Tapılan ümumi test sayı : 30

Cümlələrdən  birində sifət isimləşmişdir.
A) O lap qoca kişilər kimi danışırdı.
B) Kiçik uşaqlar səyahəti çox sevirlər.
C) Novruz bayramında bütün küsülü adamlar barışırlar.
D) Qoca içəri daxil oldu.
E) İgid əsgərlər mərdliklə vuruşurlar.
Hansı cərgədəki sözlərin hamısı düzəltmədir?
A) bağban, dənizçi, qardaş
B) sözlük,kəklik, yaylaq
C) üzlük, ovlaq, kəsik
D) əlaçı,doğru, sözümüz
E) yoxuş, kitablar, evdən
Deyilişi və yazılışı eyni olan, lakin leksik mənalarına görə fərqlənən sözləin sırasını müəyyənləşdirin:
A) dünya, kainat
B) axşam-səhər
C) yaz, payız
D) həşərat, ağcaqanad
E) top, çay
"Yaman" sözü hansı cümlədə "olduqca" mənasında işlənmişdir?
A) Gərayın sözü ona yaman təsir etdi.
B) Yaman adamdan uzaq ol.
C) Yaman günün ömrü az olar.
D) Aman, aman oldu, gəl,
Halım yaman oldu, gəl.
E) Dost yaman gündə tanınar
Verilmiş cümlədə hansı durğu işarəsinə ehtiyac var?
Sevda cürbəcür bazarlıq şeyləri ət, yumurta, göyərti, yağ və şəkər almaq qərarına gəldi.
A) vergül
B) nöqtəli vergül
C) defis
D) tire
E) iki nöqtə
Ahəng qanununa tabe olmayan sözlərin cərgəsini göstərin:
A) qayçı, duyğu, güllü
B) qayçı, qoruq, dilçi
C) yağış, ömür, tanış
D) vüsal, məna, mahir
E) bacı, önlük, kəsik
"Səidə" sözünün fonetik təhlili haqqında fikirlərdən biri səhvdir:
A) Yazılışı ilə tələffüzü  fərqlidir.
B) 5 hərf, 5 səsdən ibarətdir.
C) Üç hecadan ibarətdir.
D) Vurğu üçüncü hecaya düşür.
E) Ahəng qanununa tabe olur.
Vurğusu ilk hecaya düşən sözü seçin:
A) kağız
B) dənizçi
C) diliacı
D) kosmos
E) üslublar
XIX əsrdə yazılı ədəbiyyatda aşıq şe'ri üslubunda yazan şairləri göstərin:
A) Zakir, Nəbati
B) Vazeh, Nəbati
C) S. Ə. Şirvani, A. Bakıxanov
D) M. F. Axundov, Vazeh
E) Vazeh, A. Bakıxanov
Nizami Gəncəvinin hansı əsərlərində əməkçi insan surətləri yaradılmışdır ?
A) "Yeddi gözəl", "Leyli və Məcnun", "İsgəndərnamə"
B) "İskəndənamə", "Sirlər xəzinəsi", "Leyli və Məcnun"
C) "Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Yeddi gözəl"
D) "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl"
E) "Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun"
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top