Tapılan ümumi test sayı : 27

Aşağıdakı cümlədə yiyəlik halda olan neçə söz vardır ?
O vaxtlar mənim dostum məktəb direktoru idi və onun məktəbinin həyətində ərik ağacı çox idi.
A) 5
B) 1
C) 3
D) 4
E) 2
Hansı cümlədə həm mənsubiyyət, həm də tə'sirlik hal şəkilçisi vardır ?
I. Nuriyyənin bacısı oxumağı çox sevir.
II. Vətənimi sevirəm.
III. Vətəni sevməyən insan olmaz.
A) II
B) I
C) I və III
D) I və II
E) III
"Gözəlliklərdəndir" sözünün kökü hansıdır ?
A) gözəlliklərdən
B) gözəllik
C) gözəlliklər
D) göz
E) gözəl
Əsl Azərbaycan sözləri olan cərgəni göstərin:
A) əl, dil, əmək, qaçmaq, sarı
B) demotrat, iqtidar, namus, göz, səksən
C) əmək, kitab, saat, kişi, oxumaq
D) vətən, dəftər, savad, yazmaq, ürək, xiyar
E) mərd, dinc, ümman, kişi, çəmən
"Əldən düşmək" frazeoloji birləşməsinin sinonimi hansıdır ?
A) dildən-dilə düşmək
B) dincəlmək
C) ayağa qalxmaq
D) ələ salmaq
E) yorulmaq
Hansı cərgədəki sözlərdə vurğu birinci hecaya düşür:
I. Mexanika, kataloq, dovşan
II. Benzin, Berlin, qurbağa
III. Yumor, qospital, marşal
A) II, III
B) II
C) III
D) I, II, III
E) I
Verilmiş sözlərdən neçəsi ahəng qanununa tabedir:
içəri, səma, düstur, meşə, möhür
A) dördü
B) ikisi
C) üçü
D) biri
E) beşi
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top