmalıdır ?
Yaxşı gündə yarı yoldaş çox olur,
Yaman gündə heç bulunmaz, yox olur.
Yad ellərin tə`nə sözü ox olur,
Bir gün olur "vətən" deyib ağlarsan. (Vidadi)
Xəta bildir
A)
3+4+4
B)
4+3+4
C)
5+6
D)
4+4+3
E)
6+5
5)
"Ustad dərin, kamal dərin, söz dərin;
Birin boşa, birin boşla, birin sat" - misralarında işlənmiş bədii ifadə vasitəsi hansıdır ?
Xəta bildir
A)
təzad
B)
litota
C)
təkrir
D)
bədii sual
E)
mübaliğə
6)
"Məndə sığar iki cahan..." qəzəlində Nəsimi nəyi göstərmək istəmişdir ?
Xəta bildir
A)
insan elminin gücünü
B)
insanın böyüklüyünü
C)
ədalətin qələbə çalmasını
D)
insan duyğularının saflığını
E)
Eşqin ucalığını
7)
C.Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" əsərindən götürülmüş aşağıdakı parçada nöqtələrin yerinə hansı surətin adı yazılmalıdır ?
"... ortabab, qara və arıq övrətdi. Yaşı olar qırx, bəlkədə bir az artıq. Xudayar bəyə gələn vaxtlarda atası Xudayar bəyin atasından heç bir cəhətdə əskik deyil idi. Amma rüzigar belə gətirdi ki, atası öldü, sonra anası öldü, iki qardaşı öldü, qaldı tək Xudayarın ümidinə. Xudayar bəy də axır vaxtda oldu katda, yə`ni hörməti artdı və övrətinə nisbətən özü oldu ağa, övrəti oldu qaravaş".
Xəta bildir
A)
İzzət
B)
Zeynəb
C)
Şərəf
D)
Fizzə
E)
Ziba
8)
On yaşa girəndə bu nadir cavan
Otuz yaşlıları qoyurdu heyran.
Şirlər pəncəsinə pəncə verərdi,
Qılıncla sütunu yerə sərərdi.
Beytlərdə Nizaminin "Xosrov və Şirin" poemasının hansı qəhrəmanı təvsir edilir ?
Xəta bildir
A)
Xosrov
B)
Şirin
C)
Şiruyə
D)
Şapur
E)
Fərhad
9)
Yalnız məhəbbət dastanları verilmiş cərgəni göstərin:
Xəta bildir
A)
"Şah İsmayıl", "Qaçaq Nəbi"
B)
"Dastani-Əhməd Hərami", "Koroğlu"
C)
"Kİtabi-Dədə Qorqud", Qaçaq Nəbi"
D)
"Aşıq Qərib", "Abbas və Gülgəz"
E)
"Koroğlu", "Aşıq Qərib"
10)
Azərbaycan dilində rübai yazan şair kimdir ?
Xəta bildir
A)
Nizami Gəncəvi
B)
Əfzələddin Xaqani
C)
Qətran Təbrizi
D)
Məhsəti Gəncəvi
E)
İmadəddin Nəsimi
11)
Verilmiş tabeli mürəkkəb cümlənin birirnci tərəfi nədir:
Biz sahildən yenicə aralanmışdıq ki, duman çökməyə başladı.
Xəta bildir
A)
baş cümlə
B)
mübtəda budaq cümləsi
C)
zaman budaq cümləsi
D)
səbəb budaq cümləsi
E)
yer budaq cümləsi
12)
"Biz hamımız qarşıdakı imtahanlara ciddi hazırlaşırıq" - nümunəsində cümlə üzvlərinin düzümünü göstərin:
Xəta bildir
A)
mübtəda - tamamlıq - tə`yin - zərflik - xəbər
B)
tə`yin - mübtəda - zərflik - xəbər
C)
mübtəda - tə`yin - tamamlıq - zərflik - xəbər
D)
mübtəda - zərflik - tamamlıq - xəbər
E)
mübtəda -tamamlıq - tə`yin - xəbər
13)
"Azərbaycan tanımışdır vaxtsız qapı döyənləri" - cümləsində tamamlıq nə ilə ifadə olunmuşdur ?
Xəta bildir
A)
fe`llə
B)
ismi birləşmə ilə
C)
fe`li sifət tərkibi ilə
D)
fe`li sifətlə
E)
sifətlə
14)
Hansı cümlədə fe`li sifətlə ifadə olunmuşdur ?
Xəta bildir
A)
Sizin sözünüzün kəsəri azdır.
B)
Oxuyan bülbüldür, dinləyən qazdır.
C)
Dünyanın hər bir bucağına səpələnən soydaşlarımızın əsas dərdi vətən dərdidir.
D)
Ata nə qədər ciddi və tələbkar olarsa, oğul bir o qədər tərbiyəli və intizmlı olar.
E)
Söz var, gələr keçər, söz var, dələr keçər.
15)
Aşağıdakı cümlədə II növ ismi birləşməni (tə`yini söz birləşməsini) göstərin:
Mənim yaxın dostum Faiq də şahmat yarışında iştirak etmək istəyir.
Xəta bildir
A)
mənim dostum
B)
dostum Faiq
C)
iştirak etmək
D)
şahmat yarışında
E)
yaxın dostum
16)
Yalnız təqlidi sözlərdən ibarət olan cərgəni göstərin:
Xəta bildir
A)
şırıltı, gurultu, civilti, nərilti
B)
hey, vay, paho, axıntı
C)
mışıltı, sıxıntı, çöküntü, göyümtül
D)
zarıltı, tapıntı, çıxıntı, mələmək
E)
yumru-yumru, yastı-yastı, miyoltu, xorultu
17)
Tərkibində zaman zərfi olan cümləni göstərin:
Xəta bildir
A)
İstidən nəfəsi tutulurdu.
B)
Axşam güclü yağış yağdı.
C)
Ordumuz cəsarətlə irəliləyirdi.
D)
Samirə içəri daxil oldu.
E)
Firidun cəld ayağa durdu.
A)
Əmək insanı ucaldır.
B)
Dadaş qardaşına kömək etdi.
C)
Burda çimmək qadağandır.
D)
Yemək dostundan uzaq ol.
E)
Dümək, evi tapmadınız ?
19)
Cümlələrin hansında nəqli keçmiş zamana aid nümunə yoxdur:
Xəta bildir
A)
Gözəl, səndə bir nişanə görmüşəm.
B)
Neçə şair yola salıb.
C)
İlahim veribdi dərdi bol mana.
D)
Bir qaməti əlif bağrımı dəlib.
E)
İşarət eylədim, dərdimi bildi.
20)
Yalnız məchul növdə olan fe`llərin verildiyi cərgəni göstərin:
Xəta bildir
A)
Qucaqlaşmaq, toplaşmaq, oynaşmaq.
B)
Verilmək, atılmaq, yazılmaq.
C)
Yazışmaq, gəzişmək, qaçışmaq
D)
Vurulmaq, yorulmaq, evlənmək.
E)
Yedirtmək, gəzdirmək, daşıtmaq.
Cavabların yoxlanılması üçün ən azı bir testə cavab verilməlidir
Düzgün cavabların sayı : 0
Yalnış cavabların sayı : 0
Cavab verilməmiş sulların sayı : 0
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Cavabları yoxla
Səhifəni yenilə
Sizin seçdiyiniz cavab
Doğru cavab