Tapılan ümumi test sayı : 30

Hansı ədəbi obrazı iste`dadlı, qəhrəman, milli azadlıq uğrunda mübariz kimi səciyyələndirmək olar?
A) Ə.Cavadın "Səsli qız" poemasında Saranı
B) C.Məmmədquluzadənin "Ananın kitabı" pyesində Gülbaharı
C) C.Cabbarlının "Oqtay Eloğlu" əsərində Oqtayı
D) S.Vurğunun "Aygün" poemasında Aygünü
E) H.Cavidin "İblis" əsərində Arifi
H.Cavidin "İblis" əsərində İblisin dediyi bu sözlərin əsas məğzi harada daha dəqiq ifadə olunub?
Siz nə qədər məndən uzaqlaşsanız,
Yer deyil, əflakə uçub qaçsanız,
Qarşılaşıb birləşiriz daima.
Ayrı deyil, çünki biriz daima.
A) İnsan şeytanın əsiridir,ondan qurtula bilməz.
B) İblis uzaqda deyil, insanların lap yanındadır.
C) İblis insanın içindədir, o, insandakı murdar nəfsdir, alçaq ehtiraslardır.
D) Burada Arifin şəraba qurşandığı, altun əsiri olduğu, onlardan qurtula bilmədiyi ifadə olunub.
E) Bəlkə, başqa planetlərə qaçmaqla İblisdən qurtulmaq mümkün ola.
C.Məmmədquluzadə və M.Ə.Sabir yaradıcılığı üçün ortaq cəhətlər:
1. ifrat dindarlığın və mövhumatın tənqidi
2. cəmiyyətdəki nöqsanları tənqid etmək üçün felyetonlardan geniş istifadə
3. bədii yaradıcılığa nəsr əsəri yazmaqla başlanılması
4. qadın azadlığı probleminə xüsusi diqqət yetirilməsi
5. yeni məktəb və müasir tə`lim-tərbiyə uğrunda mübarizə, məsləksiz ziyalıların tənqidi
A) 1, 4, 5
B) 1, 3, 5
C) 1, 2, 4
D) 2, 4, 5
E) 1, 2, 3
Bu ədəbi məclislərin ikisi Qarabağda fəaliyyət göstərmişdir:
1. "Məcməüş-şüəra"
2. "Məclisi-üns"
3. "Beytüs-Səfa"
4."Əcnüməni-şüəra"
5. "Fövcül-füsəha"
6. "Məclisi-fəramuşan"
7. "Divani-hikmət"
A) 1, 4
B) 2, 6
C) 6, 7
D) 4, 5
E) 1, 3
N.Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsindən seçilmiş bu sözlər kimin dilindən deyilir?
"Ay kişi,belə də murdar vilayət olar, bu mərtəbədə vəhşilik, nadanlıq olar? Tfu!... Nə qədər yalvardım, təvəqqe elədim ki, xəta olmasın, ahaq qan tökülməsin, genə olmadı... Kimdir müqəssir?... Müsəlmən qardaşın vəhşi nadanlığı..."
A) Əhməd
B) Mahmud bəy
C) Cahangir bəy
D) Rüstəm bəy
E) Fəxrəddin bəy
Nizaminin "Xosrov və Şirin" poemasının qəhrəmanı Xosrovla bağlı düzgün fikirləri seçin:
1. Sarayda böyüyən Xosrovun gəncliyində zahiri gözəlliyi ilə mənəvi aləmi arasında kəskin bir təzad vardı.
2. Xosrov əsər boyu inkişafada verilir.
3. Xosrov dastan qəhrəmanları kimi, uşaqlıqdn qeyri-adi xüsusiyyətlərə malikdir.
4. Xosrov əsərin əvvəlində ciddi təbiətli, ölkənin müqəddəratını düşünən, məhəbbətə ülvi hiss kimi baxan gənc kimi təsvür olunur.
5. Xosrov Məryəm və Şəkərin təsiri ilə dəyişir, müsbət şəxsiyyətə çevrilir.
A) 2, 3, 4
B) 1, 2, 4
C) 1, 4, 5
D) 3, 4, 5
E) 1, 2, 3
Nizami və Füzulinin "Leyli və Məcnun"ları ilə bağlı fikirlərdən hansı səhvdir?
A) Hər iki əsər faciəvi sonluqla bitir.
B) Hər iki əsərdə iki gəncin məhəbbətindən söz açılır.
C) Hər iki əsər məsnəvi şəklində yazılıb.
D) Hər iki əsər Azərbaycan dilində yazılıb.
E) Hər iki əsərdə insan təbiətinə zidd olan adət-ən`ənələr tənqid olunur.
Hansı fikir "Kitabi Dədə Qorqud" əsərinin  qəhrəmanı Dədə Qorquda aid edilə bilməz?
A) Dədə Qorqud qəhrəmanlıq göstərən igidlərə ad verir.
B) Dədə Qorqud bir çox xaqların şifahi ədəbiyyatda şer, sənət hamisi kimi məşhurdur.
C) Qəhrəmanlar qələbə çalandan sonra Dədə Qorqud onlara xeyir-dua verir, dastan qoşur.
D) Dədə Qorqud döyüşlərdə iştirak edir, qəhrəmanlıq göstərir.
E) Dədə Qorqud müqəddəs şəxsiyyət kimi təsvir olunur.
Beytdə işlənmiş bədii ifadə vasitəsini tapın:
Öldürüb yüz sən kimi bidərdi bu dərdim mənim,
Gəl Füzuli dərdini sanma çox asan,ey təbib!
A) kinayə
B) mübaliğə
C) litota
D) sinekdoxa
E) epitet
Verilmiş bəndin daxili bölgüsünü göstərin:
Könlüm qaranquş tək uçub qoynuna,
Gəzir hər yamacı, hər yalı, yaylaq!
Ruhum təmizlənir, məst olur ürək,
Görəndə bu çağı, bu halı yaylaq!
A) 7+4
B) 4+4+3
C) 5+6
D) 6+5
E) 3+4+4
Nümunələrdən biri tabesiz mürəkkəb cümlədir:
A) Koroğlu elə nərə çəkdi ki, düşmən qoşunu pərən-pərən düşdü.
B) Elə dost qazanmalısan ki, çətin gündə dayağın olsun.
C) O da məlumdur ki, işləməyən dişləməz.
D) Qazan xan yuxuladı, xorultusundan dağ-daş lərzəyə gəldi.
E) Hamı bilir ki, çəkilən əmək itmir.
"Gəncliyin arzusu budur ki, mükəmməl təhsil alıb vətənə sədaqətlə xidmət etsin" tabeli mürəkkəb cümləsindəki budaq cümlənin növünü müəyyənləşdirin.
A) təyin budaq cümləsi
B) tərzi-hərəkət budaq cümləsi
C) mübtəda budaq cümləsi
D) tamamlıq budaq cümləsi
E) xəbər budaq cümləsi
Cümlələrin hansında mübtədanın əlavəsi vardır?
A) Mən onu - on ildən bəri görmədiyim dostumu böyük sevinclə qarşıladım.
B) O, bizə yazda - Kür daşanda gəldi.
C) Füzuli - xalqımızın bu qüdrətli sənətkarı dünya şöhrəti qazanmışdır.
D) Bilik yarışında qalib gələn Səidədir - bizim məktəbin şagirdidir.
E) Ana öz oğlunu - boya-başa çatdırdığı igidi fərəhlə süzdü.
Təyinin ifadə vasitələri verilmiş cərgəni göstərin:
A) sifət, fel, feli bağlama, feli sifət
B) isim, fel, sifət, zərf
C) feli sifət, isim, feli bağlama
D) sifət, feli sifət, isim, say
E) məsdər, say, fel, zərf
I növ ismi birləşmələrdən ibarət olan cərgəni göstərin:
A) şad olmaq, ürəyi düşmək
B) dəmir darvaza, mis məftil
C) məzəli əhvalat, çay gəmisi
D) məktəbin direktoru,şəhərin qapısı
E) el sözü, vətən eşqi
Hansı cümlədə mürəkkəb zərf işlənməmişdir?
A) O, bu əsər üzərində xeyli işlədi.
B) O, məqsədinə çatmaq üçün gecə-gündüz çalışırdı.
C) Çiçək səssiz-səmirsiz evdən çıxdı.
D) Bulağın dupduru suyu səhə-axşam dərəyə tökülürdü.
E) Əvvəl-axır mən deyənə gələcəksən.
"Tərəf " qoşmasının sinonimləri olan cərgəni göstərin:
A) sarı, doğru
B) -dək, ötrü
C) qarşı, görə
D) bəri, özgə
E) qədər, kimi
Feli sifət tərkibləri işlənmiş cümlələri göstərin:
1. Oxuyan Xandır, çalan Mənsur.
2. Zəhmət sevən biləklərdə bir pəhləvan qüvvəti var.
3. Bütün günü hər tərəfə od ələyən günəş təzəcə batmışdı.
4. Gedəni saxlamazlar.
5. Keçmiş günləri xatırlmağın, əzab çəkməyin mənası yoxdur.
A) 2, 3
B) 1, 3
C) 4, 5
D) 2, 5
E) 1, 4
"Oxuyurdu" felinin morfoloji təhlilində hansı mərhələdə səhvə yol verilib?
A) Təsdiq feldir.
B) Xəbər formasının hekayəsindədir.
C) Üçüncü şəxsin təkindədir.
D) Məlum feldir.
E) Şühudi keçmiş zamandadır.
Feldən sifət düzəldən şəkilçi hansıdır?
A) 4
B) -ıq4
C) -lı4
D) -sız4
E) -çı4
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top