Tapılan ümumi test sayı : 27

"Xəmsə"ni və müxəmməsi birləşdirən ümumi cəhət nədir ?
A) Hər ikisi şe`r janrıdır.
B) Hər ikisi yalnız Azərbaycan ədəbiyyatına xasdır.
C) Hər ikisinə yalnız Nizami yaradıcılığında təsadüf edilir.
D) "Xəmsə" müxəmməs janrında yazılmışdır.
E) Hər ikisi beş rəqəmi ilə bağlıdır
S.Vurğun Nizami Gəncəvinin hansı poemasını Azərbaycan dilinə tərcümə etmişdir ?
A) "Yeddi gözəl"
B) "Sirlər xəzinəsi"
C) "Leyli və Məcnun"
D) "İsgəndərnamə"
E) "Xosrov və Şirin"
Verilmiş şe`r parçası əruz vəzninin hansı bəhrindədir:
Millət necə tarac olur olsun, nə işim var ?
Düşmənlərə möhtac olur olsun, nə işim var ? (M.Ə.Sabir)
A) səri
B) xəfif
C) həcəz
D) rəcəz
E) rəməl
Verilmiş şe`r parçasında misralar hansı qayda ilə bölgülərə ayrılmalıdır ?
Yaxşı gündə yarı yoldaş çox olur,
Yaman gündə heç bulunmaz, yox olur.
Yad ellərin tə`nə sözü ox olur,
Bir gün olur "vətən" deyib ağlarsan. (Vidadi)
A) 3+4+4
B) 6+5
C) 4+3+4
D) 5+6
E) 4+4+3
"Ustad dərin, kamal dərin, söz dərin;
Birin boşa, birin boşla, birin sat" - misralarında işlənmiş bədii ifadə vasitəsi hansıdır ?
A) təzad
B) litota
C) bədii sual
D) mübaliğə
E) təkrir
"Məndə sığar iki cahan..." qəzəlində Nəsimi nəyi göstərmək istəmişdir ?
A) ədalətin qələbə çalmasını
B) insanın böyüklüyünü
C) Eşqin ucalığını
D) insan duyğularının saflığını
E) insan elminin gücünü
C.Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" əsərindən götürülmüş aşağıdakı parçada nöqtələrin yerinə hansı surətin adı yazılmalıdır ?
"... ortabab, qara və arıq övrətdi. Yaşı olar qırx, bəlkədə bir az artıq. Xudayar bəyə gələn vaxtlarda atası Xudayar bəyin atasından heç bir cəhətdə əskik deyil idi. Amma rüzigar belə gətirdi ki, atası öldü, sonra anası öldü, iki qardaşı öldü, qaldı tək Xudayarın ümidinə. Xudayar bəy də axır vaxtda oldu katda, yə`ni hörməti artdı və övrətinə nisbətən özü oldu ağa, övrəti oldu qaravaş".
A) Zeynəb
B) Şərəf
C) Ziba
D) Fizzə
E) İzzət
On yaşa girəndə bu nadir cavan
Otuz yaşlıları qoyurdu heyran.
Şirlər pəncəsinə pəncə verərdi,
Qılıncla sütunu yerə sərərdi.
Beytlərdə Nizaminin "Xosrov və Şirin" poemasının hansı qəhrəmanı təvsir edilir ?
A) Şapur
B) Fərhad
C) Şiruyə
D) Şirin
E) Xosrov
Yalnız məhəbbət dastanları verilmiş cərgəni göstərin:
A) "Kİtabi-Dədə Qorqud", Qaçaq Nəbi"
B) "Dastani-Əhməd Hərami", "Koroğlu"
C) "Koroğlu", "Aşıq Qərib"
D) "Aşıq Qərib", "Abbas və Gülgəz"
E) "Şah İsmayıl", "Qaçaq Nəbi"
Azərbaycan dilində rübai yazan şair kimdir ?
A) Məhsəti Gəncəvi
B) Qətran Təbrizi
C) Nizami Gəncəvi
D) Əfzələddin Xaqani
E) İmadəddin Nəsimi
Verilmiş tabeli mürəkkəb cümlənin birirnci tərəfi nədir:
Biz sahildən yenicə aralanmışdıq ki, duman çökməyə başladı.
A) zaman budaq cümləsi
B) baş cümlə
C) yer budaq cümləsi
D) səbəb budaq cümləsi
E) mübtəda budaq cümləsi
"Biz hamımız qarşıdakı imtahanlara ciddi hazırlaşırıq" - nümunəsində cümlə üzvlərinin düzümünü göstərin:
A) mübtəda -tamamlıq - tə`yin - xəbər
B) mübtəda - zərflik - tamamlıq - xəbər
C) tə`yin - mübtəda - zərflik - xəbər
D) mübtəda - tə`yin - tamamlıq - zərflik - xəbər
E) mübtəda - tamamlıq - tə`yin - zərflik - xəbər
"Azərbaycan tanımışdır vaxtsız qapı döyənləri" - cümləsində tamamlıq nə ilə ifadə olunmuşdur ?
A)  fe`llə
B) fe`li sifətlə
C) ismi birləşmə ilə
D) sifətlə
E) fe`li sifət tərkibi ilə
Hansı cümlədə fe`li sifətlə ifadə olunmuşdur ?
A) Ata nə qədər ciddi və tələbkar olarsa, oğul bir o qədər tərbiyəli və intizmlı olar.
B) Oxuyan bülbüldür, dinləyən qazdır.
C) Sizin sözünüzün kəsəri azdır.
D) Dünyanın hər bir bucağına səpələnən soydaşlarımızın əsas dərdi vətən dərdidir.
E) Söz var, gələr keçər, söz var, dələr keçər.
Aşağıdakı cümlədə II növ ismi birləşməni (tə`yini söz birləşməsini) göstərin:
Mənim yaxın dostum Faiq də şahmat yarışında iştirak etmək istəyir.
A) iştirak etmək
B) şahmat yarışında
C) yaxın dostum
D) mənim dostum
E) dostum Faiq
Yalnız təqlidi sözlərdən ibarət olan cərgəni göstərin:
A) zarıltı, tapıntı, çıxıntı, mələmək
B) yumru-yumru, yastı-yastı, miyoltu, xorultu
C) hey, vay, paho, axıntı
D) şırıltı, gurultu, civilti, nərilti
E) mışıltı, sıxıntı, çöküntü, göyümtül
Tərkibində zaman zərfi olan cümləni göstərin:
A) Firidun cəld ayağa durdu.
B) Samirə içəri daxil oldu.
C) İstidən nəfəsi tutulurdu.
D) Axşam güclü yağış yağdı.
E) Ordumuz cəsarətlə irəliləyirdi.
Hansı cümlədə məsdər vardır ?
A) Burda çimmək qadağandır.
B) Əmək insanı ucaldır.
C) Yemək dostundan uzaq ol.
D) Dadaş qardaşına kömək etdi.
E) Dümək, evi tapmadınız ?
Cümlələrin hansında nəqli keçmiş zamana aid nümunə yoxdur:
A) İşarət eylədim, dərdimi bildi.
B) Bir qaməti əlif bağrımı dəlib.
C) Neçə şair yola salıb.
D) İlahim veribdi dərdi bol mana.
E) Gözəl, səndə bir nişanə görmüşəm.
Yalnız məchul növdə olan fe`llərin verildiyi cərgəni göstərin:
A) Verilmək, atılmaq, yazılmaq.
B) Vurulmaq, yorulmaq, evlənmək.
C) Yazışmaq, gəzişmək, qaçışmaq
D) Yedirtmək, gəzdirmək, daşıtmaq.
E) Qucaqlaşmaq, toplaşmaq, oynaşmaq.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top