Tapılan ümumi test sayı : 27

Cümlələrdən hansında o əvəzliyindən sonra vergül qoyulmalıdır ?
A) O günü illərin əlindən aldıq.
B) Bu dünyanın o dünyaya və`dəsiyəm.
C) O da Kərəm deyəni deyirdi.
D) O əkir, bu isə buğda biçirdi.
E) O tufan yıxmış bir ağacın üstündə oturub oxuyurdu.
"Artıq səni bürüməyə bir şeyim qalmadı, bala, gümanım bir ürəyimədir" - cümləsində adlıq halda olan neçə isim var ?
A) 3
B) 2
C) 6
D) 5
E) 4
Yalnız sözdəyişdirici şəkilçilər olan sıranı göstərin:
A) -acaq, -an, -a, -lı
B) -sız, -sal, -sa, -sı
C) -dır, -lı, -lıq, -çı
D) -da, -lar, -nın, -sı
E) -dan, -daş, -ın, -ış
Yalnız antonim sifətlər olan cərgəni göstərin:
A) böyük-kiçik, qalxmaq-enmək, getmək-gəlmək
B) ağ-qara, gecə-gündüz, içəri-bayır
C) hərb-sülh, cinayət-cəza, məkr-məhəbbət
D) böyük-iri, kiçik-balaca, hündür-uca
E) böyük-kiçik, uzun-qısa, şirin-acı
Köhnəlmiş sözlərdən ibarət olan cərgəni göstərin:
A) qovun, xırda, çimərlik
B) ələk, köynək, yataq
C) xış, yasavul, çarıq
D) daraq, qamçı, qapı
E) xəstə, loğman, otaq
Aşağıdakı cümlədə altından xətt çəkilmiş hansı sözün yazılışı səhvdir ?
        I            II                        III         IV                               V
Layih ənin məğzini anlamaq həmin məşhur mühəndisdən ötəri də çətin oldu. 
A) V
B) III
C) IV
D) II
E) I
Şəkil, fikir, sinif sözləri hallandıqda ismin neçə halında səs düşümü hadisəsi baş verir ?
A) 1
B) 2
C) 4
D) 3
E) 5
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top