Tapılan ümumi test sayı : 27

H.Cavidin "İblis" əsərində Arifin faciəsinin əsas səbəbi:
A) dini mövhumat və fanatizm
B) hakimlərin zülmü, ədalətsizlik
C) cəmiyyətin siyasi sistemindəki çatışmazlıqlar
D) təbiətindəki çirkin, alçaq ehtirasları boğa bilməməsi
E) köhnə adət-ən`ənələr
Ailə-məişət problemlərini geniş epik lövhələrlə əks etdirən nəzm əsəri hansıdır?
A) R.Rza "Qızılgül olmayaydı"
B) S.Vurğun "Aygün"
C) H.Cavid "Səyavuş"
D) S.Rüstəm "Ana və poçtalyon"
E) C.Cabbarlı "Solğun çiçəklər"
"Molla Nəsrəddin" jurnalını sevdirən, məşhurlaşdıran səbəblərdən biri səhvdir:
A) Onun tənqid hədəfi böyük ictimai qüsurlar idi.
B) Senzura zəif olduğundan hökumət nümayəndələri jurnalın məzmunundan xəbərsiz idilər.
C) Jurnal fəaliyyəti müddətində həyat həqiqətinə həmişə sadiq qalmışdır.
D) Jurnalın ətrafında dövrün ən qüdrətli qələm sahibləri toplaşmışdı.
E) Müasirlik, aktuallıq jurnalın əsas ruhunu təşkil edirdi.
A. Bakıxanov, İ.Qutqaşınlı, M.Ş.Vazehin yaradıcılığı üçün ortaq cəhət hansıdır?
A) Çar hakimlərinin zülmü əleyhinə mübarizə mövzusu
B) Yaradıcılıqlarında romantik üslubda əsərlərə geniş yer verilməsi
C) Xalq ədəbiyyatından və  aşıq şe`rindən geniş istifadə etmələri
D) Realist-maarifçi ədəbi cərəyanın nümayəndəsi olmaları
E) Klassik üslubda şe`r yazmaları
N.Vəzirovun "Müsibəti Fəxrəddin" əsəri ilə bağlı düzgün fikirləri seçin:
1. Azərbaycan ədbiyyatı tarixində ilk faciədir.
2. Əsərdə Mələk xanım və Şahmar bəy müsbət obraz kimi təsvir olunmuşdur.
3. Müəllif Rüstəm bəy obrazını yaratmaqla qan intiqamına susamış nadan bəylərə ibrət dərsi verir.
4. Sujeti iki mülkədar    ailəsi arasında gedən qan davası üzərində qurulmuşdur.
5. Əsər Fəxrəddin bəyin monoloqu ilə başlayır.
A) 1, 3, 4
B) 2, 3, 4
C) 1, 4, 5
D) 1, 2, 3
E) 2, 4, 5
Füzulinin "Məni candan usandırdı..."
qəzəlindən verilmiş aşağıdakı beyt haqqındakı fikirlərdən hansı səhvdir?
"Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım,
Oyadar xəlqi əfqanım, qara bəxtim oyanmazmı?"
A) Beytdə daxili qafiyələr vardır.
B) Beytdə mübaliğə işlədilmişdir.
C) Beytdə bədii sualdan istifadə olunmuşdur.
D) Qəzəlin mətlə beytidir.
E) Beytdə aşiq özünü gecələr yanan şama bənzətmişdir.
Bu əsərlərdən birində ədaətli hökmdar ideyası əsas yer tutur:
A) Nizami "Yeddi gözəl"
B) Məsihi "Vərqa və Gülşa"
C) Xətai "Dəhnamə"
D) Füzuli "Şikayətnamə"
E) Nizami "Leyli və Məcnun"
"Hey, ana! Ərəbi atlar olan yerdə
Bir qulunu olmazmı olur?
Qızıl dəvələr olan yerdə
Bir köşəyi olmazmı olur?
Ağca qoyunlar olan yerdə
Bir quzusu olmazmı olur?" - sözlərini "Kitabi-Dədə Qorqud" dastanının hansı qəhrəmanı deyir?
A) Uruz
B) Dəli Dondar
C) Qaragünə oğlu Qarabudaq
D) Salur Qazan
E) Qaraca Çoban
Əzizim bağda dara,
Zülfünü bağda dara.
Bülbülü güldən ötrü,
Çəkdilər bağda dara.
Bayatıda daxili bölgünü göstərin:
A) 5-2
B) 3-2-2
C) 3-4
D) 4-3
E) 2-5
Bayatıda hansı bədii ifadə vasitəsi işlədilmişdir?
Mən aşiqəm sal yana,
Dara zülfün, sal yana.
Necəsən bir ah çəkim,
Kür quruya, sal yana.
A) epitet
B) metafora
C) litota
D) mübaliğə
E) bənzətmə
Dəqiqləşdirici xüsusiləşmiş üzvlər hansı cümlələrdə verilmişdir?
1. O, bə`zi vaxtlarda ailəsini, hətta özünü belə unudardı.
2. İcazə ver, bircə piyalə su için, susuzluğumu söndürüm.
3. Hava təmizlənmişdi, Kürün qıjıltısından başqa, heç nə eşidilmirdi.
4. Hamı, o cümlədən ustə Ramazanla Vasilyev də ovqatı təlx dayanmışdılar.
5. Zabit öz sualını inadla təkrar eləyəndə Abuzər bəy cavab verməyə məcbur oldu.
A) 2, 5
B) 1, 3
C) 3, 4
D) 1, 2, 5
E) 1, 4
"Kim ki öyrənməyi ar bilmir, sudan dürr, daşdan gövhər çıxarır" tabeli mürəkkəb cümləsində budaq cümlənin növünü müəyyənləşdirin:
A) tamamlıq budaq cümləsi
B) xəbər budaq cümləsi
C) şərt budaq cümləsi
D) təyin budaq cümləsi
E) mübtəda budaq cümləsi
"Biz zamanlar anam onu - kiçik oğlunu çox əzizləyirdi" cümləsində hansı cümlə üzvünün əlavəsi var?
A) tə`yinin
B) mübtədanın
C) tamamlığın
D) zərfliyin
E) xəbərin
"Xaqaninin yaradıcılığı Azərbaycan ədəbiyyatında yeni bir hadisə kimi qiymətləndirmişdir" cümləsində III növ ismi birləşmə hansı cümlə üzvü rolunda çıxış edir?
A) tə`yin
B) tamamlıq
C) xəbər
D) mübtəda
E) zərflik
Tabesizlik əlaqəsi ilə bağlananlar hansılardır?
A) mübtəda ilə xəbər
B) xəbərlə zərflik
C) həmcins üzvlər
D) təyinlə mübtəda
E) xəbərlə tamamlıq
Hansı cümlədə "düz" sözü "birbaşa" zərfinin sinonimidir?
A) Bir kəpənək hardansa gəlib, düz çiçəyin üstünə qondu.
B) Son zamanlar nəsə işi düz gətirmirdi.
C) Bir düz söylə görək nə hadisə baş verib?
D) Əhməd dəftərə düz xətt çəkdi.
E) Anası düz deyirdi.
"Başqa, qeyri, savayı, özgə" qoşmalarının mə`na növünü göstərin:
A) zaman
B) birgəlik
C) səbəb-məqsəd
D) məsafə
E) fərqlənmə
Zərflə sifətin oxşar əlamətləri kimi verilmiş cəhətlərdən biri yanlışdır:
A) Hər ikisi əsas nitq hissəsidir.
B) Hər ikisi  necə? nə cür? suallarına cavab verir.
C) Hər ikisi quruluşca sadə, düzəltmə, mürəkkəb olur.
D) Hər ikisi cümlə üzvü kimi çıxış edir.
E) Hər ikisi həm əşyaya, həm də hərəkətə aid olur.
Cümlələrin birində birgəlik növdə olan fe`l vardır:
A) Bu, çox maraqlı yarış idi.
B) Geoloqların tonqalı çoxdan alınmışdı.
C) Biz yazıçılara görüşə getdik.
D) O, Türkiyədəki dostu ilə yazışırdı.
E) Bu səhnəni görən tamaşaçılar gülüşdülər.
İsimlə sifətin birləşməsindən düzələn mürəkkəb sifətlərin cərgəsini  göstərin:
A) qaraqaş, şirindilli
B) dilişirin, qəlbitəmiz
C) ala-yarımçıq, yaşıl-qırmızı
D) çoxmərtəbəli, xoşqədəm
E) tünd-mavi, elmi-fantastik
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top