Tapılan ümumi test sayı : 30

Cümlələrdən  birində sifət isimləşmişdir.
A) Novruz bayramında bütün küsülü adamlar barışırlar.
B) Kiçik uşaqlar səyahəti çox sevirlər.
C) Qoca içəri daxil oldu.
D) İgid əsgərlər mərdliklə vuruşurlar.
E) O lap qoca kişilər kimi danışırdı.
Hansı cərgədəki sözlərin hamısı düzəltmədir?
A) üzlük, ovlaq, kəsik
B) bağban, dənizçi, qardaş
C) əlaçı,doğru, sözümüz
D) yoxuş, kitablar, evdən
E) sözlük,kəklik, yaylaq
Deyilişi və yazılışı eyni olan, lakin leksik mənalarına görə fərqlənən sözləin sırasını müəyyənləşdirin:
A) dünya, kainat
B) yaz, payız
C) top, çay
D) həşərat, ağcaqanad
E) axşam-səhər
"Yaman" sözü hansı cümlədə "olduqca" mənasında işlənmişdir?
A) Gərayın sözü ona yaman təsir etdi.
B) Aman, aman oldu, gəl,
Halım yaman oldu, gəl.
C) Yaman günün ömrü az olar.
D) Dost yaman gündə tanınar
E) Yaman adamdan uzaq ol.
Verilmiş cümlədə hansı durğu işarəsinə ehtiyac var?
Sevda cürbəcür bazarlıq şeyləri ət, yumurta, göyərti, yağ və şəkər almaq qərarına gəldi.
A) tire
B) vergül
C) iki nöqtə
D) defis
E) nöqtəli vergül
Ahəng qanununa tabe olmayan sözlərin cərgəsini göstərin:
A) qayçı, duyğu, güllü
B) vüsal, məna, mahir
C) yağış, ömür, tanış
D) bacı, önlük, kəsik
E) qayçı, qoruq, dilçi
"Səidə" sözünün fonetik təhlili haqqında fikirlərdən biri səhvdir:
A) Yazılışı ilə tələffüzü  fərqlidir.
B) Vurğu üçüncü hecaya düşür.
C) Ahəng qanununa tabe olur.
D) Üç hecadan ibarətdir.
E) 5 hərf, 5 səsdən ibarətdir.
Vurğusu ilk hecaya düşən sözü seçin:
A) dənizçi
B) kağız
C) kosmos
D) diliacı
E) üslublar
XIX əsrdə yazılı ədəbiyyatda aşıq şe'ri üslubunda yazan şairləri göstərin:
A) Vazeh, Nəbati
B) M. F. Axundov, Vazeh
C) S. Ə. Şirvani, A. Bakıxanov
D) Zakir, Nəbati
E) Vazeh, A. Bakıxanov
Nizami Gəncəvinin hansı əsərlərində əməkçi insan surətləri yaradılmışdır ?
A) "Yeddi gözəl", "Leyli və Məcnun", "İsgəndərnamə"
B) "Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Yeddi gözəl"
C) "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl"
D) "Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun"
E) "İskəndənamə", "Sirlər xəzinəsi", "Leyli və Məcnun"
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top