Tapılan ümumi test sayı : 27
1) |
"Siyah zülfün nə tökübsən yana sən,
Ya hurisən, ya pərisən, ya nəsən?
Demədim ki, eşq oduna yanasan,
Mən dedim ki, dur qıraqda, bir insan" - şer parçasında "yana sən", "ya nəsən", "yanasan" sözləri nə əmələ gətirir?
|
Xəta bildir |
A) | istiarə (metafora) |
B) | təkrir |
C) | rədif |
D) | təşbeh (bənzətmə) |
E) | cinas |
2) | Sabirin "Nə yazım" şeri hansı məsələlərə həsr olunmuşdur? | Xəta bildir |
A) | qadınların maariflənməsi probleminə |
B) | milli azadlıq problemlərinə |
C) | sənətin və sənətkarın vəzifəsini göstərməklə məddah şairlərin tənqidinə |
D) | mülkədarlarla yoxsul kəndlilər arasındakı sinfi ziddiyyətlərə |
E) | hakim siniflərin xalq hərəkatı aorxuya düşməsinə |
3) |
"Çox keçmişəm bu dağlardan,
Durna gözlü bulaqlardan" - misralarında bədii təsvir vasitəsini göstərir:
|
Xəta bildir |
A) | epitet (bədii təyin) |
B) | sinekdoxa |
C) | metonimiya |
D) | təşbeh (bənzətmə) |
E) | istiarə (metafora) |
4) | XX əsrdə Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının nümayəndələri kimlərdir? | Xəta bildir |
A) | H. Cavid, M. Hadi, A. Səhhət |
B) | H. Cavid, M. Hadi, N. Vəzirov |
C) | C. Məmmədquluzadə, A. Səhhət, N. Vəzirov |
D) | M. Ə. Cabir, A. Səhhət, Ə. Haqverdiyev |
E) | Ə. Haqverdiyev, C. Məmmədquluzadə, N. Nərimanov |
5) | Aşağıdakı sıraların hansında sujet xəttinin inkişafı düzgün göstərilmişdir? | Xəta bildir |
A) | ekspozisiya - zavyazka - razvyazka - kulminasiya - final |
B) | razvyazka - zavyazka - kulminasiya - ekspozisiya - final |
C) | ekspozisiya - zavyazka - kulminasiya - razvazka - final |
D) | kulminasiya - ekspozisiya - zavyazka - ravyazka - final |
E) | zavyazka - ekspozisiya - kulminasiya - razvyazka - final |
6) |
Aşağıdakı parçada Heydər bəyin (M. F. Axundov. "Hacı Qara") şikayətnaməsinin səbəbi nədir:
"Pərvərdigara, bu necə əsrdir, bu necə zəmanədir? Nə at çapmağın qiyməti var, nə tüfəng atmağın hörməti var!.. Ax, keçən günlər! Keçən dövrlər! Hər həftədə, hər ayda bir karvan çapmaq olur, nə ordu dağıtmaq olur!"
|
Xəta bildir |
A) | dinin nüfuzunun azalması |
B) | xəsisliyin xeyli yayılması |
C) | qadın hüququnun tapdalanması |
D) | iş tapılamaması |
E) | bəylik hüququnun xeyli məhdudlaşdırılması |
7) | Saray şairlərinin yaradıcılığında başlıca ter tutan mövzu nədir? | Xəta bildir |
A) | İnsanı mənəvi axtarışlara, kamilliyə çağırış |
B) | Məhəbbət və dostluq hisslərinin tərənnümü |
C) | Vətən məhəbbəti və doğma yurdun gözəlliklərinin tərənnümü |
D) | Hökmdarların tərifi, ölkədə baş verən mühüm hadisələrin təsviri |
E) | Dinin təbliği və din xadimlərinin tərifi |
8) | Aşağıdakı cərgələrin hansında adı çəkilən şe'r janrları yalnız 4 misradan ibarətdir ? | Xəta bildir |
A) | bayatı, qoşma, gəraylı |
B) | bayatı, rübai, ağı |
C) | mürəbbe, qoşma, rübai |
D) | qəzəl, qəsidə, müxəmməs |
E) | mərsiyə, məsnəvi, müsəddəs |
9) |
Aşağıdakılardan hansı mürəkkəb cümlədir:
I. Sənə nə tapşırılıb, onu da et.
II. Versələr, alardım.
III. Güclü nəzarət olmasına baxmayaraq, bir şey gözdən qaçırılmışdı.
|
Xəta bildir |
A) | III |
B) | II |
C) | I, II və III |
D) | I |
E) | I və II |
10) |
Aşğıdakı cümlələrdən hansı qeyri-müəyyən şəxslidir ?
I. Qapı döyüldü.
II. Qapını döyürlər.
III. Döymə taxta qapımı, döyməyim dəmir qapını.
|
Xəta bildir |
A) | III |
B) | II və III |
C) | I və II |
D) | I |
E) | II |
11) |
Aşağıdakı dialoqda əlavənin işləndiyi cümlə nə cür adlanır:
- Fuad sənin nəyindir ?
- Qardaşım.
-O harada oxuyur ?
- İstanbulda, Boğaziçi Universitetində.
|
Xəta bildir |
A) | şəxssiz cümlə |
B) | yarımçıq cümlə |
C) | ara cümlə |
D) | ümumi şəxsli cümlə |
E) | müxtəsər cümlə |
12) |
Aləmdə dastan olub
Səs-sorağın, Şah dağı!"- cümləsində II növ ismi birləşmə ( tə'yini söz birləşməsi) hansı sintaktik funksiyanı daşıyır ?
|
Xəta bildir |
A) | ara söz |
B) | xəbər |
C) | mübtəda |
D) | xitab |
E) | tə'yin |
13) | Xəbərin frozoloji birləşmə (sabit söz birləşməsi) ilə ifadə olunduğu cümləni göstərin: | Xəta bildir |
A) | Gecə güclü yağış yağmışdır. |
B) | Bu maşına gözü düşəndən Akif heç cür rahat ola bilmirdi. |
C) | Nəsə ona ürəyim qızmır. |
D) | Qələbəniz bizi sevindirdi. |
E) | Biz bir daha görüşə bilmədik. |
14) | Fe'li bağlama ilə ifadə olunmuş tərzi hərəkət zərfliyi hansı cümlədədir ? | Xəta bildir |
A) | Səttarxan Təbrizə gələndən heç yana çıxmamışdır. |
B) | Çox bilib az danışmaq müdriklərə xasdır. |
C) | Anam bizi gülə-gülə yan otağa dəvət etdi. |
D) | Qaranlıq düşdükcə sərin meh güclənirdi. |
E) | Biz kəndə çatanda Xədicə ilə qarşılaşdıq. |
15) |
"Heç qüvvə ayırmaz məni bir an
Öz doğma elimmdən, vətənimdən" - cümləsində uzlaşma əlaqəsi hansı sözlər arsındadır ?
|
Xəta bildir |
A) | öz- vətənimdən |
B) | qüvvə - ayırmaz |
C) | ayırmaz - məni |
D) | doğma - elimdən |
E) | bir - an |
16) | Hansı cümlədə qoşma işlənmişdir ? | Xəta bildir |
A) | Özü yıxılan ağlamaz. |
B) | Başqa qonaqlar da gəldi, yalnız Rəhim yox idi. |
C) | Daldan atılan daş topuğa dəyər. |
D) | Düşmən səni daşla, sən düşməni aşla. |
E) | Bilməyib soruşmaq eyib deyil, lakin bilməyib soruşmamaq eyibdir. |
17) |
Aşağıdakı cümlələrin hansında fe'l məchul növdədir:
I. Ədilə otağı bəzədi. II.Ədilə bəzəndi.
III. Otaq bəzəndi. IV. Otaq bəzədildi
|
Xəta bildir |
A) | II və III |
B) | II, III və IV |
C) | III və IV |
D) | I və III |
E) | IV |
18) | Hansı cümlədə fel şühudi keçmiş zamanda işlənmişdir? | Xəta bildir |
A) | Yenə o bağ oıaydı. |
B) | Rabitə kəsildi. |
C) | Öz işığı ilə evə səadət gətirmişdi. |
D) | Xoş gəlib , səfa gətirib. |
E) | İmkanı olsa idi , kömək edərdi. |
19) | Mənsubiyyət şəkilçisi qəbul etdikdə, aşağıdakılardan hansı əvəzliyin məna növü dəyişir? | Xəta bildir |
A) | öz |
B) | filan |
C) | mən |
D) | nə |
E) | bütün |
20) | Hansı cümlədə çıxışlıq halda olan isim vardır ? | Xəta bildir |
A) | Hərdən biz tərəflərə də gəlin. |
B) | Qorxmadan demək lazımdır. |
C) | Beş altıdan azdır. |
D) | Yaxşını yamandan ayırmalıyıq. |
E) | Səıim bağdan dünən gəlib. |
Yoxlamadan sonra nəticə burada göstəriləcək
|