Tapılan ümumi test sayı : 27
1) |
"Siyah zülfün nə tökübsən yana sən,
Ya hurisən, ya pərisən, ya nəsən?
Demədim ki, eşq oduna yanasan,
Mən dedim ki, dur qıraqda, bir insan" - şer parçasında "yana sən", "ya nəsən", "yanasan" sözləri nə əmələ gətirir?
|
Xəta bildir |
A) | cinas |
B) | rədif |
C) | təşbeh (bənzətmə) |
D) | istiarə (metafora) |
E) | təkrir |
2) | Sabirin "Nə yazım" şeri hansı məsələlərə həsr olunmuşdur? | Xəta bildir |
A) | qadınların maariflənməsi probleminə |
B) | mülkədarlarla yoxsul kəndlilər arasındakı sinfi ziddiyyətlərə |
C) | hakim siniflərin xalq hərəkatı aorxuya düşməsinə |
D) | sənətin və sənətkarın vəzifəsini göstərməklə məddah şairlərin tənqidinə |
E) | milli azadlıq problemlərinə |
3) |
"Çox keçmişəm bu dağlardan,
Durna gözlü bulaqlardan" - misralarında bədii təsvir vasitəsini göstərir:
|
Xəta bildir |
A) | epitet (bədii təyin) |
B) | sinekdoxa |
C) | təşbeh (bənzətmə) |
D) | metonimiya |
E) | istiarə (metafora) |
4) | XX əsrdə Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının nümayəndələri kimlərdir? | Xəta bildir |
A) | Ə. Haqverdiyev, C. Məmmədquluzadə, N. Nərimanov |
B) | H. Cavid, M. Hadi, A. Səhhət |
C) | H. Cavid, M. Hadi, N. Vəzirov |
D) | C. Məmmədquluzadə, A. Səhhət, N. Vəzirov |
E) | M. Ə. Cabir, A. Səhhət, Ə. Haqverdiyev |
5) | Aşağıdakı sıraların hansında sujet xəttinin inkişafı düzgün göstərilmişdir? | Xəta bildir |
A) | ekspozisiya - zavyazka - kulminasiya - razvazka - final |
B) | razvyazka - zavyazka - kulminasiya - ekspozisiya - final |
C) | kulminasiya - ekspozisiya - zavyazka - ravyazka - final |
D) | zavyazka - ekspozisiya - kulminasiya - razvyazka - final |
E) | ekspozisiya - zavyazka - razvyazka - kulminasiya - final |
6) |
Aşağıdakı parçada Heydər bəyin (M. F. Axundov. "Hacı Qara") şikayətnaməsinin səbəbi nədir:
"Pərvərdigara, bu necə əsrdir, bu necə zəmanədir? Nə at çapmağın qiyməti var, nə tüfəng atmağın hörməti var!.. Ax, keçən günlər! Keçən dövrlər! Hər həftədə, hər ayda bir karvan çapmaq olur, nə ordu dağıtmaq olur!"
|
Xəta bildir |
A) | iş tapılamaması |
B) | qadın hüququnun tapdalanması |
C) | xəsisliyin xeyli yayılması |
D) | bəylik hüququnun xeyli məhdudlaşdırılması |
E) | dinin nüfuzunun azalması |
7) | Saray şairlərinin yaradıcılığında başlıca ter tutan mövzu nədir? | Xəta bildir |
A) | Vətən məhəbbəti və doğma yurdun gözəlliklərinin tərənnümü |
B) | Hökmdarların tərifi, ölkədə baş verən mühüm hadisələrin təsviri |
C) | Dinin təbliği və din xadimlərinin tərifi |
D) | Məhəbbət və dostluq hisslərinin tərənnümü |
E) | İnsanı mənəvi axtarışlara, kamilliyə çağırış |
8) | Aşağıdakı cərgələrin hansında adı çəkilən şe'r janrları yalnız 4 misradan ibarətdir ? | Xəta bildir |
A) | bayatı, rübai, ağı |
B) | mürəbbe, qoşma, rübai |
C) | mərsiyə, məsnəvi, müsəddəs |
D) | bayatı, qoşma, gəraylı |
E) | qəzəl, qəsidə, müxəmməs |
9) |
Aşağıdakılardan hansı mürəkkəb cümlədir:
I. Sənə nə tapşırılıb, onu da et.
II. Versələr, alardım.
III. Güclü nəzarət olmasına baxmayaraq, bir şey gözdən qaçırılmışdı.
|
Xəta bildir |
A) | III |
B) | I və II |
C) | I |
D) | I, II və III |
E) | II |
10) |
Aşğıdakı cümlələrdən hansı qeyri-müəyyən şəxslidir ?
I. Qapı döyüldü.
II. Qapını döyürlər.
III. Döymə taxta qapımı, döyməyim dəmir qapını.
|
Xəta bildir |
A) | III |
B) | I |
C) | II |
D) | II və III |
E) | I və II |
11) |
Aşağıdakı dialoqda əlavənin işləndiyi cümlə nə cür adlanır:
- Fuad sənin nəyindir ?
- Qardaşım.
-O harada oxuyur ?
- İstanbulda, Boğaziçi Universitetində.
|
Xəta bildir |
A) | müxtəsər cümlə |
B) | ümumi şəxsli cümlə |
C) | ara cümlə |
D) | şəxssiz cümlə |
E) | yarımçıq cümlə |
12) |
Aləmdə dastan olub
Səs-sorağın, Şah dağı!"- cümləsində II növ ismi birləşmə ( tə'yini söz birləşməsi) hansı sintaktik funksiyanı daşıyır ?
|
Xəta bildir |
A) | mübtəda |
B) | xəbər |
C) | tə'yin |
D) | ara söz |
E) | xitab |
13) | Xəbərin frozoloji birləşmə (sabit söz birləşməsi) ilə ifadə olunduğu cümləni göstərin: | Xəta bildir |
A) | Nəsə ona ürəyim qızmır. |
B) | Qələbəniz bizi sevindirdi. |
C) | Gecə güclü yağış yağmışdır. |
D) | Biz bir daha görüşə bilmədik. |
E) | Bu maşına gözü düşəndən Akif heç cür rahat ola bilmirdi. |
14) | Fe'li bağlama ilə ifadə olunmuş tərzi hərəkət zərfliyi hansı cümlədədir ? | Xəta bildir |
A) | Çox bilib az danışmaq müdriklərə xasdır. |
B) | Səttarxan Təbrizə gələndən heç yana çıxmamışdır. |
C) | Anam bizi gülə-gülə yan otağa dəvət etdi. |
D) | Biz kəndə çatanda Xədicə ilə qarşılaşdıq. |
E) | Qaranlıq düşdükcə sərin meh güclənirdi. |
15) |
"Heç qüvvə ayırmaz məni bir an
Öz doğma elimmdən, vətənimdən" - cümləsində uzlaşma əlaqəsi hansı sözlər arsındadır ?
|
Xəta bildir |
A) | ayırmaz - məni |
B) | öz- vətənimdən |
C) | doğma - elimdən |
D) | qüvvə - ayırmaz |
E) | bir - an |
16) | Hansı cümlədə qoşma işlənmişdir ? | Xəta bildir |
A) | Bilməyib soruşmaq eyib deyil, lakin bilməyib soruşmamaq eyibdir. |
B) | Daldan atılan daş topuğa dəyər. |
C) | Özü yıxılan ağlamaz. |
D) | Düşmən səni daşla, sən düşməni aşla. |
E) | Başqa qonaqlar da gəldi, yalnız Rəhim yox idi. |
17) |
Aşağıdakı cümlələrin hansında fe'l məchul növdədir:
I. Ədilə otağı bəzədi. II.Ədilə bəzəndi.
III. Otaq bəzəndi. IV. Otaq bəzədildi
|
Xəta bildir |
A) | I və III |
B) | II, III və IV |
C) | IV |
D) | III və IV |
E) | II və III |
18) | Hansı cümlədə fel şühudi keçmiş zamanda işlənmişdir? | Xəta bildir |
A) | Öz işığı ilə evə səadət gətirmişdi. |
B) | İmkanı olsa idi , kömək edərdi. |
C) | Rabitə kəsildi. |
D) | Yenə o bağ oıaydı. |
E) | Xoş gəlib , səfa gətirib. |
19) | Mənsubiyyət şəkilçisi qəbul etdikdə, aşağıdakılardan hansı əvəzliyin məna növü dəyişir? | Xəta bildir |
A) | filan |
B) | mən |
C) | bütün |
D) | nə |
E) | öz |
20) | Hansı cümlədə çıxışlıq halda olan isim vardır ? | Xəta bildir |
A) | Qorxmadan demək lazımdır. |
B) | Beş altıdan azdır. |
C) | Hərdən biz tərəflərə də gəlin. |
D) | Yaxşını yamandan ayırmalıyıq. |
E) | Səıim bağdan dünən gəlib. |
Yoxlamadan sonra nəticə burada göstəriləcək
|